Bakıdan verilən mesaj: Gələcəyin şəhərləri “Böyük Qayıdış”dan qlobal liderliyə

“Ümumdünya Şəhərsalma Forumu (WUF13) kimi nüfuzlu beynəlxalq platformanın Azərbaycanda keçirilməsi təkcə şəhərsalma tədbiri deyil, həm də ölkənin geosiyasi, iqtisadi və diplomatik imkanlarını genişləndirən strateji hadisə hesab oluna bilər. Bu forum Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi yenidənqurma siyasətinin, “ağıllı şəhər” konsepsiyasının və regional inkişaf modelinin beynəlxalq səviyyədə təqdimatı üçün mühüm imkan yaradır”.
Bunu hedeftv.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.
O qeyd edib ki, belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsinin əsas məqsədləri bunlardır:
“1. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasını dünyaya təqdim etməkdir. Belə ki, Qarabağ və Şərqi Zəngəzurda həyata reallaşırılan “ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji, müasir infrastruktur layihələrinin təqdimatını nümayiş etdirməklə ölkəyə beynəlxalq legitimlik, siyasi dəstək, yeni investisiya imkanları qazandıra bilər.
2. Azərbaycanın regional logistika və nəqliyyat mərkəzi rolunu gücləndirmək baxımdan əhəmiyyətlidir.Forum çərçivəsində şəhər infrastrukturu, nəqliyyat dəhlizləri, rəqəmsal idarəetmə, yaşıl enerji sistemləri müzakirə olunduğundan, Azərbaycan Orta Dəhliz, regional kommunikasiya layihələri, Xəzər üzərindən tranzit imkanlarını da ön plana çıxara bilər. Bu isə ölkənin geoiqtisadi çəkisini artırar, beynəlxalq şirkətlərin diqqətini cəlb edər.
3. “Yaşıl inkişaf” və enerji transformasiyası modelini nümayiş etdirməkdir. Azərbaycan post-neft dövrünə hazırlıq istiqamətində alternativ enerji, ekoloji şəhərsalma, karbon emissiyalarının azaldılması kimi istiqamətlərdə yeni model qurmağa çalışır. Forum “yaşıl enerji zonası” layihələrinin, ekoloji şəhər konsepsiyalarının beynəlxalq təqdimatı üçün böyük platformadır.
4. Azərbaycanın yumşaq gücünü artırmaq baxımdan WUF13 geosiyasi əhəmiyyət kəsb edir. Belə beynəlxalq tədbirlər ölkənin imicini gücləndirir, diplomatik əlaqələri genişləndirir, beynəlxalq təşkilatlarla əməkdaşlığı artırır. Bu baxımdan forum Bakının beynəlxalq tədbirlər mərkəzi statusunu daha da gücləndirə bilər”.
İ. Yusifov hesab edir ki, Forum Azərbaycanın qarşısında duran əsas çağırışlar baxımından da vacibdir:
“1. Sürətli urbanizasiya və şəhər yükü baxımdan.
Azərbaycanda əhalinin böyük hissəsinin Bakıda cəmləşməsi, regionlararası inkişaf fərqi, nəqliyyat sıxlığı, ekoloji problemlər ciddi çağırışlardır. Ona görə də Forum müasir şəhər idarəçiliyi modellərini, beynəlxalq təcrübələri ölkəyə gətirə bilər.
2. Qarabağın dayanıqlı məskunlaşma modelinin tətbiqi baxımndan da əhəmiyyətlidir. Əsas hədəflərdən biri azad edilmiş ərazilərdə müasir, ekoloji, rəqəmsal idarə olunan yaşayış sistemi qurmaqdır. Bu forum beynəlxalq ekspertiza, texnologiya, maliyyə resursları baxımından Azərbaycana əlavə imkanlar yarada bilər.
3. İqlim və ekoloji təhlükələr baxımdan isə iqlim dəyişiklikləri, su ehtiyatları, kənd təsərrüfatı, şəhər ekologiyası üçün risk yaradır. Forum isə yaşıl nəqliyyat, enerjiyə qənaət, ekoloji tikinti texnologiyaları sahəsində yeni tərəfdaşlıqlar formalaşdıra bilər”.
“Azərbaycan bundan necə faydalana bilər?” sualına cavab olaraq İ. Yusifov deyib ki, iqtisadi baxımdan xarici investisiya axını arta bilər; tikinti, nəqliyyat, texnologiya sektorlarında yeni müqavilələr yarana bilər; turizm və xidmət sektoruna əlavə gəlir gətirə bilər.
Siyasi baxımdan isə Azərbaycanın beynəlxalq nüfuzu güclənər; postmünaqişə quruculuğu modeli tanınar; regional liderlik mövqeyi möhkəmlənər.
Texnoloji baxımdan isə “smart city” texnologiyaları, rəqəmsal idarəetmə, yaşıl enerji həlləri üzrə yeni əməkdaşlıqlar mümkündür.
Sosial baxımdan isə şəhər həyat keyfiyyətinin yüksəldilməsi, regionların inkişafı, müasir yaşayış standartlarının tətbiqi sürətlənə bilər”.
Azərbaycanın strateji hədəflərinə nail olunması məsələsinə gəldikdə sabiq deputat qeyd edib ki, bu Forum Azərbaycanın postmüharibə quruculuğu, regional mərkəzə çevrilmə, yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya, beynəlxalq nüfuzun artırılması siyasəti ilə birbaşa bağlıdır. Başqa sözlə, WUF Azərbaycan üçün sadəcə şəhərsalma tədbiri deyil, həm də ölkənin gələcək inkişaf modelinin, beynəlxalq mövqeyinin, iqtisadi transformasiyasının təqdimat platforması rolunu oynaya bilər.
Bugün, 16:30
Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
Bugün, 12:00
Azərbaycan təmsilçisi "Avroviziya - 2026"nın finalına çıxa bilməyib
Bugün, 11:30
Taksidən istifadə edən sərnişinlərin NƏZƏRİNƏ
Bugün, 11:00
Film kimi HADİSƏ - Vəzifəli şəxs inək cəsədinin içində ölkədən qaçdı
Bugün, 11:00
Vado Korovinin "Space" TV-dəki kadrları işdən çıxarıldı - FOTO
Bugün, 10:30
Kiyevə dəhşətli raket hücumu: ölənlərin sayı artdı
Bugün, 10:00
Tam şəffaf olmaq üçün işimiz çoxdur - mədəniyyət naziri
Bugün, 09:30
Toylar Azərbaycan incəsənətini yaşadan platformadır - NAZİRDƏN AÇIQLAMA
Bugün, 09:00
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
Dün, 18:00
Bakıda bu ərazidə yaşayırsınızsa, evinizin qapısı DÖYÜLƏCƏK - SƏBƏB
Dün, 17:30
Bu ölkədə yanacaq bitdi, paytaxt elektriksiz qaldı - Xalq küçələrə axışdı
Dün, 17:00
Fərdi həkim kimi işləmək istəyənlər üçün TƏLƏBLƏR
Dün, 16:30
Prezident ona vəzifə verdi - SƏRƏNCAM
Dün, 16:00
Ceki Çanın iştirakı ilə bu filmin bir hissəsi Azərbaycanda çəkiləcək
Dün, 12:00
Məşhur şairin xəstəxanaya borcu ödənildi
Dün, 11:30
Ekologiya nazirinin yeni birinci müavini kimdir? - DOSYE
Dün, 11:00
SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
Dün, 10:30
"Yeni Delta 2026" ekspedisiyasının həyəcan təbili: Xəzərin dibi üzə çıxır - FOTO
Dün, 10:00
Hacıqabul-Horadiz yolunda təhlükəli anlar: ağac magistral yolu bağladı
Dün, 09:30
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi
Dün, 09:00
Azərbaycanda ailə dəyərləri yoxa çıxır - komitə sədri
13-05-2026, 18:00
Bu şəxslərə böyük məbləğdə ÖDƏNİŞ VERİLƏCƏK - Yeni QƏRARIN DETALLARI
13-05-2026, 17:30
“Georgi lenti” qalmaqalında həbs edilən Saleh Səmədov hakim qarşısında– Ev dustaqlığı istədi, məhkəmə rədd etdi
13-05-2026, 17:00
Türkiyədəki dəhşətli selin GÖRÜNTÜLƏRİ YAYILDI
13-05-2026, 16:30
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar – biri öldü, digəri ağır cəza aldı
13-05-2026, 16:00
Qızıl qaynayan bu torpaqlar sahibsiz qalıb
13-05-2026, 12:00
Bakıdan verilən mesaj: Gələcəyin şəhərləri “Böyük Qayıdış”dan qlobal liderliyə