Borca görə döyülən "Azəriqaz" əməkdaşı: "Vur, ölsün dedilər"
Ata və oğul tərəfindən evə dəvət edilərək döyüldüyü iddia olunan "Azəriqaz" əməkdaşı baş verənlərlə bağlı danışıb."Azəriqaz" İstehsalat Birliyinin xəsarət alan əməkdaşı Müzəffər Müzəffərov bildirib ki, indiyədək həmin ailə ilə aralarında heç bir münaqişə olmayıb. Onun sözlərinə görə, hadisə baş verən gün İntiqam Xıdırov yaranmış borc məsələsinə aydınlıq gətirmək məqsədilə onu yaşadığı ünvana çağırıb.
M.Müzəffərov qeyd edib ki, ünvana çatdıqdan sonra İntiqam Xıdırovun atası söhbətə qoşularaq ona qarşı nalayiq ifadələr işlətməyə başlayıb. O isə yalnız oğul ilə danışmaq istədiyini bildirib. Bu zaman İntiqam Xıdırov onu qolundan tutaraq kənara çəkib. Zərərçəkən əvvəlcə bunun onu atasından uzaqlaşdırmaq cəhdi olduğunu düşünsə də, az sonra ayağına zərbə endirilərək yerə yıxıldığını deyib. Bundan sonra ata və oğul birlikdə onu döyməyə başlayıblar.
Zərərçəkənin sözlərinə görə, döyüldükdən sonra qan içində vəziyyətdə qoyularaq hadisə yerindən uzaqlaşıblar:
"Yarım dəqiqə, bəlkə də bir dəqiqə ərzində məni vurdular. Atası oğluna "vur, ölsün" deyirdi. Sanki qisas alırdılar. Sonra gedib çıxdılar. Qonşular kömək etdi. Vəziyyətim ağırlaşdığı üçün 103-ə zəng etdim".
Hadisədə adı hallanan Novruz Xıdırovun yaxınlıqda yaşayan digər oğlu Rövşən Xıdırov isə bildirib ki, uzun müddətdir atası və qardaşı ilə münasibətləri yoxdur./Milli.az/
Bugün, 16:30
Prezident ona vəzifə verdi - SƏRƏNCAM
Bugün, 16:00
Ceki Çanın iştirakı ilə bu filmin bir hissəsi Azərbaycanda çəkiləcək
Bugün, 12:00
Məşhur şairin xəstəxanaya borcu ödənildi
Bugün, 11:30
Ekologiya nazirinin yeni birinci müavini kimdir? - DOSYE
Bugün, 11:00
SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
Bugün, 10:30
"Yeni Delta 2026" ekspedisiyasının həyəcan təbili: Xəzərin dibi üzə çıxır - FOTO
Bugün, 10:00
Hacıqabul-Horadiz yolunda təhlükəli anlar: ağac magistral yolu bağladı
Bugün, 09:30
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi
Bugün, 09:00
Azərbaycanda ailə dəyərləri yoxa çıxır - komitə sədri
Dün, 18:00
Bu şəxslərə böyük məbləğdə ÖDƏNİŞ VERİLƏCƏK - Yeni QƏRARIN DETALLARI
Dün, 17:30
“Georgi lenti” qalmaqalında həbs edilən Saleh Səmədov hakim qarşısında– Ev dustaqlığı istədi, məhkəmə rədd etdi
Dün, 17:00
Türkiyədəki dəhşətli selin GÖRÜNTÜLƏRİ YAYILDI
Dün, 16:30
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar – biri öldü, digəri ağır cəza aldı
Dün, 16:00
Qızıl qaynayan bu torpaqlar sahibsiz qalıb
Dün, 12:00
Bakıdan verilən mesaj: Gələcəyin şəhərləri “Böyük Qayıdış”dan qlobal liderliyə
Dün, 11:30
Molokanların yaşadığı İvanovkada ev almaq trendə çevrilib
Dün, 11:00
Pediatriya Mərkəzinə təyinat alan yeni direktor: “Planlarım var”
Dün, 10:30
Bakıda V Uşaq Kitab Festivalı keçirilir
Dün, 10:00
İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
Dün, 09:30
ABŞ Zəngəzur dəhlizi ilə bağlı işə başladı
Dün, 09:00
Sabahdan WUF13 akkreditasiya kartları veriləcək
12-05-2026, 18:00
Bakıda 17 milyona klinika satılır
12-05-2026, 17:30
Cəbrayılda siqaret istehsal ediləcək
12-05-2026, 17:00
Lökbatanda yanan "Kontakt Home"un anbarı olub - FOTO
12-05-2026, 16:30
Qubada bu kəndlərin adı milliləşdirildi
12-05-2026, 16:00
Azərbaycanda nadir Qurani-Kərim satışa çıxarıldı: 50 min manata - FOTO
12-05-2026, 12:00
Gəncədə qadın körpüdən çaya yıxılıb