Azərbaycan və ABŞ Avropaya qaz tədarükü imkanlarını müzakirə edib - YENİLƏNİB
Gündəm / Sosial
Oxunub: 104
3 Nis 2025 | 14:29
Azərbaycan və ABŞ Avropaya qaz tədarükü imkanlarını müzakirə edib - YENİLƏNİB

Azərbaycan və ABŞ Avropaya qaz tədarükü və “yaşıl enerji interkonnektor” layihələrinin icrası ilə bağlı mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanlarını dəyərləndirib.

Bu barədə Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclası çərçivəsində energetika naziri Pərviz Şahbazovla ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun baş məsləhətçisi Erik Ceykobs arasında keçirilən görüşdə bildirilib.

Görüşdə Azərbaycan-ABŞ enerji tərəfdaşlığının Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi regional və beynəlxalq əhəmiyyətli enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsinə verdiyi töhfələrdən bəhs edilib. Bu əməkdaşlığın enerji sahəsində müasir reallıqlar və Azərbaycanın enerji təchizatını təbii qaz və bərpa olunan enerji layihələri ilə şaxələndirməsi müstəvisində inkişaf perspektivləri dəyərləndirilib.

Avropaya son illərdə qaz tədarükündə əhəmiyyətli artımın olduğu, bununla belə əlavə həcmlərə olan tələbat və dayanıqlı enerji təhlükəsizliyinin təbii qaz sahəsinə, o cümlədən infrastruktura investisiyaları zəruri etdiyi bildirilib. Yeni reallıqlara uyğun yeni yanaşmalara ehtiyac olduğu qeyd edilib.

Görüşdə, həmçinin elektrik enerjisi və interkonnektorların artan roluna da toxunulub və bu xüsusda, Azərbaycanın zəngin “yaşıl enerji” resursları, təşəbbüskarı və iştirakçısı olduğu müxtəlif enerji dəhlizləri layihələri barədə məlumat verilib. Bu dəhlizlərin Azərbaycan, Mərkəzi Asiya, Türkiyə və Avropa arasında enerji əlaqələrini təmin etməklə enerji təhlükəsizliyi və ölkələrin rifahına gətirəcəyi faydalardan bəhs edilib.

Söhbət zamanı bir sıra regional və ikitərəfli əməkdaşlıq məsələləri ilə bağlı da fikir mübadiləsi aparılıb.

***

Azərbaycan və ABŞ Avropaya qaz tədarükü və “yaşıl enerji interkonnektor” layihələrinin icrası ilə bağlı mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanlarını dəyərləndirib.

Bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, o, ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun baş məsləhətçisi Erik Ceykobsla görüşüb.

Görüşdə Azərbaycan-ABŞ enerji tərəfdaşlığının regional və beynəlxalq əhəmiyyətli enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsinə verdiyi töhfələri vurğulanıb.
Bugün, 11:00
İranda etirazlarda iştirak edən məşqçi EDAM EDİLDİ
Bugün, 10:30
Sabiq deputata yeni vəzifə verildi
Bugün, 10:00
BMT-nin 21 əməkdaşı öldürülüb
Bugün, 09:30
ABŞ İrana zərbə endirəcək - Hazırlıq başa çatdı
Bugün, 09:00
“Neftçi” “Zirə” ilə heç-heçə etdi
Dün, 18:00
Özünü Putinə oxşadan polis komissarı istintaqa çağırıldı
Dün, 17:30
Kamran Əsədovla əlbir olan qaynı işdən çıxarıldı
Dün, 17:00
Azərbaycanda 15 qız QAÇIRILIB
Dün, 16:30
Pornoqrafik materiallar yayan yüzlərlə sayt BLOKLANDI
Dün, 16:00
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad etdi - FOTO
Dün, 15:30
Məktəb partasından cəbhəyə: Şagirdlər üçün dron kursları başlayır
Dün, 11:30
Məktəblərdə qış tətili başlayır
Dün, 11:00
Azərbaycan dünyanın enerji nəhəngi olacaq
Dün, 10:30
Bakıda FACİƏ: Evdə antibiotik vurulan kişi öldü
Dün, 10:00
Elektron diplomlar nə vaxtdan veriləcək?
Dün, 09:30
İspaniya deputatları Bakıya gəldilər
Dün, 09:00
Rus diplomat bu ölkədən qovuldu
22-01-2026, 18:00
Videosu yayılan müəllim işdən çıxarıldı
22-01-2026, 17:30
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - CAVAB
22-01-2026, 17:00
Bu yazıçı da AYB-dən getdi: Görün nələr yazdı...
22-01-2026, 16:30
Əlavə təhsil hamı üçün ödənişli olacaq
22-01-2026, 16:00
İsveç Şahzadəsi vəfat etdi
22-01-2026, 15:30
Baş nazir Trampı “ac tırtıl” adlandırdı
22-01-2026, 11:30
Yevlaxda beş nəfər dəm qazından zəhərlənib
22-01-2026, 11:00
Azərbaycan Ərbildə Baş konsulluq açmağa hazırlaşır
22-01-2026, 10:30
İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ
22-01-2026, 10:00
Bəhlulun qolu tarixə düşdü