Evlərin sığortasına nəzarət artır - Cərimələr başlayır
Gündəm / İqtisadiyyat
Oxunub: 168
5 May 2023 | 09:37
Evlərin sığortasına nəzarət artır - Cərimələr başlayır

Azərbaycanda yaxın müddətdə daşınmaz əmlakın icbari sığortası müqavilələri elektron olacaq. Bu barədə jurnalistlərə məlumat verən İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov deyib ki, artıq İcbari Sığorta Bürosunun sistemi ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sistemi arasında inteqrasiya prosesi başa çatıb.

Maraqlıdır, daşınmaz əmlakın icbari sığortası müqavilələrinin elektronlaşması nəyə xidmət edəcək?

Ölkə qanunvericiliyinə görə, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir. Bu baxımdan hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası məcburidir.

Lakin reallıq ondan ibarətdir ki, ölkədə əsasən qeyri-yaşayış sahələri (ticarət və xidmət fəaliyyəti aparılan obyektlər) icbari qaydada sığortalanır. Yaşayış sahələrinin əksəriyyəti isə prosesdən yayına bilir. Müşahidələr onu göstərir ki, yaşayış sahələri bir qayda olaraq notarial hərəkətlər (alqı-satqı, addan-ada keçirmə, ipoteka və digər) zamanı sığorta edilir. Belə ki, daşınmaz əmlakın icbari sığortası olunmamış əmlakla bağlı bu prosedurlar həyata keçirilmir.
Evlərin sığortasına nəzarət artır - Cərimələr başlayır

Qanunvericiliklə qeyri-yaşayış sahələrinin icbari sığortalanmasına nəzarət Fövqəladə Hallar Nazirliyinə aiddir. İnzibati Xətalar Məcəlləsinə əsasən, sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə edilir.

Cərimə yaşayış sahələrinin icbari sığortalanmamasına da aiddir. Sözügedən Məcəllə ilə fərdi evlər və mənzillərin sahibləri əsasən fiziki şəxslər olduğu üçün onların da 30 manat cərimələnməsi nəzərdə tutulub. Şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Əks təqdirdə, bu müddətdən sonra yenidən cərimələnir.

Ancaq reallıqda fərdi evlərin və mənzillərin sahibləri daşınmaz əmlaklarını sığortalamadıqlarına görə cərimələnmirlər. Bunun səbəblərindən biri indiyədək nəzarət mexanizminin olmamasıdır. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin elektronlaşması bu problemi həll etməklə hansı daşınmaz əmlakın sığortalanıb-sığortalanmadığını müəyyən etməyə imkan yaratmış olacaq.

Məsələn, avtomobillərin icbari sığortası ilə bağlı proses elektronlaşdığından sığortası olmayan avtomobil elektron vasitələrlə müəyyən olunur və cərimələnir. Bu barədə avtomobilin sahibi məlumatlandırılır. 20 gün ərzində sığortalanma həyata keçirilmədiyi halda yenidən cərimə tətbiq olunur. Nəticədə daşınmaz əmlakın icbari sığortalanmaması da inzibati məsuliyyət yaratmaqla cərimələnməyə gətirib çıxaracaq. Qanunvericiliyə görə, yaşayış sahələrinin icbari sığortalanmasına nəzarəti yerli icra hakimiyyəti orqanları həyata keçirməlidir.
Evlərin sığortasına nəzarət artır - Cərimələr başlayır

Xatırlatmaq yerinə düşər ki, 2019-cu ilin sonunda 2020-ci ildən başlayaraq daşınmaz əmlakın icbari sığortası ilə bağlı nəzarət tədbirlərinin gücləndiriləcəyi və cərimələrin tətbiq ediləcəyi ilə bağlı təbliğatın aparılması fonunda fərdi evlərin və mənzillərin kütləvi şəkildə sığortalanmasına başlanılmışdı. Mərkəzi Bankın məlumatına görə, 2020-ci ilin yanvar-mart aylarında sığorta şirkətlərinin daşınmaz əmlakın icbari sığortası üzrə topladıqları sığorta haqlarının məbləği 17 milyon 845,3 min manat təşkil etmişdi ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 94,9 faiz çox idi.

İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov hesab edir ki, daşınmaz əmlakın icbarı sığortasının elektronlaşması cari ildə bu sığorta növü üzrə yığımların 50 milyon manatdan 100 milyon manata kimi artmasına imkan verəcək.

Yeri gəlmişkən, təkcə ötən il şirkətlər bu sığorta növü üzrə 53 milyon 980 min manat toplasalar da, 1 milyon 95 min manat ödəniş ediblər. Başqa sözlə, şirkətlər daşınmaz əmlakın icbarı sığortası üzrə topladıqları vəsaitin cəmi 2,03 faizi məbləğində sığorta ödənişi ediblər. Müqayisə üçün deyək ki, bu dövrdə avtomobillərin icbari sığortasında yığılmış sığorta haqqının 79,3 faizi sığorta ödənişlərinə yönəldilib. Bu baxımdan daşınmaz əmlakın icbari sığortası sığorta şirkətləri üçün böyük əhəmiyyətə malikdir.

Qeyd edək ki, fərdi evlər və mənzillər üzrə daşınmaz əmlakın icbari sığortası haqqı Bakı şəhərində 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələrində isə 30 manatdır. Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25 min manat (azadolma məbləği 250 manat), Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 20 min manat (azadolma məbləği 200 manat), digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15 min manatdır (azadolma məbləği 150 manat). Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.
Dün, 18:23
Leyla Əliyeva Nayrobi tam orta məktəbində və tibb mərkəzində olub
Dün, 16:16
Zelenski Ukraynanın bəzi səfirlərini və BMT-dəki daimi nümayəndəsini işdən azad edib
Dün, 15:26
MSK bələdiyyə seçkilərində daha 10 siyasi partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb
Dün, 14:41
İranın Suriya səfirliyinin əməkdaşı öldürülüb
Dün, 13:58
Makronun doğum günündə qalmaqal: Fransa prezidenti irqçilik və homofobiyada ittiham olunur
Dün, 12:33
Direktorların işə qəbulu üzrə imtahan keçirilir
Dün, 11:41
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Dün, 10:43
İlham Əliyev Almaniyanın Prezidentinə başsağlığı verib
Dün, 10:05
Bu ilin 11 ayı ərzində 505 yol qəzası olub, 344 nəfər ölüb
Dün, 09:29
Premyer Liqa: Bu gün daha iki oyun baş tutacaq
20-12-2024, 19:42
Ərdoğan: Beynəlxalq təhlükəsizlik nizamında ciddi hadisələr baş verir
20-12-2024, 18:33
Baş nazir maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtlərini təsdiqləyib
20-12-2024, 17:04
Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentini təbrik edib
20-12-2024, 16:33
Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb
20-12-2024, 15:27
Azərbaycanın D-8-ə üzvlüyü: yeni dünyanın qurulmasına qatılmaq üçün etimad - ŞƏRH
20-12-2024, 14:13
Antonio Koşta: Aİ Ukraynaya yardım göstərməyə davam edəcək
20-12-2024, 13:38
Milli Məclisin növbəti plenar iclası dekabrın 27-də keçiriləcək
20-12-2024, 13:03
Bakıda Yeni ilə hazırlıq görülür
20-12-2024, 11:24
Qumar, narkotik maddələrin məktəblərdə ticarəti - Çirkab içində olan Ermənistan - ŞƏRH
20-12-2024, 10:34
Azərbaycanda abituriyent imtahan qaydalarını pozduğuna görə HƏBS EDİLİB
20-12-2024, 09:53
İcma Ermənistandan azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edib
20-12-2024, 09:21
Xalq rəssamı Tofiq Ağababayev vəfat etdi
20-12-2024, 08:56
Bakının bir sıra yollarında tıxac yaranıb
19-12-2024, 18:55
Azərbaycan Fələstinə 2 milyon dollar yardım ayırıb
19-12-2024, 18:37
Azərbaycanda yeni Mərkəz yaradıldı
19-12-2024, 17:25
Goranboyda avtomobil aşıb, ölən var
19-12-2024, 16:34
Tovuzda məktəbdə baş verən hadisə nazirliyin nəzarətindədir - RƏSMİ