Görüşlərə hərbi formada gələn “məmur”un fırıldağı - Mal ətindən toyuğa qədər...
Hadisə
Oxunub: 113
24 Ock 2026 | 18:00
Görüşlərə hərbi formada gələn “məmur”un fırıldağı - Mal ətindən toyuğa qədər... Narkotik satışı ilə bağlı uzun müddət həbsdə olmuş şəxs bu dəfə ağlasığmaz cinayət törədib.

5 il əvvəl azadlığa çıxan 45 yaşlı Anar Mehdiyev özünü Müdafiə Nazirliyinin zabiti kimi təqdim edərək bir neçə şirkət rəhbərinə 358 min manat ziyan vurub.

Mehdiyev zərərçəkmişlərdən birinə özünü Müdafiə Nazirliyinin Təchizat şöbəsinin mayoru, birinə polkovnik-leytenantı, digərinə isə polkovniki kimi təqdim edib. Guya adı Zeynaldır, ordunun ərzaq və digər təminatlarını yerinə yetirir.

Məsələn, ərzaq satışı ilə məşğul olan firma sahibi Rizvan Quliyevə belə kələk gəlib ki, o, Şəmkir və Bərdə hərbi korpuslarının ərzaq təminatını təşkil edir. Anar bu üsulla firmanın anbarından 52 min 500 manatlıq mal əti götürüb. Həmin məhsulu isə müxtəlif ticarət obyektlərində satdıqdan sonra ona inamı möhkəmləndirmək üçün əldə etdiyi vəsaitdən firma sahibinə 40 min manat verib. Artıq güvən qazanan Mehdiyev növbəti dəfə eyni firmadan 82 min 500 manatlıq məhsul alaraq aradan çıxıb.

Bundan sonra Mehdiyev pulunu hesaba köçürəcəyini deyərək eyni fırıldaqla üç ayrı-ayrı şirkətdən 200 min manatlıq toyuq əti, başqa bir firmanın direktor müavinindən isə 26 min manatlıq təkər və akkumulyatoru alıb sataraq pulunu mənimsəyib.

İstintaq materiallarında yazılıb ki, o, rəsmi şəxs olduğunu sübut etmək üçün saxta sənədlər təqdim edib.

Təqsirləndirilən şəxs sonuncu zərərçəkmişi də özünəməxsus şəkildə aldadıb. Firmanın direktor müavinini inandırıb ki, Müdafiə Nazirliyinin bir sıra yük maşınlarının təkərləri və akkumulyatorları sıradan çıxıb, "Zəfər Günü" ilə bağlı bir neçə günlük fasilədən istifadə edərək təcili dəyişdirilməlidirlər.

Aldanılan iş adamlarının sözlərinə görə, Anar Mehdiyev onları şoka salıb. Belə ki, görüşlərə hərbi formada gəlib, özünü əsl dövlət məmuru kimi aparıb. Onlar hamısı şikayətçi olduqlarını, amma pullarının ödəniləcəyi halda barışığa gedə biləcəklərini deyiblər.

Müttəhim "zabit" özü də təqsirini boynuna alıb, sadəcə bəzi zərərçəkmişlərin onun qaytardığı pulu nəzərə almadıqlarını əlavə edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri zərərçəkmişləri və şahidləri bir-bir dinlədikdən sonra təqsirləndirilən şəxsə düzgün ittiham verildiyini təsdiq ediblər. Nəticədə Anar Mehdiyev külli miqdarda dələduzluqda və rəsmi saxta sənəd hazırlamaqda təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib.
Bugün, 16:30
Prezident ona vəzifə verdi - SƏRƏNCAM
Bugün, 16:00
Ceki Çanın iştirakı ilə bu filmin bir hissəsi Azərbaycanda çəkiləcək
Bugün, 12:00
Məşhur şairin xəstəxanaya borcu ödənildi
Bugün, 11:30
Ekologiya nazirinin yeni birinci müavini kimdir? - DOSYE
Bugün, 11:00
SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
Bugün, 10:30
"Yeni Delta 2026" ekspedisiyasının həyəcan təbili: Xəzərin dibi üzə çıxır - FOTO
Bugün, 10:00
Hacıqabul-Horadiz yolunda təhlükəli anlar: ağac magistral yolu bağladı
Bugün, 09:30
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi
Bugün, 09:00
Azərbaycanda ailə dəyərləri yoxa çıxır - komitə sədri
Dün, 18:00
Bu şəxslərə böyük məbləğdə ÖDƏNİŞ VERİLƏCƏK - Yeni QƏRARIN DETALLARI
Dün, 17:30
“Georgi lenti” qalmaqalında həbs edilən Saleh Səmədov hakim qarşısında– Ev dustaqlığı istədi, məhkəmə rədd etdi
Dün, 17:00
Türkiyədəki dəhşətli selin GÖRÜNTÜLƏRİ YAYILDI
Dün, 16:30
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar – biri öldü, digəri ağır cəza aldı
Dün, 16:00
Qızıl qaynayan bu torpaqlar sahibsiz qalıb
Dün, 12:00
Bakıdan verilən mesaj: Gələcəyin şəhərləri “Böyük Qayıdış”dan qlobal liderliyə
Dün, 11:30
Molokanların yaşadığı İvanovkada ev almaq trendə çevrilib
Dün, 11:00
Pediatriya Mərkəzinə təyinat alan yeni direktor: “Planlarım var”
Dün, 10:30
Bakıda V Uşaq Kitab Festivalı keçirilir
Dün, 10:00
İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
Dün, 09:30
ABŞ Zəngəzur dəhlizi ilə bağlı işə başladı
Dün, 09:00
Sabahdan WUF13 akkreditasiya kartları veriləcək
12-05-2026, 18:00
Bakıda 17 milyona klinika satılır
12-05-2026, 17:30
Cəbrayılda siqaret istehsal ediləcək
12-05-2026, 17:00
Lökbatanda yanan "Kontakt Home"un anbarı olub - FOTO
12-05-2026, 16:30
Qubada bu kəndlərin adı milliləşdirildi
12-05-2026, 16:00
Azərbaycanda nadir Qurani-Kərim satışa çıxarıldı: 50 min manata - FOTO
12-05-2026, 12:00
Gəncədə qadın körpüdən çaya yıxılıb