Fəxrəddin Altun: Azərbaycan mətbuatı xalqın səsi, mədəni irsin daşıyıcısı və fikir azadlığının müdafiəçisi olub
Gündəm / Sosial
Oxunub: 103
30 May 2025 | 11:49
Fəxrəddin Altun: Azərbaycan mətbuatı xalqın səsi, mədəni irsin daşıyıcısı və fikir azadlığının müdafiəçisi olub

Azərbaycan mətbuatı 150 illik tarixi ilə yalnız xəbər çatdırmaqla kifayətlənməyib, eyni zamanda xalqın səsi, mədəni irsin daşıyıcısı və fikir azadlığının müdafiəçisi olub.

Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun mayın 30-da Naxçıvanda keçirilən "Qlobal İnformasiya Mühiti və Media Trendləri" konfransı - "MEDİAFEST-2025"ə videomüraciəti zamanı deyib.

O, həqiqətin çatdırılmasını özünə borc bilən, ədalətli media mədəniyyətinin qorunmasına töhfə verən, etik dəyərlərə və jurnalistikanın prinsiplərinə sadiq qalan bütün mətbuat nümayəndələrini təbrik edib:

"Dezinformasiyanın ən yüksək həddə çatdığı bir dövrdə, dəqiq məlumatı ictimaiyyətə çatdırmaq məsuliyyəti ilə hərəkət edən Azərbaycan mətbuatının həqiqət uğrunda apardığı mübarizəyə verdiyi töhfədən böyük məmnunluq duyuram. Həsən bəy Zərdabinin 1875-ci ildə Azərbaycan dilində nəşr etdiyi “Əkinçi” qəzeti ilə başlanan Azərbaycan mətbuatının yolçuluğu bu gün də böyük uğurla davam edir. Xüsusilə İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan mətbuatı ölkənin haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq və sistemli dezinformasiya cəhdlərinin qarşısını almaq uğrunda əzmlə fəaliyyət göstərdi. Siz haqlı mübarizənizi böyük əzmlə müdafiə edərkən, eyni zamanda həqiqətin də carçısı oldunuz. Beynəlxalq ictimaiyyətin yalan, uydurma məzmun və dezinformasiya ilə zəhərlənməsinin qarşısını aldınız”.

F.Altun həmçinin bildirib ki, Azərbaycan və Türkiyə arasında mətbuat sahəsindəki əməkdaşlıq “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu ilə daha da gücləndi:

"Azərbaycan və Türkiyənin ortaq media platforması da kommunikasiya və media sahəsində əməkdaşlığı və Türk dünyası ilə münasibətlərin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. İki ölkə arasındakı əlaqələr “Bir millət, iki dövlət” prinsipi ilə kommunikasiya sahəsindən enerjiyə, logistika sahəsindən müdafiə sənayesinə qədər hər sahədə özünü göstərir".
Bugün, 18:00
Özünü Putinə oxşadan polis komissarı istintaqa çağırıldı
Bugün, 17:30
Kamran Əsədovla əlbir olan qaynı işdən çıxarıldı
Bugün, 17:00
Azərbaycanda 15 qız QAÇIRILIB
Bugün, 16:30
Pornoqrafik materiallar yayan yüzlərlə sayt BLOKLANDI
Bugün, 16:00
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad etdi - FOTO
Bugün, 15:30
Məktəb partasından cəbhəyə: Şagirdlər üçün dron kursları başlayır
Bugün, 11:30
Məktəblərdə qış tətili başlayır
Bugün, 11:00
Azərbaycan dünyanın enerji nəhəngi olacaq
Bugün, 10:30
Bakıda FACİƏ: Evdə antibiotik vurulan kişi öldü
Bugün, 10:00
Elektron diplomlar nə vaxtdan veriləcək?
Bugün, 09:30
İspaniya deputatları Bakıya gəldilər
Bugün, 09:00
Rus diplomat bu ölkədən qovuldu
Dün, 18:00
Videosu yayılan müəllim işdən çıxarıldı
Dün, 17:30
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - CAVAB
Dün, 17:00
Bu yazıçı da AYB-dən getdi: Görün nələr yazdı...
Dün, 16:30
Əlavə təhsil hamı üçün ödənişli olacaq
Dün, 16:00
İsveç Şahzadəsi vəfat etdi
Dün, 15:30
Baş nazir Trampı “ac tırtıl” adlandırdı
Dün, 11:30
Yevlaxda beş nəfər dəm qazından zəhərlənib
Dün, 11:00
Azərbaycan Ərbildə Baş konsulluq açmağa hazırlaşır
Dün, 10:30
İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ
Dün, 10:00
Bəhlulun qolu tarixə düşdü
Dün, 09:30
DİM-dən buraxılış imtahanları ilə bağlı yayılan xəbərlərə REAKSİYA
Dün, 09:00
Azərbaycan əhalisini siyahıya alan sabiq məmur vəfat etdi
21-01-2026, 18:00
Baş nazir icbari tibbi sığorta ilə bağlı qərar imzaladı - Yenilənib
21-01-2026, 17:30
İnsan ürəksiz yaşaya bilərmiş
21-01-2026, 17:00
Suraxanıda satılan qutabda at əti aşkarlandı