Xaricdə təhsil vədləri, yarımçıq qalan ümidlər - Şikayətlər artır
Müasir gəncliyin ən böyük hədəflərindən biri də xaricdə təhsil almaqdır. Onlar bu istiqamətdə məsləhət üçün daha çox xaricdə təhsil şirkətlərinə üz tuturlar. Ancaq adekvatlıq hər zaman ürəkaçan olmur. Bu sahədə fəaliyyət göstərən bəzi şirkətlər gəncləri ya yarı yolda qoyur, ya da yanlış səmtə istiqamətləndirirlər. Bütün bunlar günümüzün reallıqlarıdır və bazarda belələrinin sayı sürətlə çoxalır. Nəticədə isə gənclərin inkişaf etmək istəkləri əllərindən alınır. Məntiqlə yanaşdıqda bu cür hallar ən ağır dövlət cinayəti hesab edilməlidir. Ona görə ki, belə “işbazlar” bu cür əməlləri ilə Azərbaycanın sabahını çiyinlərində daşıyacaq gənclərimizə mane olurlar.
Müqavilələr və yerinə yetirilməyən öhdəliklər
Hətta xaricdə təhsil almaq xidmətinə görə vətəndaşdan ödəniş alındıqdan sonra bəzən konkret nəticə təqdim olunmur. Məhz bu mərhələdən sonra şirkətlərin əsl davranışı üzə çıxır. İşin başlanğıcında mülayim və inandırıcı danışan şəxslər şikayətlər artdıqda və ödənişlər geri tələb edildiyi zaman hədə-qorxu, təzyiq və müxtəlif bəhanələrə əl ataraq şikayətçiləri prosesdən uzaqlaşdırmağa çalışırlar.
Bu istiqamətdə araşdırma apararkən media və digər internet resurslarında “Max Group”, “AID Group”, “Xaricdə Təhsil Mərkəzi”, “Brain Academy”, “Elite Academy” və “Smart Business Group” kimi qurumlar barədə geniş məlumatlarla qarşılaşırıq. Bunlardan biri də Pilgrim Education MMC-dir.
hedeftv.az müxtəlif internet resurslarından xoşagəlməz məlumatlar əldə edib. Məlum olub ki, mənimsənildiyi iddia edilən vəsaitlərin həcmi də az deyil. Şikayətçilərin paylaşımlarına görə, tərəflər arasında rəsmi müqavilə bağlanır və ödənişlər həmin müqavilə əsasında həyata keçirilir. Buna baxmayaraq, şirkət müqavilə əsasında üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Daha sonra isə məsuliyyətdən yayınmaq, mövcud vəziyyəti uzatmaq və vaxt qazanmaq məqsədilə müxtəlif manipulyativ üsullara əl atılır. Şikayətlər arasında Pilgrim Education MMC-nin icraçı direktoru Aisa Aslanova və menecer Leyla Mustafayevanın adı davamlı olaraq hallanır.
Gəncə filialı və təqdimat mərasimi
Qeyd edək ki, 2023-cü ildə bu şirkətin Gəncədə də filialı açılıb. Təqdimatda Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Məclisin deputatı Müşfiq Cəfərov, deputat köməkçisi Göyüş Şəfizadə, Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Anar Sarıyev, eləcə də bir sıra ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər. Şirkət sayısız şikayətlərə baxmayaraq, bu gün də PR fəaliyyətlərini davam etdirir. Müxtəlif media qurumları vasitəsilə “uğurlarını” paylaşaraq daha çox insanı cəlb etməyə çalışır. Şirkət 2023-cü ildə göstərdiyi nəticələrə görə “Gənclərin Dostu” milli mükafatına da layiq görülüb.
Şikayətçi Əli Qarayevin iddiaları
Şikayətçi Əli Qarayev son 11 ay ərzində Pilgrim Education MMC ilə yaşadıqlarını bölüşüb: “Müqaviləyə əsasən işlərin müəyyən müddətdə görüləcəyi vəd olunmuşdu, lakin bu öhdəliklər yerinə yetirilmədi. Bu müddətdə bütün vaxtımı bu məsələyə sərf etsəm də, ortada heç bir real nəticə olmadı. Ödəniş qarşılığında nəzərdə tutulmuş xidmət tam təqdim edilmədi. Verilmiş sözlərə baxmayaraq, pulun geri qaytarılması təmin edilmədi və kommunikasiya zəiflədikcə proses uzandı. Şirkətin rəhbəri Aisa Aslanova Nəbi qızı və əməkdaşı Leyla Mustafayeva Rauf qızı ilə yazışmalar aparmışam. Bu sözlərim şəxsi müşahidələr və faktlara əsaslanır, ittiham xarakteri daşımır.”
Firuzə Hacıyevanın açıqlaması
Digər şikayətçi Firuzə Hacıyeva isə aldadıldığını bildirib. Onun sözlərinə görə, universitet və təqaüdlərə vaxtında müraciət ediləcəyi, işin şəffaf aparılacağı və hər addımda məlumat veriləcəyi vəd olunub. Lakin sonradan məlum olub ki, bəzi proqramlara ümumiyyətlə müraciət edilməyib. Hacıyeva qeyd edir ki, bir neçə beynəlxalq proqram üzrə müraciətlər ya gecikdirilib, ya da düzgün icra edilməyib, nəticədə həm təqaüdlər, həm də qəbul imkanları itirilib. (modern.az)
Bugün, 10:30
Nazir Qarabağdakı müəllimlərlə görüşdü
Bugün, 10:00
ABŞ İranın 10 gəmisini məhv etdi
Bugün, 09:30
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Bugün, 09:00
Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlandı
Dün, 18:00
Abituriyentlərin nəzərinə: Qarşıdan ən çətin imtahanlar gəlir
Dün, 17:30
Ötən ay Azərbaycanda beş aptekdə reseptsiz dərman satışı aşkarlanıb
Dün, 17:00
Bayram namazı nə vaxt qılınacaq? – QMİ-dən AÇIQLAMA
Dün, 16:30
Baş nazirdən qərar: bu quruma xidməti maşınlar verildi
Dün, 16:00
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir?
Dün, 12:00
İran Trampın gözlədiyi kimi deyilmiş
Dün, 11:30
Dubayda qalan vətəndaşlarımız təxliyə olunur - FOTOLAR
Dün, 11:00
SEPAH super ağır raketlərdən istifadə edib
Dün, 10:30
İran İsrailə 1 tonluq döyüş başlığı olan raketlər atıb
Dün, 10:00
Buraxılış imtahanının düzgün cavabları AÇIQLANDI
Dün, 09:30
İtaliyada güclü ZƏLZƏLƏ
Dün, 09:00
Baş nazir deputatlara hesabat verəcək
7-03-2026, 18:00
Azərbaycanın Tehrandakı səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub
7-03-2026, 17:30
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - məbləğ
7-03-2026, 16:30
İran dronlarından qorunmağın YOLU
7-03-2026, 16:00
Günlük qazancları 1000 manatdan çoxdur — Hər gün də tələb artır
7-03-2026, 12:00
Azərbaycanda SEPAH-ın tapşırıqlarını yerinə yetirən VƏTƏNDAŞLARIN SİYAHISI - ADLAR
7-03-2026, 11:30
Qaşlı qızıl almayın - SƏBƏBLƏR
7-03-2026, 11:00
Tüfənglə insident törədən şəxs saxlanıldı
7-03-2026, 11:00
Putin Pezeşkianla danışıqlar apardı
7-03-2026, 10:30
İran Avropanı da təhdid etdi
7-03-2026, 10:00
Azərbaycana qarşı növbəti TƏXRİBAT
7-03-2026, 09:30
Beyrut belə bombalandı - ANBAAN GÖRÜNTÜLƏR