Bu gün Ümumdünya Gülüş Günüdür

Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur.
1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqqında müxtəlif versiyalar var.
Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər. Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı. Təqvimin dəyişməsinə baxmayaraq, insanların bəzisi yeni ili köhnə qaydalarla qarşılamağa üstünlük verirdilər.
Əvvəllər Fransada yeni il bayramı məhz aprelin 1-də qeyd olunardı. Həmin gün insanlar bir-birlərini təbrik edər və hədiyyə olaraq təzə balıq göndərərdilər. Lakin XVI əsrdən etibarən kralın fərmanı ilə yeni il dekabrın 31-i – yanvarın 1-i günlərində bayram edilməyə başlamışdı. Lakin “Aprel balığı günü” də unudulmamışdı. Həmin gün fransızların gülüş gününə çevrilmişdi.
Qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə – məhz aprelin 1-də “İtaətsizlik bayramı” keçirilirdi. Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını poza bilər, öz mənfi emosiyalarını “söndürə bilərdilər”. Eyni zamanda, Səfehlər kralı və ya Zarafatlar kralı təyin edər, şənlənər, lətifələr söyləyərdilər. “Səfehlər Günü”ndə maska geyinmək qayda idi. Çünki belə etdikdə daha təhlükəsiz halda “xuliqanlıq etmək” mümkün idi.
Digər versiya isə Pasxa ilə əlaqədardır. Bildirilir ki, məhz aprelin 1-də müəyyən ölkələrdə Pasxadan öncəki dövr yaz bərabərliyinin başlanğıcı kimi anılıb. Deyilənə görə, insanlar yeni ilin ilk gününü şən zarafatlarla keçiriblər. Belə adamları ələ salır, onlara axmaq hədiyyələr verir, özlərini isə aprel axmaqları adlandırırdılar.
Rusiyada isə gülüş gününün tarixi I Pyotrun hakimiyyəti zamanına təsadüf edir. Həmin vaxt aprelin 1-də səhər Peterburqda əvvəllər yanğın təhlükəsindən xəbər verən həyəcan siqnalı çalınıb. Hamının yerindən dik atılmasına baxmayaraq, bunun zarafatyana bir tədbir olduğu qeyd edilib.
Tezliklə bu ənənə bütün dünyada o cümlədən Azərbaycanda yayıldı. Düzdür bu gün hamı çalışır aldanmasın, amma yenə də aldananlar da olur.
Mətbuat da 1 apreldə zarafatsız keçinmir. Bəzi zarafat xarakterli dərc olunan xəbərlər güldürsə də, kimlərsə gülüş üçün yayımlanan xəbərlərə xeyli ciddi reaksiyalar verir. Bu tendensiya ən çox xarici KİV-də öz əksini tapır.
Bugün, 11:00
İranda etirazlarda iştirak edən məşqçi EDAM EDİLDİ
Bugün, 10:30
Sabiq deputata yeni vəzifə verildi
Bugün, 10:00
BMT-nin 21 əməkdaşı öldürülüb
Bugün, 09:30
ABŞ İrana zərbə endirəcək - Hazırlıq başa çatdı
Bugün, 09:00
“Neftçi” “Zirə” ilə heç-heçə etdi
Dün, 18:00
Özünü Putinə oxşadan polis komissarı istintaqa çağırıldı
Dün, 17:30
Kamran Əsədovla əlbir olan qaynı işdən çıxarıldı
Dün, 17:00
Azərbaycanda 15 qız QAÇIRILIB
Dün, 16:30
Pornoqrafik materiallar yayan yüzlərlə sayt BLOKLANDI
Dün, 16:00
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad etdi - FOTO
Dün, 15:30
Məktəb partasından cəbhəyə: Şagirdlər üçün dron kursları başlayır
Dün, 11:30
Məktəblərdə qış tətili başlayır
Dün, 11:00
Azərbaycan dünyanın enerji nəhəngi olacaq
Dün, 10:30
Bakıda FACİƏ: Evdə antibiotik vurulan kişi öldü
Dün, 10:00
Elektron diplomlar nə vaxtdan veriləcək?
Dün, 09:30
İspaniya deputatları Bakıya gəldilər
Dün, 09:00
Rus diplomat bu ölkədən qovuldu
22-01-2026, 18:00
Videosu yayılan müəllim işdən çıxarıldı
22-01-2026, 17:30
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - CAVAB
22-01-2026, 17:00
Bu yazıçı da AYB-dən getdi: Görün nələr yazdı...
22-01-2026, 16:30
Əlavə təhsil hamı üçün ödənişli olacaq
22-01-2026, 16:00
İsveç Şahzadəsi vəfat etdi
22-01-2026, 15:30
Baş nazir Trampı “ac tırtıl” adlandırdı
22-01-2026, 11:30
Yevlaxda beş nəfər dəm qazından zəhərlənib
22-01-2026, 11:00
Azərbaycan Ərbildə Baş konsulluq açmağa hazırlaşır
22-01-2026, 10:30
İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ
22-01-2026, 10:00
Bəhlulun qolu tarixə düşdü