Bu, kinodur, amma kinoteatrda baxan yoxdur

Ayaz Salayev hesab edir ki, ciddi və sistemli iş aparmaq lazımdır ki, insanlar yenidən film zallarına qayıtsınlar
Son illər kinoteatrlara marağın nəzərəçarpacaq dərəcədə azalması artıq təsadüfi hal deyil, sosial və mədəni tendensiyaya çevrilib.
Kinoşünaslar qeyd edir ki, bu dəyişimin ən əsas səbəblərindən biri rəqəmsal platformaların yüksəlişidir. “Netflix” və “YouTube” kimi platformalar tamaşaçıya evdən çıxmadan, istədiyi vaxt, istədiyi janrda film və serial izləmək imkanı yaradır. Artıq insan konkret saatı gözləmək, bilet almaq, yola çıxmaq məcburiyyətində deyil. Bir kliklə dünya kinosu əlçatan olur. Üstəlik, aylıq abunə haqqı çox zaman bir ailənin kinoteatra bir dəfə getməsi xərci qədərdir.
Məsələnin ikinci və bəlkə də daha həssas tərəfini iqtisadi amillə bağlayırlar. Çünki məlum məsələdir ki, kinoteatra getmək artıq sadəcə bilet almaq demək deyil. Popkorn, içkilər, yol xərci və digər əlavə xərclər ümumi məbləği xeyli artırır. Xüsusilə ailəvi şəkildə zala getmək istəyəndə bu xərc daha qabarıq hiss olunur. Nəticədə ailələr üçün seçim aydın görünür: eyni filmi və ya daha geniş seçim imkanını ev rahatlığında və daha az xərclə izləmək.
Digər problem kimi repertuar məsələsi önə çəkilir. Tamaşaçı müxtəlif janrlar, fərqli mövzular, güclü yerli istehsal filmlər gözlədiyi halda, bir çox zallarda eyni tip kommersiya filmlərinin üstünlük təşkil etməsi marağı azaldır. Yerli filmlərin sayının və keyfiyyətli təqdimatının yetərli olmaması, festival və müstəqil kino nümayişlərinin azlığı da tamaşaçı axınına təsir göstərir. İnsanlar kinoteatrı “hadisə” üçün seçir. Əgər təqdim olunan məzmun hadisəyə çevrilmirsə, zal da dolmur.
Burada psixoloji faktoru da qeyd etmək olar. Tamaşaçı davranışı dəyişib. Yeni nəsil sürətli, fərdi və mobil kontentə üstünlük verir. Filmə tam iki saat vaxt ayırmaq əvəzinə, qısa videolar, serial formatı və fasiləli izləmə daha cəlbedici görünür. Kino mədəniyyəti kollektiv təcrübədən fərdi təcrübəyə transformasiya olunur.
Beləliklə, göründüyü kimi, kinoteatrların boş qalması tək bir səbəbdən qaynaqlanmır. Texnologiyanın inkişafı, iqtisadi çətinliklər, repertuarın məhdudluğu və tamaşaçı zövqündəki dəyişikliklər bu mənzərəni formalaşdırır.
Bəs bu tendensiyanı dəyişmək mümkündürmü? Mümkündür, amma fərqli yanaşma tələb olunur. Kino mərkəzləri eksklüziv premyeralar, rejissor və aktyorlarla görüşlər, tematik gecələr, klassik filmlərin xüsusi nümayişləri, interaktiv tədbirlər və ailəvi paket kampaniyalarla tamaşaçıya fərqli təcrübə təqdim etməlidirlər.
İki ildən sonra Ağdama köçəcəm - 72 yaşlı Aqil Abbas | Modern.az
Aqil Abbas
Mövzu ilə bağlı Milli Məclisin mədəniyyət komitəsinin üzvü Aqil Abbas Yeni Müsavat”a danışıb: "Böyük ekranda filmə baxmaq tamamilə başqa bir hissdir. Orada hər şeyi, ən xırda detalına qədər aydın görürsən. Səs, işıq, kadrın dərinliyi, aktyor oyununun incə çalarları böyük ekranda tamam fərqli təsir bağışlayır. Televiziyada isə bu effekt itir. Məsələn, mənim “Dolu” filmim televiziyada başqa cür görünür, amma kinoteatrda tamamilə başqa, daha qabarıq, daha təsirli, daha maraqlı təsir bağışlayır. Eyni sözləri digər filmlər haqqında da demək olar. Kino məhz böyük ekran üçün nəzərdə tutulmuş sənətdir. O ki qaldı kinoteatrlarda tamaşaçıların azalmasına, düşünürəm ki, insanlar, ümumiyyətlə, bir qədər tənbəlləşiblər. Nəinki kinoteatra, heç teatra da getmirlər. Vəziyyət ürəkaçan deyil. Halbuki kino çox vacib, mədəniyyətin əsas sahələrindən biridir. Televiziya heç vaxt kinonu tam əvəz edə bilməz. Bəziləri isə filmlərə mobil telefonla baxır. Amma telefon ekranında izlənilən film böyük ekranın yaratdığı təsiri verə bilməz".
Aqil Abbasın fikrincə, insanları yenidən kinoteatrlara cəlb etmək üçün müxtəlif tədbirlər təşkil olunmalıdır: “Yeniliklər edilməlidir ki, tamaşaçıda maraq yaransın. Sadəcə film göstərməklə kifayətlənmək olmaz, kino hadisəyə çevrilməlidir. Bundan başqa, keyfiyyətli və maraqlı filmlər təqdim etmək lazımdır. Yaxşı film olanda tamaşaçı mütləq gedib baxır. Şəxsən mən Anar Ələkbərovun "44" bədii filminin nə zaman nümayiş olunacağını gözləyirəm. Film kinoteatrlarda göstərilən kimi gedib baxacağam. Bir məsələni də qeyd edim, əvvəllər film festivalları keçirilirdi. Məsələn, İtaliya, İran, Hindistan filmləri festivalları təşkil olunurdu. İnsanlar üçün yeni filmlər maraqlı olurdu və gedib baxırdılar. Xüsusilə də ekranda və YouTube-da olmayan filmlər nümayiş olunanda zallar dolurdu. Tamaşaçı yenilik və fərqlilik axtarır. Əgər bu, təqdim olunarsa, kinoteatrlar yenidən canlana bilər".
Ayaz Salayev: İndi məni təhqir edənlər savadsızlıqlarını vətənpərvərlik adı altında gizlədənlərdir - MÜSAHİBƏ - VİDEO
Ayaz Salayev
Əməkdar incəsənət xadimi, kinoşünas-rejissor Ayaz Salayev isə hesab edir ki, kinoteatrlarla bağlı ciddi və sistemli iş aparmaq lazımdır ki, insanları yenidən ora cəlb etmək mümkün olsun: “Bu, mütləq şəkildə vacibdir. İş aparmaq dedikdə təkcə reklam yox, daha maraqlı və keyfiyyətli filmlərin təqdim olunması, kinoteatrların formatının yenilənməsi, tamaşaçı üçün fərqli mühit və təcrübə yaradılması nəzərdə tutulur.
Kinoteatr, sadəcə, film göstərilən məkan deyil. Orada kino ictimaiyyəti formalaşır, zövq yaranır, müzakirələr doğur, baxış mədəniyyəti inkişaf edir. Necə ki, teatr, konsert salonu, filarmoniya bir mədəniyyət ocağıdır, kinoteatr da həmin səviyyəyə qaldırılmalıdır. Kino məkanı canlı mədəni mühitə çevrilməlidir və bunun üçün peşəkar mütəxəssislər var, onlar bu istiqamətdə işləməlidirlər. Əfsus ki, hazırda özüm kinoteatrlara getmirəm. Amma doğrudan da maraqlı, sanballı bir film nümayiş olunarsa, əlbəttə ki, gedərəm. Yaxşı film tamaşaçını həmişə zala gətirə bilir".
Bugün, 18:00
Hökumət varlılarla bağlı elə bir QƏRAR verdi ki... - Bundan sonra...
Bugün, 17:30
Azərbaycanda kafedə partlayış: Ölən var
Bugün, 17:00
Azərbaycanda qızlar niyə indi əsgər gedir?
Bugün, 16:30
Su çərşənbəsində bədbəxt hadisə: Yaralılar var
Bugün, 16:00
Bu, kinodur, amma kinoteatrda baxan yoxdur
Bugün, 14:00
Su sayğacları dəyişdirilir - RƏSMİ
Bugün, 13:30
Bakıda tələbə qızlara qarşı iyrənc əməl
Bugün, 13:00
Azərbaycan Türkiyəyə başsağlığı verdi
Bugün, 12:30
Naxçıvanda ödəmə terminalı oğurlandı
Bugün, 12:00
AMEA Ramiz Mehdiyevlə bağlı məlumat YAYDI
Bugün, 11:30
Gültəkin Hacıbəyli sərbəst buraxılıb - YENİLƏNİB
Bugün, 11:00
Sinif yoldaşını döyən şagird CƏZALANDIRILDI
Bugün, 10:30
Elgizlə Tolikin verilişi BAĞLANIR
Bugün, 10:00
Bakıdan Laçına ilk avtobus yola düşdü - FOTO
Bugün, 09:30
Qızılın qiyməti yenidən ARTDI
Bugün, 09:00
Elektron tərəziylə bağlı növbəti ŞİKAYƏT
Dün, 18:00
Azərbaycanda icra hakimiyyətində 43 nəfər işdən çıxarıldı
Dün, 17:30
Toyda çəkilən bu tip videoları internetdə paylaşmaq hüquqazidd hesab ediləcək - QƏRAR
Dün, 17:00
Azərbaycanda 4 barmağı olmayan gənc əsgər aparılıb? – Qurumlardan AÇIQLAMA
Dün, 16:30
Azərbaycanda faizsiz kredit verən banklar yaradılacaq - YENİLİK
Dün, 16:00
Səhiyyə Nazirliyindən xəbərdarlıq: ödəniş tələbi qanunsuzdur
Dün, 12:00
Milli Məclisin sabiq deputatı VƏFAT ETDİ
Dün, 11:30
Qiyməti "od tutub yanan" uşaq qidaları: Yerli istehsal çıxış yolu ola bilərmi? - VİDEO
Dün, 11:00
Müşfiq Abbasov həbs edildi
Dün, 10:30
Alim Qasımov Bakıda zavod açdı
Dün, 10:00
Ukraynada məktəblər distant təhsilə keçirilir
Dün, 09:30
Bakıda lombard qalmaqalı: 117 nəfər zərərçəkən