BİZİM TƏQVİM: 21 iyunda baş vermiş tarixi hadisələr
Gündəm / Sosial
Oxunub: 71
21 Haz 2025 | 09:28
BİZİM TƏQVİM: 21 iyunda baş vermiş tarixi hadisələr

Dünya Musiqi Gününün qeyd edilməsi ideyası 1976-cı ildə amerikalı musiqiçi Coel Koen tərəfindən irəli sürülüb. O, yay gecə-gündüz bərabərliyini qeyd etmək üçün iyunun 21-dən 22-nə keçən gecə musiqi festivalı keçirməyi təklif edib.

Fransalı bəstəkar Moris Flöre 1981-ci ildə mədəniyyət və kommunikasiyalar naziri Jak Lanqa bu barədə məlumat verib. 1982-ci ildə Parisdə Musiqi bayramı keçirilib. Tədricən bu bayram beynəlxalq xarakter alıb. Hazırda Dünya Musiqi Günü dünyanın 100-dən çox ölkəsində qeyd olunur.

Bəs iyunun 21-də dünyada daha hansı hadisələr baş verib?

1. 921-ci ilin 21 iyununda xəlifə əl-Müqtədirin hakimiyyəti dövründə Bağdaddan geniş tərkibli səfirlik uzaq səyahətə yola düşdü. Onlar 2 il ərzində Buxarada, Xarəzmdə, Xəzəryanı torpaqlarda, Orta Volqaboyunda, Kama çayı sahillərində oldular. Bu səyahətdən qayıtdıqdan sonra səfirliyin katibi vəzifəsini icra edən Əhməd ibn-Fədlan məşhur “Risalə”sini yazdı. Həmin risalədə ibn Fədlan Orta Asiya, Xəzər dövləti və həmin dövrlərdə yenicə İslamı qəbul etmiş Volqa Bulqarıstanı haqqında qiymətli məlumatlar verib.

2. 21 iyun məşhur “Almabulağı döyüşü”nün baş tutduğu gündür. Qeyd edək ki, 1503-cü ilin bu günündə Səfəvilər dövləti və Ağqoyunlu dövləti arasında baş verən döyüş məhz belə adlanır. Bu döyüşdən sonra Ağqoyunluların ikinci qolu süqut edib.

3. 1918-ci il 21 iyunda Azərbaycan Demokratik Cümhuriyyəti hökumətinin qərarı ilə dövlət bayrağı təsis edildi. Qərarda deyilir: “Qırmızı parçadan hazırlanmış, üzərində qırmızı fonda ağ aypara və ağ səkkizguşəli ulduz təsviri olan bayraq Azərbaycan dövlət bayrağı qəbul edilsin”.

4. 21 iyun 1990-cı ildə İranın paytaxtı Tehrandan 200 km şimal-qərbdə 7,3 bal gücündə zəlzələ baş verdi, yüzlərlə kənd məhv oldu, 40 mindən çox insan həyatını itirdi.

5. 1992-сi ilin bu günündə Azərbaycan Respublikası BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub. Uşaqların hüququnu qorumaq üçün ilk təşəbbüs 1924-cü ildə Millətlər Liqası tərəfindən 5 əsas prinsipdən ibarət bəyannamə oldu. Bu sənəd Cenevrə bəyannaməsi adlanır. 1959-cu ildə BMT Baş Məclisi “Uşaq Hüquqları Bəyannaməsini” qəbul etdi. Lakin bu bəyannamənin hüquqi qüvvəsi və nəzarət mexanizmi yox idi. Bu sənəd dövlətlərin üzərinə məsuliyyət və öhdəlik qoymurdu. Uşaqların hüquqlarını qorumağa dair ən mükəmməl beynəlxalq sənəd 1989-cu il noyabrın 20-də BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası oldu.

21 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. "Şahzadə" adlı məşhur əsərilə hakimiyyətdə "Makiavellianizm" cərəyanını yaranmasına səbəb olmuş İtaliya tarixçisi və yazıçı Nikkolo Makiavelli 1527-ci ilin bu günü 58 yaşında dünyadan köçüb. (1469-1527)

2. Tarixçi, şair, maarifçi Abbasqulu ağa Bakıxanovun bu gün doğum günü (1794-1847). Bakıxanov “Gülüstani-İrəm” əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub. “Qüdsi” təxəllüsü ilə şeirlər yazıb. 1847-ci ildə Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatimə adlanan yerdə vəfat edib və orada dəfn olunub.

3. “Əlvida, silah”, “Kilimancaronun qarları”, “Qoca və dəniz” kimi məşhur əsərlərin müəllifi, görkəmli Amerika yazıçısı Ernest Heminquey 1889-cu il 21 iyunda anadan olub.

4. Məşhur fransız yazıçısı, publisit, ekzistensializm fəlsəfi cərəyanının yaradıcılarından biri Jan Pol Sartr 1905-ci ilin bu günü dünyaya gəlib.

5. Beynəlxalq mühəndislik Akademiyasının akademiki, texnika elmləri doktoru,Müstəqil Azərbaycan Respublikasının 1-ci Dövlət Katibi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü Tofiq İsmayılov 21 iyun 1933-cü ildə dünyaya gəlib.

6. 21 iyun 1953-сü ildə Pakistanın tanınmış dövlət xadimi, keçmiş baş naziri Bənazir Bhutto anadan olub (1953-2007). Müsəlman ölkəsində ilk qadın hökumət başçısı kimi tarixə düşüb. 2007-ci il dekabrın 27-də 54 yaşında ikən Pakistanın Ravalpindi şəhərində seçki mitinqindəki çıxışı zamanı sui-qəsd nəticəsində öldürülüb. (Bizim.Media)
Bugün, 16:30
Pornoqrafik materiallar yayan yüzlərlə sayt BLOKLANDI
Bugün, 16:00
Nazir Xalq artistinin qardaşı oğlunu vəzifəsindən azad etdi - FOTO
Bugün, 15:30
Məktəb partasından cəbhəyə: Şagirdlər üçün dron kursları başlayır
Bugün, 11:30
Məktəblərdə qış tətili başlayır
Bugün, 11:00
Azərbaycan dünyanın enerji nəhəngi olacaq
Bugün, 10:30
Bakıda FACİƏ: Evdə antibiotik vurulan kişi öldü
Bugün, 10:00
Elektron diplomlar nə vaxtdan veriləcək?
Bugün, 09:30
İspaniya deputatları Bakıya gəldilər
Bugün, 09:00
Rus diplomat bu ölkədən qovuldu
Dün, 18:00
Videosu yayılan müəllim işdən çıxarıldı
Dün, 17:30
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - CAVAB
Dün, 17:00
Bu yazıçı da AYB-dən getdi: Görün nələr yazdı...
Dün, 16:30
Əlavə təhsil hamı üçün ödənişli olacaq
Dün, 16:00
İsveç Şahzadəsi vəfat etdi
Dün, 15:30
Baş nazir Trampı “ac tırtıl” adlandırdı
Dün, 11:30
Yevlaxda beş nəfər dəm qazından zəhərlənib
Dün, 11:00
Azərbaycan Ərbildə Baş konsulluq açmağa hazırlaşır
Dün, 10:30
İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ
Dün, 10:00
Bəhlulun qolu tarixə düşdü
Dün, 09:30
DİM-dən buraxılış imtahanları ilə bağlı yayılan xəbərlərə REAKSİYA
Dün, 09:00
Azərbaycan əhalisini siyahıya alan sabiq məmur vəfat etdi
21-01-2026, 18:00
Baş nazir icbari tibbi sığorta ilə bağlı qərar imzaladı - Yenilənib
21-01-2026, 17:30
İnsan ürəksiz yaşaya bilərmiş
21-01-2026, 17:00
Suraxanıda satılan qutabda at əti aşkarlandı
21-01-2026, 16:30
AQTA sədri İTV-yə qadağa qoydu
21-01-2026, 16:00
İsa Həbibbəyliyə çətir tutan şəxsin kimliyi bəlli oldu - FOTO
21-01-2026, 15:30
Təcili yardım ağır xəstə olan azyaşlını yolda düşürdü