10 manatlıq əskinaslarla bağlı Mərkəzi Bankdan vacib AÇIQLAMA
Mərkəzi Bank ödəniş terminallarının 10 manatlıq əskinasları qəbul etməməsinə aydınlıq gətirib."Yeni Sabah"ın sorğusuna cavab olaraq qurumdan bildirilib ki, "Mərkəzi Bankı haqqında" qanunun 36.3-cü maddəsinə əsasən, Mərkəzi Bankın buraxdığı bütün pul nişanları ölkə ərazisində nominal dəyəri ilə hər növ ödənişlər zamanı hökmən qəbul edilməlidir.
Qeyd olunub ki, Mərkəzi Bankın İdarə Heyətinin 18 may 2020-ci il tarixli 23/1 nömrəli qərarı ilə təsdiq edilmiş "Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası" Qaydalarına əsasən, banklar tərəfindən istismar olunan nağd pul avadanlıqları - o cümlədən pulsayan, emal edən və qəbul edən (cash-in) avtomatlaşdırılmış qurğular həqiqi milli pul nişanlarını tanımalı, saxta pul nişanlarını isə qəbul etməməlidir.
Mərkəzi Bankdan vurğulanıb ki, kağız milli pul nişanlarının ödəniş terminalları vasitəsilə qəbul olunmaması iki halda mümkün ola bilər:
"Pul nişanı kağız keyfiyyətini itirdikdə, üzərində çirk, ləkə, yapışqan lent və digər yararsızlıq əlamətləri olduqda, yaxud qaydaların tələblərinə uyğun gəlmədikdə və ya həqiqiliyinə dair şübhə yarandıqda;
Ödəniş terminalında texniki nasazlıq və ya proqram təminatı ilə bağlı xəta baş verdikdə.
Terminallar vasitəsilə kağız pul nişanlarının qəbulunda problem yaranarsa, vətəndaşlar avadanlığın yerləşdiyi ünvan və terminalın mülkiyyətçisi olan ödəniş xidməti təchizatçısı barədə məlumatları dəqiq göstərməklə aidiyyəti təşkilata müraciət etməlidirlər".
Bugün, 12:00
Köhnə telefonlar birdən bahalaşdı- Niyə kütləvi şəkildə alınır?
Bugün, 11:30
Məhkəmə ahıl qadına qarşı təcavüzdə ittiham olunan gənci həbs etdi
Bugün, 11:00
10 gün dərs olmayacaq - Tarixlər
Bugün, 10:30
Xəstəxanada həyatını itirən Mirinin ölümü ilə bağlı həbs edilən var
Bugün, 10:00
Azərbaycan bu ölkə ilə birbaşa uçuşlara başlaya bilər
Bugün, 09:30
Bakıda sinif yoldaşını yandıran məktəbli həbs edildi
Bugün, 09:00
Azərbaycandan bu ölkəyə çay ixracı kəskin ARTDI
Dün, 18:00
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış edib
Dün, 17:30
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Dün, 17:00
Hamlet Musayevin qızı həbs edildi
Dün, 16:30
Prezervativlər 30% bahalaşır
Dün, 16:00
Muğanlı-İsmayıllı yolu BAĞLANIR
Dün, 12:00
Keçid balları enəcək - Abituriyentlərə ŞAD XƏBƏR
Dün, 11:30
Latviya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib - YENİLƏNİB
Dün, 11:00
Vətəndaşın fəryadı: Evini banka verdi, indi isə torpağını da əlindən almaq istəyirlər?
Dün, 10:30
İmişlidə canavarlar kəndə hücum edib
Dün, 10:00
Şiddət görüntüləri uşaqlara necə təsir edir?
Dün, 09:30
Azərbaycanda doğumun ən az və çox olduğu bölgələr - SİYAHI
Dün, 09:00
Bakıda məktəb binası yanır - VİDEO
21-04-2026, 18:00
“Sea Breeze"dən şəhərin mərkəzinə tramvay xətləri ÇƏKİLƏCƏK
21-04-2026, 17:30
Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər – SƏBƏB
21-04-2026, 17:00
Geosiyasi şahmat taxtasında İran kartı: Həlledici gediş
21-04-2026, 16:30
Çelik Bakı konsertində tamaşaçılara hörmətsizlik edib? - Müğənnidən cavab VİDEOSU
21-04-2026, 16:00
“ChatGPT”də problem yarandı - Azərbaycanda da müşahidə olunur
21-04-2026, 12:00
Çiyələk sahədən bazara neçə manata başa gəlir?
21-04-2026, 11:30
“Orada bildim ki, hamilədir, deyir, qonşu təcavüz edib” - 15 yaşlı qızın anası
21-04-2026, 11:00
Fərhad Xəlilov: Əsərlərimi Bakıda satmıram, bilirəm ki, o qiymətə heç kəs almayacaq