Paşinyanın allahsız keşişlərlə davam edən mübarizəsi – kilsəyə gözlənilən hücum - ŞƏRH
Gündəm / Sosial
Oxunub: 56
30 May 2025 | 15:59
Paşinyanın allahsız keşişlərlə davam edən mübarizəsi – kilsəyə gözlənilən hücum - ŞƏRH

Ermənistanda hökumətlə kilsə qarşıdurması davam edir. Ötən gün ölkənin baş naziri Nikol Paşinyan hökumətin iclasında kilsədəki vəziyyəti tənqid edib. O, ən lazımsız əşyaların kilsələrdə saxlanıldığını vurğulayaraq deyib:

”Kilsədən artıq mərmər lövhələr, sement torbaları, köhnə pas atmış armatur qırıqlarını saxlamaq yeri kimi istifadə olunur. İnsanlar kilsəyə niyə gedir? Gedir ki, ibadət eləsin, mənəvi təmasda olsun. Bu vaxtı kilsəyə daxil olursan, görürsən ki, bir tərəfə zibil səpələnib, haradasa kimsə köhnə, nimdaş paltarını, ayaqqabısını, kimsə də öz çarpayısını qoyub”.

Paşinyan bununla kilsənin çullandığını xüsusi olaraq vurğulayıb. Çullamaq türk sözüdür. Mənası yükləmək, üst-üstə geyinməkdir.

O, kilsənin din, ibadətdən başqa hər şeylə məşğul olduğuna sətiraltı işarə edərək deyib: “Nə qədər saxtakarlıq etmək, müqəddəs şeylər haqqında danışmaq və ateist olmaq, müqəddəslikləri tapdalamaq olar”.

Baş nazir bununla da Ermənistandakı bütün kilsələri allahsızlıq, imansızlıq, dini müqəddəsləri təhqir etməkdə ittiham edib.
Paşinyanın allahsız keşişlərlə davam edən mübarizəsi – kilsəyə gözlənilən hücum - ŞƏRH

Kilsəsinin rəhbərləri və başqa din xadimləri hökumət başçısının açıqlamasına reaksiya verib. Onu bu ittihama görə tənqid ediblər. Bildiriblər ki, Paşinyan və həyat yoldaşı, “çox güman ki, Ermənistanda dəyərlər sisteminə qarşı mübarizəni davam etdirirlər”.

Onlar Nikol Paşinyanı şantaj da ediblər. Deyiblər ki, Berndə Qarabağdakı “erməni mənəvi və mədəni irsinin qorunmasına həsr olunmuş beynəlxalq tədbir keçirilir”. Həmin qüvvələrin iddiasına əsasən, hökumət başçısı bu məsələləri qaldırmaqdansa, “faktları təhrif edir”.

Qarabağda “erməni mədəni irsindən", onların “qorunmasından” danışanlar, yazanlar bəri başdan Paşinyanın kilsə ilə bağlı ittihamları qarşısında gücsüz olduqlarını göstərirlər. Çünki həmin qüvvələr hökumətə qarşı mübarizədə ermənilərə heç bir aidiyyəti olmayan ənənəvi “Qarabağ” məsələsindən istifadə edir. Bununla da kilsənin mövcud vəziyyətini ört-basdır etməyə səy göstərirlər. Ancaq sirr deyil ki, Azərbaycanın Qarabağ və ətraf rayonları 30 ilə yaxın Ermənistanın işğalı altında qalıb. Bu müddət ərzində həmin torpaqlarda sosial, mədəni, inzibati, tarixi, dini binalar ermənilər tərəfindən ya dağıdılıb, ya da yerlə bir edilib. Həmin qüvvələr bu reallığı da gizlətmək üçün guya Qarabağda olmayan erməni mədəni abidlərinin dağıdılması hay-küyünü salırlar.
Paşinyanın allahsız keşişlərlə davam edən mübarizəsi – kilsəyə gözlənilən hücum - ŞƏRH

Bununla da Azərbaycanın işğaldan təmizlədiyi öz ərazilərində beş ilə yaxındır gördüyü yenidənqurma və bərpa işlərinə kölgə salmağa səy edirlər.

Belə çıxır, Paşinyanın xanımı Anna Akopyan kilsədəkiləri və onu dəstəkləyənləri daha doğru adlandırıb. Bu gün səhər saatlarında A.Akopyan sosial şəbəkədə ərini dəstəkləyib. O, keşişləri “qara maska taxan manyaklar” adlandıraraq kiləsini “manyakların həyatının qaranlıq guşələri” kimi təqdim edib.

Erməni Apostol Kilsəsinin nümayəndələri Paşinyanı həyat yoldaşı ilə nikaha girməməkdə ittiham ediblər. Baş nazir onlara cavab olaraq belə status paylaşıb:

“Bəziləri mənim Anna Akopyanla rəsmi evli olmadığımdan narahatdır. Bizim ruhani elitamızın yarısı eyni vəziyyətdədir. Bu isə heç kimi narahat etmir. Bəlkə də sual vermək lazımdır: yepiskoplarımızdan neçəsi həqiqətən subaylıq andına əməl edir?”.

O keşişləri öz yaxınlarının arvadları ilə pozğun həyat yaşadıqlarını yazaraq Apostol Kilsəsinin nümayəndələrini sərt, alçaldıcı ifadələrlə ittiham edib.

Bunu Paşinyanla ümumerməni kilsəsi arasında maliyyə, siyasi, qanuni, sosial və başqa baxımlardan toqquşmanın təzahürü kimi də qiymətləndirmək olar. Hökumətin sonuncu iclasında kilsənin “zibilliyə” çevrildiyini deməklə o, əslində, keşişlərin ibadət yerindən təyinatı üzrə istifadə etmədiklərini vurğulayıb. Paşinyan kilsənin ibadətdən başqa bütün allahsız işlərə qulluq etdiklərini də gizlətməyib.
Paşinyanın allahsız keşişlərlə davam edən mübarizəsi – kilsəyə gözlənilən hücum - ŞƏRH

Bu, Paşinyanla ümumerməni kilsəsi arasında mübarizənin son zamanlar daha da gücləndiyini göstərir.

Bunların Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana səfərindən sonra baş verməsi də təsadüfi deyil.

Ötən gün arxiyepiskop Baqrat Qalstayan iyunun 1-dən “müqəddəs mübarizə”yə başlayacaqlarının anonsunu verib. O, 3-4 aydır, bütün Ermənistan üzrə təşkilati iş apardıqlarını bildirib: “Biz insanları küçə mübarizəsinə, mülki itaətsizliyə hazırlamaq üçün böyük iş görmüşük. Buna son qoyacağımıza tam əminəm”.

Baqrat əhali ilə yerlərdə fərqli formatda görüşəcəyini vurğulayaraq deyib: “2026-cı ildə seçkilərin Vətəndaş Sazişi Partiyası (Paşinyanın liderlik etdiyi siyasi təşkilat-red.) olmadan keçirilməsi lazımdır”.

Baqratın timsalında müxalifətdə olan kilsənin yenidən fəallaşması, keçmiş prezident Robert Koçaryana yeni komanda formalaşdırmaq cəhdləri Rusiyanın Ermənistanda rolunun artmasından xəbər verir.

Mayın 20-də Sergey Lavrovun Ermənistana ikigünlük səfərində Moskva ilə İrəvan arasında “anlaşılmazlıqların” da “həll edildiyi“ qənaətinə gəlmək olar. O, sonuncu dəfə üç il öncə bu ölkədə səfərdə olmuşdu. Xəbərlərdə səfər çərçivəsində tərəfləri maraqlandıran geniş aspektdə məsələlərin müzakirə olunduğu deyilir. Bura Avrasiya İqtisadi İttifaqı çərçivəsində, yəni Rusiyanın liderliyi altında fəaliyyət göstərən strukturlarda əməkdaşlıq, beynəlxalq platformalarda, ilk növbədə, BMT-də mövqelərin koordinasiyası, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə normallaşma prosesinin perspektivləri daxildir.

S.Lavrovun səfərindən əvvəl İrəvanda körpülərdən birində Rusiya prezidenti Vladimir Putinin fotosunun altında "Qatil" yazısı olan nəhəng plakat asılıb. Respublika Naminə Partiyanın üzvləri hava limanına gedən yolda və Rusiya səfirliyinin binası qarşısında eyni yazılı transparantla dayanıblar. Sosial şəbəkədə də buna bənzər fləşmob keçirilib.
Paşinyanın allahsız keşişlərlə davam edən mübarizəsi – kilsəyə gözlənilən hücum - ŞƏRH

İndiyədək Ermənistanda Rusiyadan olan qonaq belə qarşılanmamışdı.

Ona görə Paşinyan-kilsə münasibətlərinin kəskinləşməsini tərəflərin qarşıdurmasının yeni mərhələsi kimi də dəyərləndirmək olar.

O da sirr deyil ki, ümumerməni kilsəsi ənənəvi olaraq Rusiyanın Cənubi Qafqazdakı vacib təsir ünsürüdür. Bu din dəllalları Azərbaycan torpaqlarının işğalını təbliğ, təşviq edən başlıca ideoloji mərkəz sayılır. Ona görə də Ermənistanda hakimiyyətə gələnlər, yaxud gətirilənlər kilsənin də xeyir-duasını alırdılar. Bu, ölkədə ikihakimiyyətliliyin mövcudluğunu göstərirdi. Ancaq 2018-ci ildə baş vermiş hakimiyyət dəyişikliyi kilsəni yerində oturtmağa, Allaha ibadətlə məşğul olmağa çağırdı. Hətta Ermənistanın dünyəvi dövlət, dinin dövlətdən ayrı olduğu da diqqətə çatdırıldı.

Ancaq kilsə araqarışdırıcı rolunu davam etdirməkdədir. Paşinyanın dediklərindən məlum olur ki, Ermənistanda kilsə şarlatanlar, imansızlar, şər-böhtan yuvası, dinsizlər, allahsızların yığışdığı yerdir.

Paşinyanın onlara belə açıq, hətta küçə ifadələri ilə hücumu hökumətin yeni hədəfini də aşkarlayır. Belə ehtimal etmək olar ki, o, hakimiyyətini möhkəmləndirmək üçün kilsə ilə də haqq-hesabı çürüdüb, ona yerini göstərməlidir. Əks halda, hakimiyyətdə maraqlarının ifadə edilməsinə çalışacaq, bu zaman yeni konfliktlər yaranacaq.
Paşinyanın allahsız keşişlərlə davam edən mübarizəsi – kilsəyə gözlənilən hücum - ŞƏRH

Ölkədə qanuni təkhakimiyyətliliyi təmin etmək üçün bu vacib sayılır. Çünki ötən yeddi ildə Paşinyan Koçaryan-Sarqsyan cütlüyündən (həm də Rusiyadan) qalma fiqurları sıradan çıxarıb. İndi onun iki güclü problemi var: biri kilsə, o biri isə konstitusiya. Belə düşünmək olar ki, yaxın zamanda hökumət kilsədə pislikləri aradan qaldırmaq istiqamətində sərt tədbirlərə əl atacaq. Onun ibadət ocaqlarını yalnız köhnə paltarlardan, ayaqqabılardan, armatur qırıqlarından deyil, allahsızlardan, "qara maskalı manyaklar"dan təmizləyəcəyi də gözlənilir.

Gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. Paşinyanın başçılıq etdiyi blokun bu siyasi kampaniyada uğur əldə etməsi kilsənin zərərsizləşdirilməsidir. Robert Koçaryan, Serj Sarqsyan və rusiyayönlü başqa siyasi rəqiblər barəsində cinayət işləri var. Onlar bu yolla sıradan çıxarıla bilər.

Qarşı tərəf də bu siyasi kampaniyaya hazırlaşır. Baqrat və onu dəstəkləyən kilsə, keçmiş prezidentlər seçkilərlə deyil, küçə aksiyaları ilə Paşinyanı devirmək istəyirlər. İyunun 1-də onların bu istiqamətdə fəaliyyəti başlayacaq.

Baş nazirin Ermənistandakı Apostol Kilsəsini allahsız adlandırması rusiyayönlü müxalifətə və keşişlərə "ağ əlcək" atmaqdır.(Report)
Dün, 15:03
Azərbaycanda nə qədər qadın din xadimi var? - RƏSMİ
Dün, 14:42
Paşinyan erməni kilsəsinə öz adamını gətirmək istəyir - ŞƏRH
Dün, 14:02
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 55% artıb
Dün, 13:32
Sabah 36 dərəcə isti olacaq
Dün, 10:25
Azərbaycan Ordusunda “Ən yaxşı hərbi orkestr” müsabiqəsi keçirilib
Dün, 09:59
Azərbaycanda 47 uşaq himayədar ailələrə verilib
Dün, 09:17
KİV: Almaniya Trampa görə ABŞ-dəki qızıl ehtiyatlarını ölkəyə qaytarmaq istəyir
Dün, 08:59
UEFA Çempionlar Liqası: Bu gün 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək
30-05-2025, 16:26
AFFA rəsmiləri Rumıniyada Beynəlxalq Tərəfdaşlar Görüşündə iştirak ediblər
30-05-2025, 15:59
Paşinyanın allahsız keşişlərlə davam edən mübarizəsi – kilsəyə gözlənilən hücum - ŞƏRH
30-05-2025, 15:30
Türkiyə XİN başçısı Ukrayna Prezidenti ilə görüşüb
30-05-2025, 12:32
İşğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı hazırlanacaq - SƏRƏNCAM
30-05-2025, 12:06
İlham Əliyev Xorvatiyanın Baş nazirini təbrik edib
30-05-2025, 11:49
Fəxrəddin Altun: Azərbaycan mətbuatı xalqın səsi, mədəni irsin daşıyıcısı və fikir azadlığının müdafiəçisi olub
30-05-2025, 11:24
Bu universitetdə yay imtahanlarının vaxtı açıqlandı
30-05-2025, 11:07
Milli Məclisin iclası başladı - Gündəlikdə 10 məsələ var
30-05-2025, 10:47
Dəmir yolundan oğurluq edənlər saxlanılıb
30-05-2025, 10:01
Azərbaycan nefti ucuzlaşıb
30-05-2025, 09:27
İlham Mirzəliyev Saatlıda vətəndaşları qəbul edəcək
30-05-2025, 09:07
Ağsuda avtomobil aşıb, ölən var
30-05-2025, 08:37
BİZİM TƏQVİM: 30 mayda baş vermiş tarixi hadisələr
30-05-2025, 08:03
Minifutbol üzrə dünya çempionatı: Azərbaycan millisi bu gün yarımfinal oyununa çıxacaq
29-05-2025, 18:05
Zabratda su kəsiləcək
29-05-2025, 17:15
Hərbçimizin minaya düşməsi ilə bağlı cinayət işi açıldı
29-05-2025, 16:32
Trampın Azərbaycana verdiyi önəm – ABŞ Bakı ilə daha dərin tərəfdaşlığa ümid edir - ŞƏRH
29-05-2025, 16:08
Laos Prezidenti Azərbaycan liderinə təbrik məktubu göndərib
29-05-2025, 15:08
Nikaraqua Prezidenti və vitse-prezidenti Azərbaycan liderini təbrik ediblər