
BİZİM TƏQVİM: 22 mayda baş vermiş tarixi hadisələr

2000-ci il dekabrın 20-də BMT-nin Baş Assambleyası 55/201 nömrəli qətnaməyə əsasən 22 may tarixini Bioloji müxtəliflik üzrə Konvensiyanı qəbul edib. Təşkilat həmçinin bu günün “Beynəlxalq bioloji müxtəliflik günü” kimi qeyd olunmasını elan edib. Əvvəllər isə 19 dekabr 1994-cü il tarixli, 44/119 nömrəli qətnamə ilə həmin gün dekabrın 29-da qeyd olunurdu.
Bəs, mayın 22-də dünyada daha hansı hadisələr baş verib?
1. 22 may 1766-cı ildə İstanbulda dağıdıcı zəlzələ baş verib.
2. 1846-cı ilin bu günündə dünyanın ən böyük beynəlxalq informasiya-xəbər agentliklərindən biri Assoşieyted Press Agentliyinin əsası qoyulub. Agentliyin baş ofisi Nyu-Yorkda yerləşir.
3. Rusiyanın tanınmış xeyriyyəçisi Pavel Tretyakov 1856-cı il 22 mayda görkəmli rəssam və heykəltaraşların əsərlərinin nümayişi üçün kiçik bir muzey açdı. İllər keçdikcə muzey genişləndi və dünyaşöhrətli Tretyakov qalereyasına çevrildi.
4. 22 may 1960-cı ildə Çilidə Rixter şkalasına görə 9,5 bal gücündə zəlzələ baş verdi. Bu Valdivia zəlzələsi o günə qədər ölçülə bilən ən böyük zəlzələ kimi qeydə alınıb.
5. 1982-cü ilin 22 may tarixində Avropa mədəniyyətlərini tanıtmaq üçün Avropa Şurası tərəfindən İstanbulda 18-ci Anadolu Mədəniyyətlər Sərgisi açılıb.
6. 22 may 2002-ci ildə Vatikan dövlətinin başçısı, Roma Papası II İohann Pavel Azərbaycan Prezidenti Heydər Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib. Bu, dünya katolikləri liderinin tarixdə Azərbaycana ilk gəlişi, müsəlman ölkələrinə etdiyi azsaylı səfərlərdən biri idi.
7. 2006-cı ilin bu günündə Cənubi Azərbaycanın böyük şəhərlərində İran qəzetlərindən birində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq nümayişlər keçirilib.
9. 22 may 2010-cu ildə Hindistanın cənubunda sərnişin təyyarəsi yerə enərkən qəzaya uğradı, 158 nəfər həyatını itirdi, 8 nəfər sağ qaldı.
10. 2011-ci ilin 22 mayında Nuri Bilge Ceylan 64-cü Beynəlxalq Kann Festivalında "Bir zamanlar Anadoluda" filminə görə münsiflər heyətinin mükafatını qazanıb.
22 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Böyük alman bəstəkarı Vilhelm Rixard Vaqner 1813-cü ilin bu günü dünyaya gəlib.
2. 22 may məşhur fransız yazıçısı, dünyaşöhrətli “Səfillər”, “Notr Dam qozbeli” əsərlərinin müəllifi Viktor Huqonun xatirə günüdür. O, 1885-ci ildə 83 yaşında Parisdə dünyasını dəyişib. (1802 - 1885)
3. Britaniyanın tanınmış yazıçısı Artur Konn Doyl 1859-cu ilin bu günü anadan olub.
4. 22 may görkəmli Azərbaycan şairi Məhəmməd Hadinin xatirə günüdür.Şair 1920-ci ilin 22 mayında 41 yaşında dünyasını dəyişib. (1879-1920)
5. 1918-ci ilin 22 may tarixində görkəmli teatr rejissoru və aktyoru, SSRİ Xalq artisti, sənətşünaslıq doktoru, professor Mehdi Məmmədov dünyaya gəlib.(1918-1985). Akademik Milli Dram Teatrında səhnələşdirdiyi Hüseyn Cavidin “İblis” faciəsinə görə 1984-cü ildə Azərbaycan Dövlət mükafatı ilə təltif olunub.
6. 22 may 1937-ci ildə tanınmış bəstəkar, Azərbaycanın Xalq artisti, professor Aqşın Əlizadənin doğulub.
7. Qarmon ustası, Xalq artisti Aslan İlyasov 1948-ci ilin bu günündə dünyaya gəlib.(Bizim.Media)
Dün, 16:54
Onlar viza tələbindən azad edilir
Dün, 16:46
Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı
Dün, 16:17
Rusiya Azərbaycana nota verib
Dün, 15:33
Ali Məhkəmə saxta pul işi üzrə qərar verib
Dün, 14:59
Rusiya XİN: "3+3" formatını Cənubi Qafqazda qarşılıqlı əlaqələrin artırılması üçün vacib hesab edirik
Dün, 14:33
Paşinyan II Qareginin istefasını tələb edib
Dün, 14:08
Özbəkistan XİN: Azərbaycanda yeni səfirlik binası açmağı planlaşdırırıq
Dün, 13:14
Rusiyada Səfərov qardaşlarının amansızlıqla öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb
Dün, 12:41
Yekaterinburqda saxlanılan Bakir Səfərovun məhkəməsi keçirilir - GÖRÜNTÜLƏR
Dün, 12:12
Ziyəddin Səfərovun qabırğalarından birini tapa bilmədik - Ekspertiza rəyi
Dün, 11:46
Nazir: Ağdamda keçirilən beynəlxalq tədbirdə gənclərin fəaliyyət planı hazırlanacaq
Dün, 11:19
İlham Əliyev Ruanda Prezidentini təbrik edib
Dün, 08:30
Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI
30-06-2025, 16:54
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti "Baksol yolu"ndakı bədbəxt hadisəyə dair açıqlama yayıb
30-06-2025, 16:32
İyulda Bakıda və bəzi bölgələrdə 40 dərəcə isti olacaq - AYLIQ PROQNOZ
30-06-2025, 16:06
İlham Mirzəliyev Tərtərdə vətəndaşları qəbul edəcək
30-06-2025, 15:29
Azərbaycan Özbəkistanla ticarət dövriyyəsinin artırılmasını müzakirə edib
30-06-2025, 15:06
Qohum nikahlarının qarşısı xüsusi informasiya sistemində yoxlanılaraq alınacaq
30-06-2025, 12:37
Sabah Bakıda hava yağmursuz olacaq
30-06-2025, 12:01
Cümşüdün ölümü ilə bağlı cinayət işi BAŞLADI
30-06-2025, 11:38
Sabahdan Azərbaycanda bu müavinətlərin məbləği artırılır - SİYAHI
30-06-2025, 11:06
Mərakeşli deputatlar Zəfər parkında - FOTO
30-06-2025, 10:40
Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının nəşi bu gün Azərbaycana gətiriləcək
30-06-2025, 09:58
Yuri Qusev: Ukrayna Yekaterinburqda azərbaycanlılara qarşı repressiv hərəkətləri qətiyyətlə pisləyir
30-06-2025, 09:28
Hacıqabulda avtomobil aşıb, ölən və xəsarət alan var
30-06-2025, 09:04
Cəbrayıl, Zəngilan və Laçında əmək yarmarkalarında 60 vakansiya təqdim olunub
30-06-2025, 08:41
Bakının bir sıra yollarında tıxac yaranıb