QMİ Məhərrəm ayının başlaması ilə bağlı fətva verib

Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə bağlı fətva verib.
QMİ-nin Qazılar Şurası və səlahiyyətli nümayəndələri bu barədə məlumat yayıb.
Nəzərə çatdırılıb ki, Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1446-cı il başa çatır, yeni 1447-ci ilin başlanğıcının – Məhərrəm ayının 1-inin Miladi təqvimlə 2025-ci il iyun ayının 26-na təsadüf etməsi gözlənilir.
Qeyd edilib ki, son illər Məhərrəmlik dönəmində dindarları İslama yad olan əməllərdən və xurafatdan çəkindirən əsas tədbirlərdən biri - Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunəsi kimi bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və xalq tərəfindən təqdir edilən hadisədir. Ümidvarıq ki, inşaAllah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rizası üçün İmam Hüseyn (ə) və əziz şəhidlərin xatirinə ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqların şəfa tapmasına yardımçı olacaqlar. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcəkdir.
Biz, Azərbaycan müsəlmanları şükürlər edirik ki, bu ilki Məhərrəm ayı illər boyu dualar etdiyimiz Zəfərin beşinci ildönümü ərəfəsinə təsadüf edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Ordumuzun bizlərə yaşatdığı qürur və sevincə görə Uca Yaradana həmd-sənalar, dövlətimizin rifahı üçün dualar edirik. İşğaldan azad olmuş Qarabağda və Şərqi Zəngəzurda yenidənqurmanın başlanması, dini-mədəni abidələrimizin bərpası, həmvətənlərimizin doğma yurd-yuvalarına Böyük Qayıdışı – bütün bunlar Allah-taalanın lütfü ilə müdrik dövlət başçımızın səyləri sayəsində reallaşan arzularımız, dualarımızdır.
Qazılar Şurası olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin, QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, AR “Dini etiqad azadlığı haqqında” Dövlət Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması yolverilməzdir. Xüsusilə qeyd etmək istərdik ki, ölkəmizin suverenliyi, dövlətçiliyimizin yenilməz nüfuzu əleyhinə son dönəmlərdə güclənən erməni revanşist təbliğatına qarşı Azərbaycan din xadimləri tərəfindən qətiyyətli və davamlı şəkildə Vətən sevgisini, milli dəyərlərə sədaqəti, şərəf və ləyaqəti ehtiva edən çağırışlar edilməli, xütbələr oxunmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir. Qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər.
Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, həmçinin 20 yanvar və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur. Uca Allah xalqımızı, dövlətimizi hifz etsin, dövlət rəhbərimizin Azərbaycan naminə fəaliyyətinə daima rəvac versin!
Bugün, 11:30
Məktəblərdə qış tətili başlayır
Bugün, 11:00
Azərbaycan dünyanın enerji nəhəngi olacaq
Bugün, 10:30
Bakıda FACİƏ: Evdə antibiotik vurulan kişi öldü
Bugün, 10:00
Elektron diplomlar nə vaxtdan veriləcək?
Bugün, 09:30
İspaniya deputatları Bakıya gəldilər
Bugün, 09:00
Rus diplomat bu ölkədən qovuldu
Dün, 18:00
Videosu yayılan müəllim işdən çıxarıldı
Dün, 17:30
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - CAVAB
Dün, 17:00
Bu yazıçı da AYB-dən getdi: Görün nələr yazdı...
Dün, 16:30
Əlavə təhsil hamı üçün ödənişli olacaq
Dün, 16:00
İsveç Şahzadəsi vəfat etdi
Dün, 15:30
Baş nazir Trampı “ac tırtıl” adlandırdı
Dün, 11:30
Yevlaxda beş nəfər dəm qazından zəhərlənib
Dün, 11:00
Azərbaycan Ərbildə Baş konsulluq açmağa hazırlaşır
Dün, 10:30
İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ
Dün, 10:00
Bəhlulun qolu tarixə düşdü
Dün, 09:30
DİM-dən buraxılış imtahanları ilə bağlı yayılan xəbərlərə REAKSİYA
Dün, 09:00
Azərbaycan əhalisini siyahıya alan sabiq məmur vəfat etdi
21-01-2026, 18:00
Baş nazir icbari tibbi sığorta ilə bağlı qərar imzaladı - Yenilənib
21-01-2026, 17:30
İnsan ürəksiz yaşaya bilərmiş
21-01-2026, 17:00
Suraxanıda satılan qutabda at əti aşkarlandı
21-01-2026, 16:30
AQTA sədri İTV-yə qadağa qoydu
21-01-2026, 16:00
İsa Həbibbəyliyə çətir tutan şəxsin kimliyi bəlli oldu - FOTO
21-01-2026, 15:30
Təcili yardım ağır xəstə olan azyaşlını yolda düşürdü
21-01-2026, 11:30
İçərisində 10 kq-dan artıq narkotik olan çanta ilə tutuldu - FOTO
21-01-2026, 11:00
Bakıda 36 yaşlı kişi dəm qazından boğuldu
21-01-2026, 10:30
Xankəndiyə İLK köç - 36 ailə yenidən doğma yurdda!