Eldar Əzizov icra başçısına TÖHMƏT VERDİ
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən hedeftv.az-a verilən məlumata görə, müşavirədə şəhərin sanitar təmizliyinin və onun yaz-yay mövsümünə hazırlığının vəziyyəti, əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri və o cümlədən qanunsuz tikintilərlə bağlı məsələlər müzakirə olunub.
İclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan özünün müasir tarixində çiçəklənmə və tərəqqinin yüksək zirvəsinə çatmışdır. Vurğulanıb ki, qazanılan uğurların əsasında məhz dövlət başçısının siyasi dahiliyi və onun xalqla möhkəm birliyi durur ki, bu da Azərbaycanın bu günkü və gələcək inkişafının təminatıdır.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, rayon icra hakimiyyəti başçıları rayonlarda olan nöqsanları operativ şəkildə aşkar edib aradan qaldırmalı, məsuliyyət və təşəbbüskarlığın bu gün zamanın tələbi olduğunu yadda saxlamalıdırlar.
Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında sanitar təmizlik məsələlərinin vəziyyətini kəskin tənqid edərək, bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını qeyd edib. Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq elan edilib. Şəhər rəhbəri rayon başçılarından yerlərdə vəziyyəti yaxşılaşdırmaq üçün təcili tədbirlərin görülməsini tələb edib.
Töhmət alan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bütün çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına söz verib.
Toplantıda paytaxt rayonlarinda təmizlik, abadlıq və yaşıllaşdırma ilə bağlı məsələlər müzakirə olunub. Əldə edilən nəticələr qənaətbəxş hesab edilib, Novruz bayramına hazırlıq və işlərin daha da təkmilləşdirilməsi üçün tapşırıqlar verilib.
Toplantıda rayonlarda qanunsuz tikintilərin monitorinqinin nəticələrinə dair görüntülər təqdim edilib. Bu mövzu ciddi müzakirə edilərək aşkar edilmiş qanun pozuntuları əyani surətdə nümayiş etdirilib. Qeyd edilib ki, bu kimi hallar əsasən paytaxtın Sabunçu, Qaradağ, Xəzər və digər rayonlarında aşkarlanıb. Bu kimi neqativ hallarla mübarizə aparmaq üçün müvafiq tapşırıqlar verilib.
Bildirilib ki, müşavirədə verilən tapşırıqların icrasına nəzarəti icra hakimiyyətinin monitorinq qrupu həyata keçirəcəkdir. Yaz-yay mövsümünə hazırlıq məqsədilə qərargahın yaradılması və nəticələrin iki ay ərzində əlavə müzakirəyə təqdim edilməsi qərara alınıb.
Dün, 18:00
Yubileyi olan Xalq artistinə "Fəxri diplom" verildi - FOTO
Dün, 17:30
Binada partlayış: Usta 15-ci mərtəbədən yıxılıb öldü
Dün, 17:00
Bakıda özəl klinikanın fəaliyyəti dayandırıldı
Dün, 16:30
Füzulidə mina partladı - ANAMA əməkdaşı həlak oldu
Dün, 16:00
Dünyanın ən varlı məhbusu Azərbaycandadır
Dün, 12:00
Qonşu ölkə siqaretlə vidalaşır: tam qadağa planı
Dün, 11:30
Öldürülən İradənin ailəsi narazıdır - Biznesmen yenidən yoxlanacaq
Dün, 11:00
Koronavirusun gizli fəsadı ortaya ÇIXDI
Dün, 10:30
Məkkəyə girişə məhdudiyyət qoyuldu
Dün, 10:00
Millimiz 2:9 hesabı ilə uduzdu
Dün, 09:30
Ağcabədidə xalauşaqları evləndi - Araşdırmalar başladı
Dün, 09:00
ABŞ Hörmüz boğazında blokadanı başlatdı
13-04-2026, 18:00
Hər evdə var: İşıq pulunu çox yazan cihaz
13-04-2026, 17:30
Tramp Hörmüz boğazını blokadaya almağı əmr etdi
13-04-2026, 17:00
Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?
13-04-2026, 16:30
Ölkə ikincisi indi dünya ikincisində təhsil alacaq
13-04-2026, 16:00
Bu evlərə su VERİLMƏYƏCƏK - RƏSMİ
13-04-2026, 13:00
Qubada DƏHŞƏT: Qardaş-qardaşı bıçaqladı
13-04-2026, 12:30
Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin “1 milyon 800 min manat” Tenderləri…
13-04-2026, 12:00
Bu şəxslər pensiyaya tez ÇIXA BİLƏCƏK - AÇIQLAMA
13-04-2026, 11:30
Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı VƏFAT ETDİ
13-04-2026, 11:00
Bulvardakı zanbaqları im bu hala salıb?
13-04-2026, 10:30
Qayınana kürəkəninin dəfnində vəfat etdi – FOTO
13-04-2026, 10:00
Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq
13-04-2026, 09:30
Bazara hava zərbəsi endirildi: yüzlərlə insan həlak oldu
13-04-2026, 09:00
Pezeşkian ABŞ-yə şərt qoydu: “Qırmızı xətləri keçməyin, razılaşaq”
11-04-2026, 18:00
Moskva 3 ölkəni qisas almaqla hədələdi, həmin ölkələrdən CAVAB