“Milli Ensiklopediyada dələduz Elşad Abdullayevin bioqrafiyası yazılıb”-Sabiq deputatdan ŞOK açıqlamalar

Bugünlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsində 15 il azadlıqdan məhrumetmə qiyabi hökm çıxardığı, ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin bioqrafiyası Azərbaycanın Milli Ensiklopediyasındadır.
hedeftv.az xəbər verir ki, bu barədə Milli Məclisin keçmiş deputatı, təhsil eksperti Etibar Əliyev özünün sosial şəbəkədəki səhifəsində bildirib.
E.Əliyevin sözlərinə görə, Elşad Abdullayevin adını Milli Ensiklopediyaya Ramiz Mehdiyev daxil etdirib: “Elşad Abdullayev qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib. Ramiz Mehdiyev 25 noyabr 2024-cü ilə qədər Azərbaycan Milli Ensiklopediyasının Redaksiya Heyəti sədrinin 1-ci müavini olub. Onun razılığı olmadan kimsənin bioqrafiyası Ensiklopediyaya düşə bilməzdi. Milli Ensiklopediyanın 1-ci cildində dələduz Elşad Abdullayevin bioqrafiyası yer alıb. Ensiklopediya hər bir xalqın milli sərvətidir, yaddaşdır. Ensiklopediyanın mötəbərliyi millətin intellektual potensialının göstəricidir. Bu çoxcildli biliklər mənbəyində yol verilən qüsurlar barədə Ramiz Mehdiyevə 2016-ci ilin may ayında teleqram vasitəsilə məlumat vermişəm. İşin başında Leviafan Mehdiyevin özü durduğundan teleqramım cavabsız qaldı”.
Keçmiş deputat, YAP-ın tanınmış simalarından olan keçmiş icra başçısı Musa Musayev isə Elşad Abdullayevlə bağlı çıxarılan məhkəmə hökmünün uzun illər öncə çıxarılmalı olduğunu bildirib. Musa Musayev sabiq rektora qarşı məhkəmə hökmünün çıxarılmasına və Elşad Abdullayevin etdiklərinə belə münasibət bildirib:
“Təəssüflər olsun ki, 20 il bundan əvvəl-3 Noyabr 2005-ci ildə dediyim sözlər, verdiyim bəyanat indi icra olunur. Bu, bizim faciəmizdir. Ulu Öndərin və cənab Prezident İlham Əliyevin sizə verdiyi çörək burnunuzdan gəlsin! Söz tapa bilmirəm ki, nə deyim! Nitqim tutulub”.
Xatırladaq ki, dekabrın 23-də Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ona qiyabi hökm oxunub. Hökmə əsasən, Elşad Abdullayev qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq rektor xaricdə yaşayır.
Bugün, 18:00
Bakıda bu ərazidə yaşayırsınızsa, evinizin qapısı DÖYÜLƏCƏK - SƏBƏB
Bugün, 17:30
Bu ölkədə yanacaq bitdi, paytaxt elektriksiz qaldı - Xalq küçələrə axışdı
Bugün, 17:00
Fərdi həkim kimi işləmək istəyənlər üçün TƏLƏBLƏR
Bugün, 16:30
Prezident ona vəzifə verdi - SƏRƏNCAM
Bugün, 16:00
Ceki Çanın iştirakı ilə bu filmin bir hissəsi Azərbaycanda çəkiləcək
Bugün, 12:00
Məşhur şairin xəstəxanaya borcu ödənildi
Bugün, 11:30
Ekologiya nazirinin yeni birinci müavini kimdir? - DOSYE
Bugün, 11:00
SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
Bugün, 10:30
"Yeni Delta 2026" ekspedisiyasının həyəcan təbili: Xəzərin dibi üzə çıxır - FOTO
Bugün, 10:00
Hacıqabul-Horadiz yolunda təhlükəli anlar: ağac magistral yolu bağladı
Bugün, 09:30
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi
Bugün, 09:00
Azərbaycanda ailə dəyərləri yoxa çıxır - komitə sədri
Dün, 18:00
Bu şəxslərə böyük məbləğdə ÖDƏNİŞ VERİLƏCƏK - Yeni QƏRARIN DETALLARI
Dün, 17:30
“Georgi lenti” qalmaqalında həbs edilən Saleh Səmədov hakim qarşısında– Ev dustaqlığı istədi, məhkəmə rədd etdi
Dün, 17:00
Türkiyədəki dəhşətli selin GÖRÜNTÜLƏRİ YAYILDI
Dün, 16:30
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar – biri öldü, digəri ağır cəza aldı
Dün, 16:00
Qızıl qaynayan bu torpaqlar sahibsiz qalıb
Dün, 12:00
Bakıdan verilən mesaj: Gələcəyin şəhərləri “Böyük Qayıdış”dan qlobal liderliyə
Dün, 11:30
Molokanların yaşadığı İvanovkada ev almaq trendə çevrilib
Dün, 11:00
Pediatriya Mərkəzinə təyinat alan yeni direktor: “Planlarım var”
Dün, 10:30
Bakıda V Uşaq Kitab Festivalı keçirilir
Dün, 10:00
İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
Dün, 09:30
ABŞ Zəngəzur dəhlizi ilə bağlı işə başladı
Dün, 09:00
Sabahdan WUF13 akkreditasiya kartları veriləcək
12-05-2026, 18:00
Bakıda 17 milyona klinika satılır
12-05-2026, 17:30
Cəbrayılda siqaret istehsal ediləcək
12-05-2026, 17:00
Lökbatanda yanan "Kontakt Home"un anbarı olub - FOTO