Azərbaycan inşaatçıları peşə bayramlarını qeyd etməyə hazırlaşırlar
Gündəm / Sosial
Oxunub: 286
3 Nis 2025 | 10:28
Azərbaycan inşaatçıları peşə bayramlarını qeyd etməyə hazırlaşırlar

10 aprel ölkəmizdə “İnşaatçılar Günü” qeyd olunacaq. Ölkə iqtisadiyyatının inkişafında xüsusi xidmətləri olan zəhmətkeş insanların peşə bayramı öncəsi təcrübəli inşaatçı Yavər Abdullayev ilə həmsöhbət olduq.

Arayış:

Abdullayev Yavər İbiş oğlu Cəbrayıl rayonunun Hovuslu kəndində anadan olub. Doğma kənd məktəbində orta təhsil alıb. 1984-cü ildə İnşaat Mühəndisləri İnstitutuna qəbul olub, 1990-cı ildə bitirib. 1985-ci ildən inşaat sektorunda əmək fəaliyyəti ilə məşğuldur. Hal-hazırda “Bakıyaşayıştikinti” MMC-də iş icraçısı vəzifəsində işləyir.
Ailəlidir, bir oğlu, bir qızı, 4 nəvəsi var.

Söhbətinin əvvəlində həmkarlarını, çoxminli inşaatçı ordusunu, inşaatçı kadrların hazırlanmasında müstəsna xidmətləri olan ali təhsil müəssisələrinin professor-müəllim heyətini, gələcəyin inşaatçıları olan tələbələri təbrik etdi, gələcək işlərində uğurlar arzuladı:

- Artıq 16 ildir aprelin 10-u Azərbaycanda “İnşaatçılar Günü” kimi qeyd olunur. Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 16 dekabr tarixli Sərəncamı ilə inşaatçılar hər il aprelin 10-unu peşə bayramı kimi qeyd edirlər. Azərbaycanda inşaatın və memarlığın zəngin tarixə malik olması, XIX əsrin sonu - XX əsrin əvvəllərində ölkədə başlayan tikinti işlərinin geniş vüsət alması, həmin dövrdə tikilən və bu gün də memarlıq abidələri kimi qorunan yaşayış binaları, hazırda özündə Şərq və Qərb memarlığının nadir nümunələrini birləşdirən, dünyanın ən gözəl şəhərlərindən biri olan paytaxt Bakını çətin və şərəfli əməyin bariz nümunəsinə çevirib… Bu gün inşaatçılar peşə bayramlarını azad, tam suveren və bütöv Azərbaycanın hər guşəsində fəxrlə qeyd edirlər. Azərbaycanın şanlı Ordusunun düşmənlə mübarizədə qazandığı Zəfərdən sonra Prezident İlham Əliyevin göstərişi ilə Qarabağ və Şərqi Zəngəzur, o cümlədən, 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş mənə dogma Cəbrayıl rayonu nəhəng tikinti-abadlıq və quruculuq meydanına çevrilib.

Daha sonra Yavər Abdullayev çalışdığı müəssisə haqqında məlumat verdi:

- “BAKIYAŞAYIŞTİKİNTİ” MMC keçmiş “Bakıyaşayıştikinti” Layihə Sənaye Tikinti Birliyinin özəlləşməsi nəticəsində yaranmışdır. “Bakıyaşayıştikinti” LSTB 50 ildən çoxdur ki, fəaliyyət göstərir. Yaranan tarixdən 1995-ci ilə qədər "Bakıyaşayıştikinti" LSTB "Bakı Baş Tikinti" idarəsinin tərkibində monolit binaların tikintisi üzrə ixtisaslaşmış, Azərbaycanda yeganə idarə olaraq yüksək mərtbəli binaların tikinti tresti kimi fəaliyyət göstərmişdir. Buna misal olaraq Azadlıq prospektində 5 ədəd 16 mərtəbəli yaşayış evləri, Azərbaycan Respublikası Kartoqrafiya İnstitutunun inzibati binası, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinin korpusunu, Azərbaycan Memarlıq və İnşaat universitetinin tədris korpusunu, Əhmədli qəsəbəsi A,B,V yaşayış massivləri, Bakı şəhərində 8-ci və 9-cu mikrorayonda 16 mərtəbəli yaşayış binalarının və s. inşasını göstərmək olar. “Bakı Baş Tikinti” İdarəsi ləğv edildikdən sonra 1995-ci ildən tikinti trestimiz "Bakıyaşayıştikinti" LSTB kimi fəaliyyət göstərməyə başlamışdır. Bu müddət ərzində İnşaatçılar prospektində "Wellington" LLC (Singapur) aid 3 ədəd 16 mərtəbəli yaşayış binaları, "Maşınqayıran" MTK-ya aid Nərimanov rayonu ərazisində 5 binadan ibarət yaşayış kompleksini, Heydər Əliyev adına NEZ-ə aid “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında 3 ədəd yaşayış binası, "KOÇ" Holdinqə aid ticarət obyektlərini, "Mitsui Corporation" (Yaponiya) aid tədris binasını, "Ruselprom" Azərbaycan-Rusiya müştərək müəssisəsinin inzibati binasını, Lökbatan qəsəbəsi Nizami küçəsində 5 və 7 mərtəbəli yaşayış binaları, M.Ə.Rəsulzadə qəsəbəsində 5 mərtəbəli yaşayış binası və s. inşa etmişdir. 2011-ci ildən "Bakıyaşayıştikinti" LSTB kollektiv tərəfindən özəlləşdirilərək "Bakıyaşayıştikinti" MMC kimi fəaliyyətini davam etdirmişdir. 2011-ci ildən bəri MMC, "KOÇ Holding" (Türkiyə), "TEKFEN"(Türkiyə), Naftalan Rayon İcra Hakimiyyəti, Nizami rayon icra hakimiyyəti, "Azərkimya", Heydər Əliyev adına NEZ", "Azneftkimyamaş" QSC (Azərbaycan), "SOCAR Petroleum", SOCAR, Rabitə Nazirliyinin "Aztelekom” MMC, "ADVANCED İNDUSTRIAL SOLUTIONS" MMC, "Maşınqayıran" MTK, "Spektr İnşaat MMC və s. şirkətləri ilə iş birliyi quraraq Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş lisenziya əsasında, Xətai rayonu A.İsmayılov küçəsi 35 ünvanda 12 mərtəbəli 8 bloklu yaşayış binası, Keşlə qəsəbəsi 328 saylı orta məktəb binası, "Tekfen" inşaatın "SOCAR TOWER" lahiyəsinin daxili tamamlama işləri, "Tekfen" inşaatın "Bakı Olimpiya Stadionu" layihəsinin daxili tamamlama və sahə abadlıq işləri, Xırdalan şəhəri Ağdam qaçqın və köçkün məktəbinin təmiri, Füzuli küçəsində SİNAQOQ binasının tikintisi, Bakı Pravoslav kilsəsinin administrativ binasının tikintisi, Qaraçuxur qəsəbəsində 16 mərtəbəli yaşayış binası, Bakı Dövlət Yol Polisinin Koroğlu metrosu ətrafında kamera xəttlərinin yenilənməsi, Məhəmməd Hadi küçəsində 4 blok 9 mərtəbəli yaşayış binası, Naftalan şəhəri 650 yerlik uşaq bağçası, Bərdə şəhəri 1200 şagird yerlik tam orta məktəb binası, "SOCAR Petrolium"-a aid 5 ədəd YDM-in tikintisi, Rabitə Nazirliyinin "Aztelekom" MMC-nin inzibati binasının əsaslı təmir işləri, "Spektr İnşaat” MMC-in Ağ Şəhərdə yerləşən 8 girişli yaşayış binası, Rabitə Nazirliyi Poçt İdarəsinin Sabirabad mərkəzi poçt idarəsinin əsaslı təmiri, "Maşınqayıran" MTK-ya aid Yeni Yasamal yaşayış massivində 17 mərətəbəli 211 mənzilli yaşayış binası, AR Rabitə Nazirliyi "Teknofest" festivalı çərçivəsində "Bakı Kristal Zalı"-nın fasadının təmir işləri, Azadlıq prospektində 378 mənzilli yaşayış kompleksi (pilot layihə) və s. layihələrini icra etmişdir. Hal-hazırda müəssisəmiz ötən ilin may ayından sərnişin daşınmağa başladığı Gəncə şəhərində avtobus parkının tikintisini həyata keçirən “BakuBus” MMC ilə podratçı kimi əməkdaşlıq edir. Həmin park Gəncə Beynəlxalq Avtovağzalının arxasında inşa edilir. Geniş ərazidə canlı qüvvə və xüsusi texnika vasitəsilə qazıntı işləri görülür, layihələndirmə üzrə çalışmalar aparılır. Layihələndirməni Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu həyata keçirir.

Söhbətinin sonunda Yavər Abdullayev ümidvar olduğunu bildirdi ki, Azərbaycan inşaatçıları bundan sonra da şövqlə çalışacaq, üzərlərinə düşən çətin, şərəfli işlərin öhdəsindən də layiqli şəkildə gələcək, həyata keçirilən layihələrdə ürəklə, böyük həvəslə işləyəcək, işğaldana zad edilmiş bölgələri yenidən quracaq, doğma Qarabağımızın əvvəlki şöhrətini bərpa edəcəklər. Möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi iradəsi ilə işğaldan azad olunmuş şəhər və kəndlərimizdə həyat yenidən canlanacaq və bütün Qarabağ cənnətə çevriləcək.

Söhbətləşdi: Şahin Orucov
Azərbaycan inşaatçıları peşə bayramlarını qeyd etməyə hazırlaşırlar
Azərbaycan inşaatçıları peşə bayramlarını qeyd etməyə hazırlaşırlar
Bugün, 11:00
İranda etirazlarda iştirak edən məşqçi EDAM EDİLDİ
Bugün, 10:30
Sabiq deputata yeni vəzifə verildi
Bugün, 10:00
BMT-nin 21 əməkdaşı öldürülüb
Bugün, 09:30
ABŞ İrana zərbə endirəcək - Hazırlıq başa çatdı
Bugün, 09:00
“Neftçi” “Zirə” ilə heç-heçə etdi
Dün, 18:00
Özünü Putinə oxşadan polis komissarı istintaqa çağırıldı
Dün, 17:30
Kamran Əsədovla əlbir olan qaynı işdən çıxarıldı
Dün, 17:00
Azərbaycanda 15 qız QAÇIRILIB
Dün, 16:30
Pornoqrafik materiallar yayan yüzlərlə sayt BLOKLANDI
Dün, 16:00
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad etdi - FOTO
Dün, 15:30
Məktəb partasından cəbhəyə: Şagirdlər üçün dron kursları başlayır
Dün, 11:30
Məktəblərdə qış tətili başlayır
Dün, 11:00
Azərbaycan dünyanın enerji nəhəngi olacaq
Dün, 10:30
Bakıda FACİƏ: Evdə antibiotik vurulan kişi öldü
Dün, 10:00
Elektron diplomlar nə vaxtdan veriləcək?
Dün, 09:30
İspaniya deputatları Bakıya gəldilər
Dün, 09:00
Rus diplomat bu ölkədən qovuldu
22-01-2026, 18:00
Videosu yayılan müəllim işdən çıxarıldı
22-01-2026, 17:30
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - CAVAB
22-01-2026, 17:00
Bu yazıçı da AYB-dən getdi: Görün nələr yazdı...
22-01-2026, 16:30
Əlavə təhsil hamı üçün ödənişli olacaq
22-01-2026, 16:00
İsveç Şahzadəsi vəfat etdi
22-01-2026, 15:30
Baş nazir Trampı “ac tırtıl” adlandırdı
22-01-2026, 11:30
Yevlaxda beş nəfər dəm qazından zəhərlənib
22-01-2026, 11:00
Azərbaycan Ərbildə Baş konsulluq açmağa hazırlaşır
22-01-2026, 10:30
İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ
22-01-2026, 10:00
Bəhlulun qolu tarixə düşdü