BİZİM TƏQVİM: 3 iyul tarixində baş vermiş mühüm hadisələr

1928-ci ilin bu günüdə dünyada ilk dəfə televizorlar satışa çıxarılıb.
Bəs iyulun 3-də dünyada daha hansı hadisələr baş verib?
1. 1608-ci ildə Fransa kralı IV Henrixin saray coğrafiyaşünası təyin etdiyi tanınmış səyyah Samyuel de Şamplen müasir Kanadanın Cənub-Şərq torpaqlarını tədqiq edərkən Müqəddəs Lavrenti çayının sahilində istehkam qurdu. Sonralar Kvebek adlandırılan bu istehkamın adı yerli hinduların dilində “çayın daraldığı yer” mənası verir. Bu məskən çox keçmədən xəz ticarəti sayəsində varlanaraq ən çox tərəqqi edən limanlardan birinə çevrildi. Hazırda Kvebek Kanadanın fransız dilli əyalətinin paytaxtıdır.
2. 1917-ci il 3 iyulda Azərbaycanın paytaxtı Bakıda “Hümmət” qəzetinin birinci nömrəsi çapdan çıxdı. Bu mətbuat orqanı XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi şüurunun oyanışında, eləcə də xalqın maariflənməsində özünəməxsus rol oynadı.
3. 1918-ci il iyulun 3-də Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 19 yaş hərbi xidmətə çağırış yaşı müəyyən edildi. Həmin qərarla “Azərbaycan hökumətinin xəbərləri”nin nəşrinə başlandı.
4. 1973-cü ilin 3 iyulunda Helsinkidə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi açıldı. Sonradan ATƏT adlanan bu təşkilat qitənin bütün dövlətlərinin hüquq bərabərliyi əsasında təmsil olunduğu yeganə təşkilatdır. ATƏT-in Minsk qrupu isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə yaradıldı.
5. 3 iyul 1988-ci ildə İran Hava Yollarına aid sərnişin təyyarəsi Bəsrə Körfəzində Amerika döyüş gəmisindən atılan mərmiylə vuruldu. Təyyarə qəzasında aralarında uşaqların da olduğu 286 nəfər həyatını itirdi.
6. 1994-cü ilin bu günündə Bakı Metrosunda terror aktı törədilib. "28 May" və "Gənclik" stansiyalarının arasında qatarın ikinci vaqonunda törədilən partlayış nəticəsində 13 nəfər həlak olub, 58 nəfər yaralanıb. Terror aktını törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı Azər Aslanov Moskva şəhərində həbs olunaraq ekstradisiya edilib. 1998-ci ildə Azər Aslanov ifadəsində bildirib ki o, Bakı Metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan alıb. Məhkəmə Azər Aslanovu ömürlük həbs cəzasına məhkum edib.
3 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:
1. Azərbaycanın görkəmli alimi, tarixçi, yazıçı və dövlət xadimi Abbasqulu ağa Bakıxanov 1794-cü ilin bu günü Bakının Xilə kəndində anadan olub. Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan Bakıxanov həm də qələmə aldığı “Gülüstani-İrəm” əsərilə Azərbaycanın tarixi keçmişini öyrənmək üçün əvəzedilməz mənbə yaradıb.Rusiya ordusunda hərbi xidmətini başa vurduqdan sonra Məkkəni ziyarət edən Abbasqulu ağa Bakıxanov qayıdarkən elə buradaca dünyasını dəyişib (1794-1847).
2. Məşhur Avstriya yazıçısı Frans Kafka 1883-cü ilin 3 iyulunda doğulub. Kafkanın XX əsr modernist ədəbiyyatı üçün səciyyəvi olan yaradıcılıq üslubu Friş, Kamyu, Bekket və digər tanınmış yazıçılara güclü təsir göstərib. (1883-1924)
3. “The Doors” qrupunun yaradıcısı, müğənni və bəstəkar Cim Morrison 1971-ci ilin bu günü 28 yaşında həyatını itirib (1943-1971).
4. 3 iyul Türkiyə kinokomediyasının məşhur aktyorlarından olan Kamal Sunalın xatirə günüdür. O, "Hababam sinfi" (Hababam Sınıfı), "Şərq bülbülü" (Şark Bülbülü), "Nəzakətli Feyzo" (Kibar Feyzo), "Qapıçılar kralı" (Kapıcılar Kralı”) kimi onlarla komediya filminin baş rol ifaçısı olub. Daha çox "İnək Şaban" obrazı ilə yaddaşlarda qalan Kamal Sunal 2000-ci ilin bu günü keçirdiyi infarkt nəticəsində 56 yaşında dünyadan köçüb (1944-2000).
5. 3 iyul 1940-cı ildə Xalq artisti, tanınmış pianoçu Zöhrab Adıgözəlzadə (1940 – 24.5.2012) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının professoru olub, Əskişəhər Universiteti Dövlət Konservatoriyasında (Türkiyə) kafedra müdiri işləyib.
6. 3 iyul 2000-ci ildə Aşıq Xaspolad Gülablı (1919-2000) vəfat edib.(Bizim.Media)
Bugün, 11:30
Məktəblərdə qış tətili başlayır
Bugün, 11:00
Azərbaycan dünyanın enerji nəhəngi olacaq
Bugün, 10:30
Bakıda FACİƏ: Evdə antibiotik vurulan kişi öldü
Bugün, 10:00
Elektron diplomlar nə vaxtdan veriləcək?
Bugün, 09:30
İspaniya deputatları Bakıya gəldilər
Bugün, 09:00
Rus diplomat bu ölkədən qovuldu
Dün, 18:00
Videosu yayılan müəllim işdən çıxarıldı
Dün, 17:30
Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verəni hansı cəza gözləyir? - CAVAB
Dün, 17:00
Bu yazıçı da AYB-dən getdi: Görün nələr yazdı...
Dün, 16:30
Əlavə təhsil hamı üçün ödənişli olacaq
Dün, 16:00
İsveç Şahzadəsi vəfat etdi
Dün, 15:30
Baş nazir Trampı “ac tırtıl” adlandırdı
Dün, 11:30
Yevlaxda beş nəfər dəm qazından zəhərlənib
Dün, 11:00
Azərbaycan Ərbildə Baş konsulluq açmağa hazırlaşır
Dün, 10:30
İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ
Dün, 10:00
Bəhlulun qolu tarixə düşdü
Dün, 09:30
DİM-dən buraxılış imtahanları ilə bağlı yayılan xəbərlərə REAKSİYA
Dün, 09:00
Azərbaycan əhalisini siyahıya alan sabiq məmur vəfat etdi
21-01-2026, 18:00
Baş nazir icbari tibbi sığorta ilə bağlı qərar imzaladı - Yenilənib
21-01-2026, 17:30
İnsan ürəksiz yaşaya bilərmiş
21-01-2026, 17:00
Suraxanıda satılan qutabda at əti aşkarlandı
21-01-2026, 16:30
AQTA sədri İTV-yə qadağa qoydu
21-01-2026, 16:00
İsa Həbibbəyliyə çətir tutan şəxsin kimliyi bəlli oldu - FOTO
21-01-2026, 15:30
Təcili yardım ağır xəstə olan azyaşlını yolda düşürdü
21-01-2026, 11:30
İçərisində 10 kq-dan artıq narkotik olan çanta ilə tutuldu - FOTO
21-01-2026, 11:00
Bakıda 36 yaşlı kişi dəm qazından boğuldu
21-01-2026, 10:30
Xankəndiyə İLK köç - 36 ailə yenidən doğma yurdda!