Bu mənə qarşı hazırlanmış sistemli qarayaxma kampaniyasıdır. Müsahibə
Gündəm / Sosial
Oxunub: 94
14 Haz 2025 | 19:51
Bu mənə qarşı hazırlanmış sistemli qarayaxma kampaniyasıdır. Müsahibə


Bir neçə gündür sosial platformalarda müzakirə obyektinə çevrilən “Qusma” məsələsinə Tanınmış Uzman Psixiatr Azər Bağırov aydınlıq gətirib. Belə ki, o, Regiontv.info-ya sözü gedən məsələ ilə bağlı özəl müsahibə verib.

Sitat: Bizə bir çox psixiatrik xəstəliklərdən müraciət edirlər, psixosomatika da onlardan biridir
Ümumiyyətlə, mənim seanslarımın müddəti stabildir. Mualicə seansları yarım saat terapiya seansları 40-50 dəqiqə arasındadır.
Yarım saatlıq müddət bitdiyində köməkçi yeni bir xəstənin dosyasını gətirir, mən başa düşürəm ki, yarım saatımız dolubdur. Bəzən xəstələrə yarım saatdan çox vaxt ayırmaq məcburiyyətində qalıram. Məsələn yeni xəstə müraciəti olduğunda, onun anamnezini toplamaq, xəstəni dəyərləndirmə olduğu üçün bəzən o yarım saatın içində qala bilmirəm və uzanır 40 dəqiqəyə, beləliklə bir sonrakı yazılan xəstəni 10 dəqiqə gec almış oluram. Yəqin xanım da orda onu nəzərdə tutub, özü daha uzun vaxt istədiyi halda, özündən öncəki xəstələrin də daha uzun müayinəyə ehtiyacı ola biləcəyini hiss etmir. Belə deyim ki, müraciət edən xəstələrin hansının ilk xəstə, hansının isə kontrol xəstəsi olduğunu əvvəlcədən bilmədiyim üçün bəzən belə gecikmələr ola bilir, bir sonrakı xəstənin saatı gecikir.
Amma onun xaricində mən ümumən protokollara uyğun çalışdığım üçün xəstələrə bildirirəm, yəni xəstə müraciətində ilk işim şikayətlərini öyrənmək və diaqnozunu qoymaq olur. Daha sonra xəstəliyin diaqnozunu xəstəyə izah edirəm, əgər xəstənin yaşı 18-dən azdırsa, valideyni ilə görüşürəm, xəstənin diaqnozunu bildirirəm, xəstəliyin gedişatının necə olduğunu da deyirəm, fərqli ümidlər də vermirəm. Müalicənin gedişatının necə olacağını, mualicədən sonra nə olacağını, müalicə kəsildiyində nə olacağını, bunların hamısını izzah edirəm.
Mütləq bir şəkildə də bildirirəm ki, kontrol müayinəsinə bu tarixdə gələcəksiniz və təkrar müayinəyə gələnə qədər də dərman müalicəsini yazdığım qayda və sxemə uyğun davam etsinlər, axsatmasınlar, bunu mütləq bir şəkildə qeyd edirəm.
Həkimin qəbulunda gözləmək passientləri narahat edir, amma bilirsiz, xəstələr çox individual olduğu üçün, həkim hər bir xəstəyə individual yanaşdığı üçün o müddəti öncədən tənzimləmək çox vaxt mümkün olmur.
Burda isə deyə biləcəyim başqa bir şey yoxdur, çünki xəstənin nə vaxt gəldiyini xatırlamıram, yəni bu xanımın facebookda paylaşdığı ittihamlar əsasında cavab verirəm. Təhqiramiz paylaşımlar edibdir facebookda, həm mənə qarşı, həm də müraciət edən insanları qoyun sürüsü adlandırıb, mənim etibarımı zədələmə və qarayaxma kimi bir kampaniya edibdir, bu mövzuda mən bir az daha hüquqi müstəvidə görüşəcəm, nəyə görə belə bir şey etdiyini isə başa düşə bilmirəm. Əsasən pasientlərim müalicəylə və ya gedişatla əlaqəli problem olduğunu düşündüyündə ilk mənə zəng edərək və watsapdan yazaraq narahatçılıqlarını dilə gətirirlər. Mən bunu sizin xəbər saytının mənə zəng etməsindən sonra öyrənirəm.
Ümumiyyətlə bu paylaşımı da görəndə çaşqınlıq keçirdim, çünki problem yaşadığımız bir hadisə də yadıma sala bilmədim. Hadisəni tam olaraq ümumiyyətlə xatırlaya bilmədim.
Yəni ki, qulaqdan-qulağa məlumat çox yetərsiz çatdırılır, pasient onun qızı olubdur və anasına bir şeylər deyibdir, o nə deyibdir, həqiqətən qızının bu paylaşımdan xəbəri var mı, yoxsa ana bu qərarı özbaşına qızına soruşmadan veribdirmi bax bu sual altındadır. Çün ki, bir çox insan psixiatrik bir xəstəliyinin sosial mediyada bu şəkildə açıq ifşa olunmasını istəməz deyə düşünürəm. Gənc qızdır, ətrafı dostları onu qusan qız kimi damğalaya bilər, ana bunları nəyə görə gözə alıb.
Mənim ümumiyyətlə bir görüşmədə hər hansı bir pasientlə kobud rəftarım mümkün deyil, çünki onlara adətən siz deyə müraciət edirəm və müəyyən məsafəni hər zaman qoruyuram, Bunu biz həkimlərə uzmanlıq təhsili aldığımız professorlar öyrədir. Burada bəzi həqiqətləri, xəstəliklə ya da xəstəliyin gedişatı, proqnozu ilə əlaqəli məsələləri pasientlərə söylədiyimdə bəzən onlar onu qəbul etməyə hazır olmadıqlarında bu onları narahat edə bilir. Məsələn psixosomatikada belə bir şey var ki, orda isterik tutmalar halı ola bilir. Belə olduqda ailə və yaxınları, sən özün bilərək eliyirsən kimi düşünürlər və xəstəni qınayırlar, sanki özləri bilərək, diqqət çəkmək üçün edirmişlər kimi hissiyyat yaradır ailə tərəfində. Ancaq əslində özlərindən asılı deyil, istədikləri şeylər olmadıqda, əsəbləşdiklərində, ailə içi münaqişələr olduğunda onlarda bir isterik tutma halı olur;
Bu sakitləşdirilə bilməyən sinir krizi ola bilər, hönkürmə, qışqırma bağırma, ürək bulanma, öyümə, qusma, qıcolma və özündən getmə halı ola bilər və xəstə özü də bunu istəmir, bunun adı isterik tutmadır. Buna bəzən xalq arasında adı yaxşı olmadığı üçün reaksiyalar fərqli ola bilir. Ailəni məlumatlandırma sırasında da ailə də bunu qəbullanmaqda çətinlik çəkir. Yəni bunlar hamısı mənim təxminlərimdir ki, nə olmuş ola bilər, ama onun xaricində digər şeylərin olması mümkün deyil. Artıq 15 ildən çoxdur bu sahədə çalışan bir həkiməm, şəfa verdiyim minlərlə xəstələr olub. Hər gördüklərində mənə xeyir-dua oxuyurlar sağolsunlar.
Dediyim kimi seans müddətlərim də stabildir, digər şeylər də mümkün deyil.
Həmin gün qurban bayramı olduğu üçün mən ertəsi gün xəstəxanaya getdim. Sözü gedən pasientin məndəki qeydiyyatlarını çıxarıb baxdım, nə olduğunu anlamağa çalışdım
20 yaşındakı pasientin qəbula son gəlişi 30.05.25 tarixində olub
Gəldiyində 2 həftədir dərman mualicəsini mənə demədən kəsibmiş. (Ümumiyyətlə pasient 3 ay aralıqlarla 3 dəfə qəbulda olub və hər gəlişində də dərmanlarını kəsərək gəlib, birinci, ikinci muayinəyə atasıyla gəlib, 3 cü görüşməyə də tək gəlib və tək gələ bilməyini də bir uğur olaraq mənə deyib. Aynur qurbanqızı yəni pasientimin anası heç vaxt qızı ilə gəlməyib və qızı ilə birlikdə yaşamırlar)
Dərmanları kəsdikdən bəri özünüzü necə hiss edirsiz deyə soruşmuşam, dedikləri bunlar olub; Çəkingənlik və utancaqlığımda çox azalma var , əvvəllər insanlar içində çox həyəcan keçirirdim, elə bilirdim hamı mənə baxır, indi rahatam insanlar içində yemək yeyə bildim, bura tək gələ bildim ilk dəfə. Qusmalarının olub olmadığını soruşmuşam dekabr ayından bəri qusmam olmayıb deyib. Bu məni şok etdi yaxşılaşmış bir xəstə profili var qarşımdı, ancaq ana paylaşımda "qusursan, neyləyim qusursan, məndə qusuram, uğur gözləyirsən? kimi anlaşılmaz şeylər yazıb. Qusması olmayan birinə nəyə görə belə bir şey deyimki.Mən o, paylaşımda Aynur qurbanqızının müalicədən narazıçılıq deyil də başqa məqsəd daşıdığından şübhə edirəm. Məndən müsahibə alan internet saytına zəng edərək məlumatları vermək istədiyimi bildirdim, mənə dedilər ki artıq sizin müsahibənizi reklam xarakterli çəkə bilərik və 800-1600 manat arası qiyməti olduğunu dedilər, bu qiymətə yerləşdirilən müsahibənin 1 gün qalacağını, sonra sehifədən qaldırılacağını əgər istəsəm 1 heftelik paket təklif etdilər. Mən isə razılaşmadım və şübhələrim doğruluğunu anladəm. Düşündüm ki, hal hazırda hər yerdə bu məsələ paylaşılır və aktual olan bu mövzu haqda yeni məlumatları yazmağa hər hansı bir sayt niyə maraqlı olmasınki? Artıq mövzunun mənə qarşı hazırlanmış sistemli qarayaxma kampaniyası olduğunu düşünürəm, çünki xəstə yaxşıdır, xəstəliyinin əlamətləri düzəlib, ancaq facebookda bir şər paylaşımı var. Deyə Azər Bağırov qeyd edib.

Regiontv.info
Bugün, 10:38
İlham Əliyev sosial şəbəkə hesabında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Bugün, 10:24
Azərbaycanda Milli Qurtuluş Günüdür
Dün, 19:51
Bu mənə qarşı hazırlanmış sistemli qarayaxma kampaniyasıdır. Müsahibə
Dün, 14:36
İranda 5 nəfər İsrailə casusluqda ittiham edilərək həbs olunub
Dün, 13:25
Prezidentin köməkçisi: Azərbaycana kömək yox, əməkdaşlıq və tərəfdaşlıq lazımdır
Dün, 12:42
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçiriləcək
Dün, 11:45
İranın Baş Qərargah rəisinin iki müavini İsrailin hava zərbələri zamanı həlak olub
Dün, 11:18
KİV: İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını vura bilər
Dün, 09:43
İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 70-ə çatıb
Dün, 09:28
Dünya çempionatı: Bu gün Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulacaq
Dün, 08:59
İranın İsrailə dördüncü dalğa hücumları nəticəsində 2 nəfər, 21 nəfər yaralanıb – YENİLƏNİB
Dün, 08:32
Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq
13-06-2025, 19:08
İran bütün uçuşları dayandırıb
13-06-2025, 18:37
Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
13-06-2025, 18:01
Qüds sakinləri: İsrailin başqa çıxış yolu yox idi
13-06-2025, 16:47
KİV: İsrailin İrandakı əməliyyatı 14 gün davam edəcək
13-06-2025, 16:06
Gürcüstanın daxili işlər naziri Azərbaycana gəlib
13-06-2025, 15:30
İranda internetə giriş İsrailin zərbələri fonunda məhdudlaşdırılır
13-06-2025, 15:08
MEDİA İsrail-İran münaqişəsində saxta məlumatlara qarşı sayıq olmaqla bağlı çağırış edib
13-06-2025, 14:38
Azərbaycan BƏƏ ilə sənaye tərəfdaşlığının inkişafını müzakirə edib
13-06-2025, 14:15
KİV: İsrail İrana qarşı yeni hücumlara başlayıb - YENİLƏNİB
13-06-2025, 13:09
Laçına köçürülmüş mindən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
13-06-2025, 12:20
İran DİN: İsrailin hücumu nəticəsində mülki şəxslər və uşaqlar həlak olub
13-06-2025, 11:46
Azərbaycan XİN: İsrailin İranda keçirdiyi hərbi əməliyyatlardan ciddi şəkildə narahatıq
13-06-2025, 11:09
Milli Məclisin növbədənkənar sessiyası üzrə növbəti plenar iclası başlayıb
13-06-2025, 10:32
İlham Əliyev Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresinin iştirakçılarını təbrik edib
13-06-2025, 09:47
Azərbaycan neftinin qiyməti 73 dolları ötüb