Amnistiyaya düşən şəxs həyat yoldaşını boğmağa cəhd etdi - QALMAQAL
Hadisə
Oxunub: 106
19 Ock 2026 | 16:30
Amnistiyaya düşən şəxs həyat yoldaşını boğmağa cəhd etdi - QALMAQAL Amnistiya aktı əsasında cəzadan azad edilən C.N. həyat yoldaşı X.M-ni boğmağa cəhd edib. C.N. həyat yoldaşından məhkəmədə olan boşanma ərizəsini geri götürməyəcəyi təqdirdə onu öldürəcəyi ilə hədələyirmiş.

hedeftv.az xəbər verir ki, hadisə ötən gün Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Məlumata görə, X.M. boşanmaq üçün məhkəməyə müraciət etdikdən sonra ailə daxilində gərginlik yaranıb. Mübahisə zamanı C.N. qadını yerə yıxaraq boğmağa çalışıb. Zərərçəkmiş qadın müqavimət göstərərək onun əlindən xilas ola bilib və dərhal hüquq-mühafizə orqanlarına müraciət edib.

Araşdırma zamanı məlum olub ki, C.N. daha əvvəl də X.M.-yə qarşı zorakılıq faktı ilə hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olub. Belə ki, ötən il X.M. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, 21 noyabr 2025-ci il tarixdə, saat 18:30 radələrində, Qara Qarayev prospektində, “Ruslan 93” marketin yaxınlığında, işıqforda dayanan avtomobildə aralarında mübahisə yaranıb. Mübahisə zamanı C.N. onun saçlarını yolub və sağ əl barmağını sındırıb. Bundan sonra X.M. hüquq-mühafizə orqanlarına müraciət etməklə yanaşı, məhkəməyə də nikahın pozulması üçün ərizə verib. Ərizəsində boşanma səbəbi kimi dəfələrlə ona qarşı edilən şiddətlərə son qoyulmasını istəyini göstərib.

Həmin vaxt X.M.-nin şikayəti əsasında faktla bağlı C.N.-yə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi (qəsdən sağlamlığa az zərər vurma) ilə ittiham verilib. Sonradan C.N. barəsində bəraətverici əsaslar olmadan, Amnistiya aktına əsasən sadələşdirilmiş icraat materialına xitam verilməsi barədə qərar qəbul edilib.
Bugün, 18:00
Bakıda bu ərazidə yaşayırsınızsa, evinizin qapısı DÖYÜLƏCƏK - SƏBƏB
Bugün, 17:30
Bu ölkədə yanacaq bitdi, paytaxt elektriksiz qaldı - Xalq küçələrə axışdı
Bugün, 17:00
Fərdi həkim kimi işləmək istəyənlər üçün TƏLƏBLƏR
Bugün, 16:30
Prezident ona vəzifə verdi - SƏRƏNCAM
Bugün, 16:00
Ceki Çanın iştirakı ilə bu filmin bir hissəsi Azərbaycanda çəkiləcək
Bugün, 12:00
Məşhur şairin xəstəxanaya borcu ödənildi
Bugün, 11:30
Ekologiya nazirinin yeni birinci müavini kimdir? - DOSYE
Bugün, 11:00
SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
Bugün, 10:30
"Yeni Delta 2026" ekspedisiyasının həyəcan təbili: Xəzərin dibi üzə çıxır - FOTO
Bugün, 10:00
Hacıqabul-Horadiz yolunda təhlükəli anlar: ağac magistral yolu bağladı
Bugün, 09:30
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi
Bugün, 09:00
Azərbaycanda ailə dəyərləri yoxa çıxır - komitə sədri
Dün, 18:00
Bu şəxslərə böyük məbləğdə ÖDƏNİŞ VERİLƏCƏK - Yeni QƏRARIN DETALLARI
Dün, 17:30
“Georgi lenti” qalmaqalında həbs edilən Saleh Səmədov hakim qarşısında– Ev dustaqlığı istədi, məhkəmə rədd etdi
Dün, 17:00
Türkiyədəki dəhşətli selin GÖRÜNTÜLƏRİ YAYILDI
Dün, 16:30
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar – biri öldü, digəri ağır cəza aldı
Dün, 16:00
Qızıl qaynayan bu torpaqlar sahibsiz qalıb
Dün, 12:00
Bakıdan verilən mesaj: Gələcəyin şəhərləri “Böyük Qayıdış”dan qlobal liderliyə
Dün, 11:30
Molokanların yaşadığı İvanovkada ev almaq trendə çevrilib
Dün, 11:00
Pediatriya Mərkəzinə təyinat alan yeni direktor: “Planlarım var”
Dün, 10:30
Bakıda V Uşaq Kitab Festivalı keçirilir
Dün, 10:00
İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
Dün, 09:30
ABŞ Zəngəzur dəhlizi ilə bağlı işə başladı
Dün, 09:00
Sabahdan WUF13 akkreditasiya kartları veriləcək
12-05-2026, 18:00
Bakıda 17 milyona klinika satılır
12-05-2026, 17:30
Cəbrayılda siqaret istehsal ediləcək
12-05-2026, 17:00
Lökbatanda yanan "Kontakt Home"un anbarı olub - FOTO