Kiyevdə görkəmli şair Abbas Abdullanın 85 illiyinə həsr olunmuş tədbir keçirilib
Gündəm / Şou-biznes
Oxunub: 229
19 May 2025 | 16:02
Kiyevdə görkəmli şair Abbas Abdullanın 85 illiyinə həsr olunmuş tədbir keçirilib

Kiyevdə Ukrayna Xarici İşlər Nazirliyi yanında Gennadi Udovenko adına Diplomatik Akademiyada Azərbaycan şairi, Ukrayna ədəbiyyatı nümunələrinin tərcüməçisi, diplomat Abbas Abdullanın (1940-2019) anadan olmasının 85-ci ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Tədbirin təşkilatçıları Azərbaycanın Ukraynadakı səfirliyi və Ukrayna-Türk Mərkəzi olub.

Ukrayna ədəbiyyatının ən görkəmli azərbaycanlı tərcüməçisi və tədqiqatçısı olan Abbas Abdulla Ukrayna dilini yüksək bədii səviyyədə bilirdi. O, Ukrayna ədəbiyyatını orijinaldan tərcümə edirdi, ölkənin mədəniyyətini, tarixini, mentalitetini, ənənələrini tanıyırdı.

Gecədə Ukrayna Mədəniyyət və Strateji Kommunikasiyalar Nazirliyinin tədbirin təşkilatçılarına və iştirakçılarına ünvanladığı məktub oxunub. Məktubda Abbas Abdullanın Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfəsi qeyd edilib.

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev iki ölkə arasında mədəni dialoqun inkişafının, eləcə də fəaliyyətini iki ölkə arasında mədəni diplomatiyaya həsr etmiş görkəmli şəxsiyyətlərin ədəbi irsinin öyrənilməsinin vacibliyini vurğulayıb.

Ukrayna Xalq deputatı Sergey Naqornyak Ukraynanın ərazi bütövlüyünə ardıcıl dəstəyinə və hərtərəfli yardımına görə Azərbaycana təşəkkür edib. Deputat Azərbaycanın Ukrayna üçün qardaş ölkə olduğunu və belə tədbirlərin Azərbaycan mədəniyyətinə, dilinə, ənənələrinə hörmət əlaməti olduğunu qeyd edib.

Tədbirdə Ukrayna kollektivləri Azərbaycan rəqsləri və mahnılarını ifa ediblər. Kiyevin “Barvinoçok” Ukrayna rəqs məktəbi qavallarla “Ağ çiçək” rəqsini, “Veselad” xalq mahnıları vokal ansamblı isə “Sən gəlməz oldun” əsərini və Sami Yusifin Nəsiminin qəzəli əsasında bəstələdiyi mahnısını ifa ediblər.

Eyni zamanda bandura musiqi alətində Azərbaycanın Himni və Marina Vişnevskayanın ifasında bəstəkarlarımızın melodiyaları səsləndirilib.

Ukrayna-Türk Mərkəzinin fakültativində Azərbaycan dilini öyrənən fəal Polina Pyatnitsa Abbas Abdullanın şeirlərini səsləndirib.

Tədbirin kuratoru Marına Qonçaruk qeyd edib ki, Abbas Abdulla Ukrayna ədəbiyyatının Azərbaycan dilinə yüksək bədii tərcümələrinə görə 1984-cü ildə M.T.Rılski adına Ədəbiyyat Mükafatının (Ukraynanın tərcüməçilərə verilən ən yüksək dövlət mükafatı) laureatı olub.

"Abbas Abdulla Ukrayna xalqını, onun mədəniyyətini bütünlüklə sevib. Onun sonrakı həyatı sürətlə inkişaf etsə də, o, təkcə Azərbaycanın ən böyük şairlərindən, tərcüməçilərindən, ədəbiyyatşünaslarından biri deyil, həm də nüfuzlu ictimai, siyasi xadim, diplomat oldu. Ancaq Ukrayna Abbas Abdullanın həyat eşqinə çevrilib və onun ədəbiyyatını, mədəniyyətini yüksək bədii səviyyədə Azərbaycan xalqına təqdim edib", - M.Qonçaruk bildirib.

Bundan əlavə, tədbir iştirakçıları Abbas Abdullanın həyatının Ukrayna ilə bağlı parlaq səhifələrini əks etdirən fotoşəkillərdən ibarət fotosərgi ilə tanış olublar.

Tədbirdə Ukrayna Xarici İşlər Nazirliyinin, digər ölkələrin səfirliklərinin nümayəndələri, Abbas Abdullanın dostu - ukraynalı tərcüməçi, şair, fövqəladə və səlahiyyətli səfir Sergey Borşevski, Taras Şevçenko adına Kiyev Milli Universitetinin, Kiyev Milli Linqvistika Universitetinin, Kiyev Aviasiya İnstitutu Dövlət Universitetinin və digər ali məktəblərin müəllim və tələbələri iştirak ediblər.
Kiyevdə görkəmli şair Abbas Abdullanın 85 illiyinə həsr olunmuş tədbir keçirilib
Kiyevdə görkəmli şair Abbas Abdullanın 85 illiyinə həsr olunmuş tədbir keçirilib
Kiyevdə görkəmli şair Abbas Abdullanın 85 illiyinə həsr olunmuş tədbir keçirilib
Kiyevdə görkəmli şair Abbas Abdullanın 85 illiyinə həsr olunmuş tədbir keçirilib
Kiyevdə görkəmli şair Abbas Abdullanın 85 illiyinə həsr olunmuş tədbir keçirilib
Kiyevdə görkəmli şair Abbas Abdullanın 85 illiyinə həsr olunmuş tədbir keçirilib
Kiyevdə görkəmli şair Abbas Abdullanın 85 illiyinə həsr olunmuş tədbir keçirilib
Bugün, 11:30
Bakıda Xalq artistinin oğlu DÖYÜLDÜ, xəstəxanaya yerləşdirilib - FOTO
Bugün, 11:00
Keşişlər Ermənistan ordusundan QOVULDULAR
Bugün, 10:30
Bu gün 6 min nəfər imtahan verəcək
Bugün, 10:00
Gənclərə verilən Prezident Mükafatı bu MƏBLƏĞDƏDİR
Bugün, 09:30
“Evdə tək”in məşhur aktrisası vəfat etdi
Bugün, 09:00
Goranboyda qazi anasını öldürdü, arvadını yaraladı
Dün, 18:00
Sabiq nazirə artıq pensiya ödənilibmiş- İndi geri alınır
Dün, 17:30
Tanınmış iş adamı həbs edildi
Dün, 17:00
Balıq ovlamaq istədi suya düşdü boğuldu
Dün, 16:30
Abşeronun prokuroru işdən azad olundu
Dün, 16:00
Kriminal ailənin 11 üzvü edam edildi
Dün, 15:30
Bu İcra Hakimiyyətində yeni təyinat
Dün, 12:00
Sahibə Qafarovanın qardaşı vəfat edib
Dün, 11:30
Arxeoloji tapıntılar sübut etdi: Çində qədim insanlar axmaq olmayıb
Dün, 11:00
Alimlər "Qiyamət anbarı"nı açdı: Toxumlar sahəyə çıxır
Dün, 10:30
Nəvələrinə baxan nənə və babaların sağlamlığı təhlükədədir - Mütəxəssislər açıqladı
Dün, 10:00
Lavrovdan Azərbaycan açıqlaması
Dün, 09:30
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri tutuldu
Dün, 09:00
Qızıl bahalaşıb "od qiyməti"nə oldu - bazarda son vəziyyət
29-01-2026, 18:00
Xəzərdə gəmi QƏZAYA UĞRADI
29-01-2026, 17:30
Sosial şəbəkə oyunları uşaqların davranışını necə dəyişir?
29-01-2026, 17:00
32 yaşlı diş həkimi 13 yaşlı qızla nişanlandı
29-01-2026, 16:30
Onlar əsgərlikdən tamamilə azad edilir
29-01-2026, 16:00
Restoranın çirkab suları arxa axıdılıb - Sahibkara 800 manat cərimə
29-01-2026, 15:30
Xalq rəssamının qızı həbs edildi
29-01-2026, 15:00
Generalın oğlu keçmiş sevgilisindən üzr istədi
29-01-2026, 11:30
5 yaşlı uşaq qıcolmadan öldü