Sabiq səfirin adı yarım milyonluq dələduzluq işində

İşin kökü Elmira Axudnovanın evinə gedib çıxır
Bu gün Bakı Apelyasiya Məhkəməsində sabiq səfir Elmira Axundovanın yaxın çevrəsindən olan, dələduzluğa görə 9 il müddətinə azadlıqdan məhrum edilmiş Elnur İbrahimovun apelyasiya şikayətinə baxılıb.
hedeftv.az xəbər verir ki, hakim Səadət Səlimovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında cavabdeh Elnur İbrahimov dələduzluq yolu ilə ələ keçirdiyi 350 min manat məbləğin indeksasiya olunmasını “texniki səhv” kimi təqdim etməyə cəhd göstərib. Lakin iş materiallarını araşdıran məhkəmə belə bir texniki səhvin mövcud olmadığı qənaətinə gəlib və Sabunçu Rayon Məhkəməsinin hakimi Şəbnur Qədirovanın verdiyi indeksasiya qərarının qanuni və əsaslı olduğunu təsdiqləyib.
Sabunçu Rayon Məhkəməsinə indeksasiya iddiası ilə müraciət edən zərərçəkmiş şəxs Fərman Məmmədov olub. O, Elnur İbrahimovun dələduzluq əməlləri nəticəsində 350 min manat maddi zərərə məruz qaldığını bildirib.
İddiaçı-tələbkar Fərman Məmmədov Sabunçu Rayon Məhkəməsinə müraciət edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2019-cu il tarixli, 1(101)-75/2019 saylı hökmü ilə cavabdeh (borclu) Elnur Rauf oğlu İbrahimovdan onun xeyrinə tutulmalı olan məbləğin ötən təxminən 6 il üçün, hər il ayrıca göstərilməklə indeksasiya edilməsini tələb edib.
Məsələ burasındadır ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Elnur İbrahimovun Fərman Məmmədova 350 min manat maddi ziyan vurduğunu təsdiqləyib və həmin məbləğin ondan tutulması barədə hökm çıxarıb. Hökmün icrası Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.
Lakin icra məmurunun tam hərəkətsizliyi nəticəsində nə Elnur İbrahimovun əmlakına həbs qoyulub, nə də zərərçəkmiş şəxsə 1 manat belə ödəniş edilib. Sabunçu Rayon Məhkəməsi icra məmurunun bu hərəkətsizliyini qanunsuz hesab edən ayrıca qərar çıxarsa da, buna baxmayaraq, yenə də faktiki icra tədbirləri görülməyib.
Sabunçu Rayon Məhkəməsi Fərman Məmmədovun indeksasiya tələbini haqlı sayaraq qərara alıb ki, ona dəymiş 350 min manatlıq zərər inflyasiya və vaxt amili nəzərə alınmaqla indeksasiya edilsin. Nəticədə ödənilməli olan ümumi məbləğ 513 min manat müəyyən edilib.
Əslində, bu qalmaqallı hadisələrin başlanğıcı 2013-cü ilə təsadüf edir. Elmira Axundovanın deputat mandatı daşıdığı dövrdə o, oğlu Həbib Axundovu yaxın çevrəsində “iş adamı” kimi təqdim etməyə başlayıb. Bildirilib ki, Həbib Axundov Dubaydan dəftərxana ləvazimatları gətirəcək, onları dövlət qurumlarına satacaq və əldə olunan gəlir dividend kimi sərmayə qoyan şəxslər arasında bölüşdürüləcək. Bu vədlərlə Elmira Axundovanın ətrafında olan şəxslərdən, o cümlədən ailə dostlarından, hətta deputatlığa namizəd olduğu dövrdə iki dəfə vəkili olmuş şəxsdən ümumilikdə 8 milyon manata yaxın vəsait toplanıb. Lakin sonradan məlum olub ki, bu “biznes” faktiki olaraq kağız üzərində qurulmuş sxemdən ibarət imiş. Divident adı ilə geri qaytarılan vəsaitlər də əslində zərərçəkənlərin öz pullarının cüzi hissəsi olub. Pul axını dayandıqdan sonra zərərçəkmiş şəxslər hüquq-mühafizə orqanlarına müraciət edərək Həbib Axundovun adını çəkiblər. Bu mərhələdə Elmira Axundova prosesə müdaxilə edərək zərərçəkənlərə “narahat olmayın, bəzi dəqiqləşdirmələrdən sonra pullar qaytarılacaq” vədləri verib.
Hadisələrin sonrakı mərhələsində “günah keçisi” kimi Elnur İbrahimov önə çıxarılıb. Bütün pulların guya ona çatdığı görüntüsü yaradılıb. 2013-cü ilin avqust ayında Həbib Axundov Elnur İbrahimovu Qəbələdə yerləşən “Qafqaz Resort” hotelində Elmira Axundova ilə görüşdürüb. Bir neçə gün sonra isə Elnur İbrahimov gizli şəkildə Gürcüstan sərhədini keçərək ölkəni tərk edib və Rusiyada yoxa çıxıb. Azərbaycan hüquq-mühafizə orqanları onu təxminən 3 il ərzində tapa bilməyib. Sonradan bilinib ki, o, ailəsi ilə birgə Moskvada zərərçəkmişlərdən alınan pullar hesabına kef çəkirmiş…
Nəhayət, 2016-cı ildə Elnur İbrahimov həbs edilib və Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.
Məhkəmə prosesində zərərçəkmişlərdən biri olan Fərman Məmmədov Elmira Axundova, onun oğlu Həbib Axundov və Elnur İbrahimova qarşı mülki iddia qaldırıb. Lakin məhkəmə həmin iddianı yalnız Elnur İbrahimova aid hissədə təmin edib və 350 min manatın onun tərəfindən ödənilməsinə qərar verib, onu 9 il müddətinə azadlıqdan məhrum edib.
Paradoks ondadır ki, Elnur İbrahimov həbsdə olduğu dövrdə mülki iddia üzrə Fərman Məmmədova 1 manat belə ödəmədiyi halda, Elmira Axundovanın oğlu Həbib Axundova 55 min manat pul ödəyib. Bu fakt Elnur İbrahimovun ödəmə qabiliyyətinin olduğunu açıq şəkildə ortaya qoyur. Ödəmə qabiliyyətli birinin xüsusilə külli miqdarda ziyanı ödəməkdən boyun qaçırması da ayrıca məhkəmə mövzusudur.
Bugün, 17:00
Kamran Əliyevdən yeni TƏYİNAT
Bugün, 16:30
Astarada bəndlər çökdü, yol dağıldı - FOTOLAR
Bugün, 16:00
Müəllimini güllələyən şagird 9 ilə qədər həbs oluna bilər
Bugün, 12:00
Gözəllik salonuna qumbara ATDILAR - Yaralananlar var
Bugün, 11:30
Təkbaşına müharibəyə gedən qəhrəman – Bu gün Mübariz İbrahimovun doğum günüdür
Bugün, 11:00
Müəllimə atəş açan şagird hadisədən əvvəl nə edib? - Yeni təfərrüatlar
Bugün, 10:30
Quba sakinlərinin yol problemi: "Dəfələrlə maşınım aşıb, çaya düşmüşəm"
Bugün, 10:00
Kasko sığortası olsa da, qəzadan sonra avtomobilini təmir etdirə bilmir
Bugün, 09:30
Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı
Bugün, 09:00
Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər vərəm imiş?
Dün, 18:00
Azərbaycanda qədim insan qalığı tapılıb: təhlil Yaponiyada aparılır
Dün, 17:30
Azərbaycanda 5 idarə ləğv olunub
Dün, 17:00
“Temu” şərtlərini dəyişdi - FOTO
Dün, 16:30
Güllələnən müəllim əməliyyatdan çıxdı: Çoxsaylı yad cisimlər...
Dün, 16:00
Sürücü hazırlığı üzrə təhsil haqqı 50 manata endirildi - FOTO
Dün, 12:00
“Uşaqdan silahın növünü niyə soruşursunuz?”
Dün, 11:30
Telefonunu taksidə unutdu, geri ala bilmir - Şirkətdən cavab - VİDEO
Dün, 11:00
Yevlax sakini özünə vurduğu iynədən öldü
Dün, 10:30
Türkiyədəki zəlzələdən 3 il ötür - FOTOLAR
Dün, 10:00
"İdrak" liseyinin təsisçisi və direktoru kimdir? - FOTO
Dün, 09:30
Şagirdin atası və liseyin mühafizəçisi də həbs oluna bilər - AÇIQLAMA
Dün, 09:00
Bakıda 10-cu sinif şagirdi müəllimi GÜLLƏLƏDİ - RƏSMİ AÇIQLAMA
5-02-2026, 18:00
Prezidentin BƏƏ-yə səfəri başa çatdı - FOTOLAR
5-02-2026, 17:30
6 yaşlı uşağa oynadığı yerdə 19 bıçaq zərbəsi vurulub - ŞOK
5-02-2026, 17:00
Bakıda 7 erməniyə 114 il iş kəsildi
5-02-2026, 16:30
Hərbi hissələrdə odundan imtina edilir
5-02-2026, 16:00
Bu icra başçılarının müavinləri ixtisara düşdü