MEDİA İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərlə bağlı açıqlama YAYDI
Gündəm / Sosial
Oxunub: 157
19 Ock 2023 | 13:09
MEDİA İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərlə bağlı açıqlama YAYDI


İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər jurnalist fəaliyyətini məhdudlaşdırmır, əksinə bu vaxta kimi media etikasında əksini tapmış fundamental prinsiplərin qanun müstəvisində təsbit olunmasına xidmət edir.

Bu barədə Medianın İnkişafı Agentliyinin İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı açıqlamasında bildirilib.

Qeyd edilib ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) görə üç min beş yüz manatadək cərimə tətbiq edilməsi cərimənin maksimum həddidir və jurnalistə qarşı yönəlməyib. Bu hal baş verdikdə layihəyə əsasən, yalnız vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə ediləcəklər.

"Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxiləyə, jurnalistin sorğusuna cavab verilməməsinə görə, habelə medianın informasiya qaynağının qorunması ilə bağlı dəyişikliklərdə əksini tapmış yanaşma media etikası ilə səsləşən, jurnalist peşəkarlığının artırılmasına təsir göstərən, eyni zamanda bu istiqamətdə dövlətin məsuliyyətini artırmağa yönəlmiş müddəadır.

Bununla yanaşı, göstərilən pozuntuya yol vermiş şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 163-cü maddəsi tətbiq edilir. Həmin maddəyə əsasən jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Göründüyü kimi heç də iddia olunduğu kimi jurnalist fəaliyyətinin əhəmiyyəti azaldılmır, əksinə heç bir peşə fəaliyyəti üçün təmin olunmayan hüquqi mexanizm jurnalistlərinin maneəsiz fəaliyyəti üçün təmin edilir, bu istiqamətdə qanunpozuntusuna yol verən şəxslərə münasibətdə nəinki inzibati, həmçinin cinayət məsuliyyəti nəzərdə tutulur" - açıqlamada qeyd edilib.

Qeyd edək ki, yanvarın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirə olunub.
Bugün, 18:00
Şərurlu İsfəndiyar Ermənistanda bina tikəcək? - ÖZÜ DANIŞDI
Bugün, 17:30
Həyat yoldaşına “İnək kimi yatırsan” deyən kişi təzminat ödədi
Bugün, 17:00
İlham Əliyev Kamayevi "Şöhrət" ordeni ilə təltif etdi
Bugün, 16:30
Sabahdan bu avtomobillər İçərişəhərə buraxılmayacaq
Bugün, 16:00
Milli Onkologiya Mərkəzində PARTLAYIŞ: Ölən var
Bugün, 12:00
Azərbaycanda məktəbdə 9-cu sinif şagirdi bıçaqlandı
Bugün, 11:30
Çernobıldakı AES-in örtüyünün təmirinə 100 milyon dollar ayırılacaq
Bugün, 11:00
Hamamda ölən oğlanla bağlı ilginc faktlar
Bugün, 10:30
Paytaxtda yeni xəstəxana tikiləcək
Bugün, 10:00
Bakı sakinlərinə pis xəbər
Bugün, 09:30
XTQ-nin yaradılmasından 27 il ötür
Bugün, 09:00
ADNA-da törədilən terror aktından 17 il ötür
Dün, 18:00
Mənzil bazarında "iyun boşluğu" — Ucuzlaşma olacaq
Dün, 17:30
Yağışlar mayda da davam edəcək
Dün, 17:00
Zərərçəkən Fidan Zeynin vəkilindən Könül Həmzəyeva ilə bağlı açıqlama
Dün, 16:30
Bakıda 61 milyon manatlıq yenidənqurma və təmir işləri həyata keçiriləcək
Dün, 16:00
ABŞ-də tornado kabusu: şəhər xarabalığa çevrildi
Dün, 12:00
Tibbdə inqilab: bu yenilik insult ölümlərini 40% azaltdı
Dün, 11:30
Toyuq paketlərindəki gizli TƏHLÜKƏ
Dün, 11:00
Sumqayıtdakı bu xəstəxana boşaldılır - SƏBƏB
Dün, 10:30
Beynəlxalq axtarışda olan şəxslər saxlanıldı
Dün, 10:00
Azərbaycanda analarının soyadını götürən uşaqların sayı AÇIQLANDI
Dün, 09:30
Qəbul imtahanına qeydiyyat başa çatır
Dün, 09:00
Moskvada Qələbə Günü Paradı hərbi texnika olmadan keçiriləcək
28-04-2026, 18:00
Hindistanda qalmaqal: Modinin tərəfdarı müsəlmanları təhqir etdi
28-04-2026, 17:30
Avtomobil almaq istəyənlər üçün PİS XƏBƏR
28-04-2026, 17:00
Bakıda güclü külək 34 ağacı aşırdı