“Azneft”: Quyu sayının azaldılması əməliyyat xərclərini optimallaşdıracaq

Quyu sayının azaldılması ilə əsas xərclərin azalması gələcəkdə əməliyyat xərclərinin də optimallaşdırılmasına şərait yaradacaq.
Bunu Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus “Azneft” İstehsalat Birliyinin baş direktoru Əli Qurbanov Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində “Hasilat və Əməliyyatlar – innovasiya və dayanıqlıq ilə səmərəliliyin artırılması” panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, “Azneft”də qazma üzrə layihələr uğurla icra edilib: "2024-cü ildən “Qərbi Abşeron” yatağında 20 saylı özüldən qazma işlərinə başlanılıb, 161 və 163 saylı quyuların planlaşdırıması optimallaşdırılaraq, laya giriş bucağını artırmaqla hazır süzgəclərin uzunluğunu 130 m-ə qədər artırılıb: “2024-cü ilin dekabr ayında qazma işləri uğurla yekunlaşdırılaraq istismara daxil edilib. Bu quyular üzrə hədəf hasilatı 20 ton/gün olduğu halda, optimalaşdırma hesabına orta gündəlik 30 ton neft hasil olunur. 164 saylı quyuda süzgəcin uzunluğu 290 m-ə qədər qaldırılaraq hasilat potensialı 50 ton günə kimi artırılıb. 20 saylı özüldən növbəti qazılan 159, 160 və 162 saylı quyuda qazma işləri uğurla yekunlaşaraq tamamlamaya hazırlıq işləri aparılır. Quyuda süzgəc hissənin daha da artırılaraq məhsuldar horizontun 300 m-dək hissəsinin hazır süzgəclə tamamlanaraq hasilat potensialı 50-60 ton/günə qaldırılması planlaşdırılıb”.
O qeyd edib ki, “Qərbi Abşeron” yatağında növbəti quyularda süzgəclərin uzunluğunun 300-350 m-ə qədər artırılmaqla yataq üzrə hasilat hədəfləri dəyişdirilmədən quyu sayı optimallaşdırılıb: "Məsələn, 50 saylı özüldən 16 quyunun sayı 11-ə endirilib. Quyu sayının azaldılması ilə əsas xərclərin azalması gələcəkdə əməliyyat xərclərinin də optimallaşdırılmasına şərait yaradacaq. “Neft Daşları” yatağında yeni tikilmiş 1646 saylı özüldən ilk quyu olan 2088 saylı quyunun planlaşdırılması dəyişdirilərək, məhsuldar laya giriş bucağını artıraraq normalda qalınlığı 90 m olan layın neftli zonasını 350 m-ə qədər artırılmasına nail olunub. Bundan başqa quyudan 2 dəfə kern nümunəsi götürülüb və yataqda açıq lülədə müasir geofiziki tədqiqat işləri aparılıb. Belə ki, yataq üzrə ilk dəfə neft əsaslı məhlul ilə qazma, laya giriş bucağının artılması, tamamla məhlulunun dəyişdirilməsi, perforatorun düzgün seçimi quyudan gündəlik 10-15 ton neft hasilatı gözləndiyi halda, quyu gündəlik 80 ton neft və 6900 m3 qaz hasilatı ilə istismara daxil edilib".
Ə.Qurbanov deyib ki, “Neft Daşları” yatağında 1 646 saylı meydançada və gələcəkdə qazılacaq quyuların optimallaşdırılması davam etdirilərək süzgəclərin tətbiqi ilə horizontal quyuların qazılaraq hasilat hədəfləri 80-100 ton/günə qədər qaldırılması planlaşdırlır: "Hazırda bütün yataqlar üzrə yeni quyuların planlaşdırılmasında yüksək hasilat və iqtisadi səmərəliliyin artırılması üçün optimallaşdırma işləri aparılır. Yüksək maili və horizontal quyuların qazılması imkanları genişləndirilir. Belə ki, “Pirallahı” yatağında horizontal qazma və süzgəclə tamamlama sayəsində qazmadan istismara verilən quyu üzrə günəlik 2,5 dəfə hasilat artımı gözlənilir".
Bugün, 18:00
Özünü Putinə oxşadan polis komissarı istintaqa çağırıldı
Bugün, 17:30
Kamran Əsədovla əlbir olan qaynı işdən çıxarıldı
Bugün, 17:00
Azərbaycanda 15 qız QAÇIRILIB
Bugün, 16:30
Pornoqrafik materiallar yayan yüzlərlə sayt BLOKLANDI
Bugün, 16:00
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad etdi - FOTO
Bugün, 15:30
Məktəb partasından cəbhəyə: Şagirdlər üçün dron kursları başlayır
Bugün, 11:30
Məktəblərdə qış tətili başlayır
Bugün, 11:00
Azərbaycan dünyanın enerji nəhəngi olacaq
Bugün, 10:30
Bakıda FACİƏ: Evdə antibiotik vurulan kişi öldü
Bugün, 10:00
Elektron diplomlar nə vaxtdan veriləcək?
Bugün, 09:30
İspaniya deputatları Bakıya gəldilər
Bugün, 09:00
Rus diplomat bu ölkədən qovuldu
Dün, 18:00
Videosu yayılan müəllim işdən çıxarıldı
Dün, 17:30
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - CAVAB
Dün, 17:00
Bu yazıçı da AYB-dən getdi: Görün nələr yazdı...
Dün, 16:30
Əlavə təhsil hamı üçün ödənişli olacaq
Dün, 16:00
İsveç Şahzadəsi vəfat etdi
Dün, 15:30
Baş nazir Trampı “ac tırtıl” adlandırdı
Dün, 11:30
Yevlaxda beş nəfər dəm qazından zəhərlənib
Dün, 11:00
Azərbaycan Ərbildə Baş konsulluq açmağa hazırlaşır
Dün, 10:30
İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ
Dün, 10:00
Bəhlulun qolu tarixə düşdü
Dün, 09:30
DİM-dən buraxılış imtahanları ilə bağlı yayılan xəbərlərə REAKSİYA
Dün, 09:00
Azərbaycan əhalisini siyahıya alan sabiq məmur vəfat etdi
21-01-2026, 18:00
Baş nazir icbari tibbi sığorta ilə bağlı qərar imzaladı - Yenilənib
21-01-2026, 17:30
İnsan ürəksiz yaşaya bilərmiş
21-01-2026, 17:00
Suraxanıda satılan qutabda at əti aşkarlandı