Kreml həbsdəki adamı üçün çırmandı - Bakıdan reaksiya
Hadisə
Oxunub: 72
18 Ara 2025 | 11:00
Kreml həbsdəki adamı üçün çırmandı - Bakıdan reaksiya

Rusiya Samvel Karapetyanın ümidinə qalıb; Moskva “namizədi”ni azad etdirə biləcəkmi?
“Rusiya Ermənistanla rəsmi təmaslarda iş adamı Samvel Karapetyanın həbsi məsələsini qaldırır. Səfirlik onunla görüşmək imkanı əldə edib”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktoru Mixail Kaluqin bildirib. Onun sözlərinə görə, Rusiyanın İrəvandakı səfirliyi onunla görüş keçirmək barədə razılığa gəlib.
Qeyd edək ki, Rusiya vətəndaşı, “Tashir Group” şirkətinin sahibi Samvel Karapetyan Erməni Apostol Kilsəsini (AACC) dəstəklədiyini elan etməsindən sonra həbs edilib.
Karapetyanın həbsindən sonra tərəfdarları hərəkat yaradıb və onun gələn ilin yayında Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak edəcəyi bildirilib.
Seçkiyə qədər Moskva Karapetyanı həbsdən buraxdıra bilərmi? Onun və tərəfdarlarının seçkidə qələbə şansı varmı? Azərbaycana Rusiyanın adamının Ermənistanda hakimiyyətə gəlməsi sərf edirmi və bu halda sülh prosesində nələr dəyişə bilər?
Siyasi şərhçi Azər Hüseynov “Yeni Müsavat”a bildirib ki, Samvel Karapetyanın böyük maliyyə resurslarına malik olması, Rusiya iqtisadi-siyasi mühitinə inteqrasiya olunması və diaspor strukturları ilə əlaqələri Moskva üçün onu potensial alətə çevirir. Lakin bu, Karapetyanın müstəqil siyasi fiqur olmasından çox, Rusiyanın Ermənistan daxilində alternativ təzyiq rıçaqları yaratmaq cəhdinin göstəricisidir".
Politoloqun fikrincə, son illərdə Ermənistanda Qərbə inteqrasiya tərəfdarlarının artması, Rusiya asılılığının müzakirə mövzusuna çevrilməsi və təhlükəsizlik anlayışının yenidən sorğulanması Moskvanın manevr imkanlarını daraldır: “Bu, Rusiyanın Ermənistanda istədiyi nəticəni avtomatik əldə edəcəyi anlamına gəlmir. Əksinə, Rusiya üçün risklər artıb və onun hər addımı daha çox müqavimətlə qarşılaşır”.
A.Hüseynov qeyd edir ki, əsas məsələ Rusiyanın kimisə hakimiyyətə gətirib-gətirməməsi deyil, bu cəhdlərin regional proseslərə necə təsir edəcəyidir: “Bakının marağı revanşist ritorikanın yenidən güclənməməsi, Ermənistanın daxili siyasi mübarizəsinin regiona ixrac olunmaması və sülh prosesinin alətə çevrilməməsidir. Rusiyanın təsiri altında formalaşan istənilən siyasi konfiqurasiyanın avtomatik olaraq sabitlik gətirəcəyi fikri əsassızdır və son illərin təcrübəsi bunu dəfələrlə təkzib edib.
Əksinə, Rusiyanın Ermənistan üzərində təsir uğrunda apardığı mübarizə daxili siyasi qütbləşməni dərinləşdirə, seçkiləri geosiyasi qarşıdurma meydanına çevirə bilər. Bu isə nə Ermənistanın, nə də regionun uzunmüddətli maraqlarına xidmət edir. Ermənistan daxilində Rusiyanın təsir imkanları nə qədər geniş olsa da, bu, artıq əvvəlki kimi həlledici və mütləq xarakter daşımır".
Siyasi şərhçi Əli Zülfüqaroğlunun fikrincə, Rusiya vətəndaşı olan Karapetyanın hansı missiyanı həyata keçirməyə çalışması aydın məsələdir: “Hazırda Paşinyana qarşı olan qüvvələrin önündə gedən kilsə və revanşistlər Rusiya tərəfindən dəstəklənir. Onların dəstəyi ilə Karapetyan siyasi fiqur olaraq önə çıxmağa çalışırdı.
Rusiya kilsə vasitəsilə Paşinyana qarşı effektiv təzyiq edə bilmir. Çünki Paşinyanın açıqlamalarından bəlli olur ki, xüsusilə II Qareginə qarşı hökumətin əlində kifayət qədər ifşaedici məlumatlar var. Kilsə gözlənilən ictimai dəstəyi əldə edə bilmədi. Kilsə ilə bərabər hərəkət edən revanşistlərin seçkiyə qədər ictimai dəstək qazanması və Paşinyana qarşı qüvvə kimi meydana çıxması real görünmür. Bunu hesablayan Rusiya Karapetyanın azadlığa buraxılması üçün Paşinyana təzyiq göstərməyə çalışır. Həbsdən çıxandan sonra onun “əzabkeş” və “xilaskar lider” obrazı yaradılacaq. Təbii ki, Paşinyan bunu bilir, ona görə də Karapetyanın ən azı seçkiyə qədər azadlığa çıxacağı inandırıcı deyil".
Əli Zülfüqaroğlu əlavə edib ki, Azərbaycan ərazilərinin işğalı, müharibə cinayətləri və çoxsaylı insan itkisi ilə nəticələnən, Ermənistanı isə fəlakətə sürükləyən ideoloji düşüncənin yenidən Ermənistan hakimiyyətində olması arzuolunmazdır: “Çünki bu ilk növbədə sülh perspektivini təhlükəyə atacaq. Nəticədə yenidən bölgədə qeyri-sabit vəziyyət yarana bilər. Amma bu o demək deyil ki, Ermənistanda hansısa qüvvələrin hakimiyyətə gəlməsi bundan sonra yenidən Ermənistana işğalçılıq niyyətlərini reallaşdırma potensialı verəcək. Çünki Azərbaycan təkcə Ermənistan hakimiyyətini deyil, ümumilikdə ikinci "erməni dövləti" sayılan erməni lobbisini, revanşistləri, kilsəni, bütövlükdə erməni dövlətçiliyi və onun havadarlarını məğlub edib. Bölgədə yeni geosiyasi reallıqlar var, Azərbaycanın diplomatik manevr imkanları olduqca genişdir. Azərbaycanın hərbi potensialı Ermənistanla müqayisəedilməz səviyyədədir. Bu da o deməkdir ki, növbəti illərdə də Ermənistan hansısa hakimiyyətlər dönəmində də bu niyyətə düşərsə, fayda əldə edə bilməyəcək. Real mənzərə bundan ibarətdir.
Təbii ki, Azərbaycan müharibə deyil, sülh tərəfdarıdır. Paşinyanın “real Ermənistan” siyasəti ilk növbədə Ermənistanın mövcudluğunun qarantı olmaqla yanaşı, bölgədə sabitlik deməkdir. Ona görə də Ermənistanda yenidən revanşistlərin hakimiyyətə gəlməsi Azərbaycana da sərf etmir. Bu baş verərsə, ilk növbədə sülh prosesinə ciddi zərbə dəyəcək".
Bugün, 18:00
Bakıda bu ərazidə yaşayırsınızsa, evinizin qapısı DÖYÜLƏCƏK - SƏBƏB
Bugün, 17:30
Bu ölkədə yanacaq bitdi, paytaxt elektriksiz qaldı - Xalq küçələrə axışdı
Bugün, 17:00
Fərdi həkim kimi işləmək istəyənlər üçün TƏLƏBLƏR
Bugün, 16:30
Prezident ona vəzifə verdi - SƏRƏNCAM
Bugün, 16:00
Ceki Çanın iştirakı ilə bu filmin bir hissəsi Azərbaycanda çəkiləcək
Bugün, 12:00
Məşhur şairin xəstəxanaya borcu ödənildi
Bugün, 11:30
Ekologiya nazirinin yeni birinci müavini kimdir? - DOSYE
Bugün, 11:00
SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
Bugün, 10:30
"Yeni Delta 2026" ekspedisiyasının həyəcan təbili: Xəzərin dibi üzə çıxır - FOTO
Bugün, 10:00
Hacıqabul-Horadiz yolunda təhlükəli anlar: ağac magistral yolu bağladı
Bugün, 09:30
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi
Bugün, 09:00
Azərbaycanda ailə dəyərləri yoxa çıxır - komitə sədri
Dün, 18:00
Bu şəxslərə böyük məbləğdə ÖDƏNİŞ VERİLƏCƏK - Yeni QƏRARIN DETALLARI
Dün, 17:30
“Georgi lenti” qalmaqalında həbs edilən Saleh Səmədov hakim qarşısında– Ev dustaqlığı istədi, məhkəmə rədd etdi
Dün, 17:00
Türkiyədəki dəhşətli selin GÖRÜNTÜLƏRİ YAYILDI
Dün, 16:30
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar – biri öldü, digəri ağır cəza aldı
Dün, 16:00
Qızıl qaynayan bu torpaqlar sahibsiz qalıb
Dün, 12:00
Bakıdan verilən mesaj: Gələcəyin şəhərləri “Böyük Qayıdış”dan qlobal liderliyə
Dün, 11:30
Molokanların yaşadığı İvanovkada ev almaq trendə çevrilib
Dün, 11:00
Pediatriya Mərkəzinə təyinat alan yeni direktor: “Planlarım var”
Dün, 10:30
Bakıda V Uşaq Kitab Festivalı keçirilir
Dün, 10:00
İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
Dün, 09:30
ABŞ Zəngəzur dəhlizi ilə bağlı işə başladı
Dün, 09:00
Sabahdan WUF13 akkreditasiya kartları veriləcək
12-05-2026, 18:00
Bakıda 17 milyona klinika satılır
12-05-2026, 17:30
Cəbrayılda siqaret istehsal ediləcək
12-05-2026, 17:00
Lökbatanda yanan "Kontakt Home"un anbarı olub - FOTO