“Qızım ya öldürülüb, ya da intihar həddinə çatdırılıb”
Hadisə
Oxunub: 541
2 Şub 2026 | 19:00
“Qızım ya öldürülüb, ya da intihar həddinə çatdırılıb”
Sadiq oxucularımız bəlkə də xatırlayarlar, iki il əvvəl “hedeftv.az” xəbər portalında “Şüvəlanda Musa Məmmədov qızının vaxtsız itkisi ilə bağlı fəryad etsə də, bir kimsə ona hələ də məhəl qoymur” sərlövhəli məqalə dərc olunmuşdu. Yazı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki Gülçülük küçəsində 96 saylı mənzildə yaşayan Məmmədov Musa Kamil oğlunun redaksiyamıza müraciəti və özündən götürülmüş video-müsahibə əsasında hazırlanmışdı.

Musa Məmmədov müraciətində bildirmişdi ki, mərhumə qızı Kübra Əliyeva 2006-cı ilin dekabr ayında Əliyev Həsən Zabit oğlu ilə rəsmi nikahla ailə qurubmuş. Evlilik müddətində dəfələrlə kürəkəni onun qızını döyüb və qızı zülmə, əzab-əziyyətə dözə bilmədiyindən, bir dəfə özünü pəncərədən atmaq istəyib.

Qızının çəkdiyi əzablara dözməyən ata onu evinə gətirib, lakin qızın qaynanası Sevda Əliyeva çox xahiş-minnətdən, xeyli yalvarışlardan sonra əl çəkməyib gəlini evinə aparıb. 2022-ci ilin iyul ayında Kübranın intihar xəbəri yayılır. Musa Məmmədov isə bununla razılaşmır, bu qənaətdədir ki, qızını kürəkəni öldürüb, onun özünü asması isə Həsən və yaxınları – anası Sevda və bacısı Aysel tərəfindən səhnələşdirilib. Şübhələri barədə Xəzər rayon polisinə, prokurorluğa nə qədər müraciət etsə də, “ölüm faktı ilə bağlı işə xitam verilib və qızın özünü öldürüb” deyə cavab veriblər. Musa kişinin sözlərinə görə, Həsən Əliyevin anası Sevda Əliyeva ona deyib ki, “Biz bu hakimiyyətdən, heç bir dövlət qurumundan qorxmuruq, hansısa formada ehtiyat etmirik. Bizim çoxlu pulumuz var və nə qədər şikayət etsəniz, hara yazsanız, hamısını ört-basdır edəcəyik”.

Musa Məmmədov bildirirdi ki, Həsən Əliyevin həqiqətən pulu çoxdur və özü də yalnız quru maaşla kifayətlənmir: “Qeyd edim ki, Həsən Əliyev Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsində narkotiklərə qarşı mübarizə şöbəsində baş əməliyyat müvəkili işləyirdi. Bu şəxs həmin şöbədə işlədiyi vaxtlarda neçə-neçə şəxslərə şər-böhtan atmış və onlardan müxtəlif adlar adı altında pullar almışdı. Yəni, Həsən Əliyevin bu cür əməlləri haqda Şüvəlan gülçülük qəsəbəsində yaşayan sakinlərin çoxları məlumatlıdırlar. Bir sözlə, bu şəxs Xəzər rayonu ərazisində neçə-neçə şəxsləri aldadıb və onlardan pullar alıb. Həsənin alıb-aldatdığı şəxslərdən biri də Quliyev Məmmədsalah Mirzəli oğlu olub. Həsən ondan 50 min almışdı. Şikayətindən sonra yalvar-yapış pulun yarısını qaytarmışdılar. Bundan başqa, eynilə Rəsulov Ağababa Rəşid oğlu və Abdullayev Adil Eynulla oğlu da Həsən Əliyevin onlardan aldığı pulları şikayətlərindən, uizun çək-çevirdən sonra geri ala biliblər. İşdən çıxarılma səbəbi də məhz qol qoyduğu bu kimi qanunsuz əməlləri olmuşdu. Amma necə oldusa, iki il sonra yenidən polisdə işə qaytarıldı, özü də baş əməliyyatçı vəzifəsinə. Hal-hazırda da qanunsuz əməllərini davam etdirir, yüksək fazlə borca pul verir”.

Diqqətəlayiq haldır ki, qaynata və kürəkən həmkar olublar. Belə ki, Musa Məmmədov 10 il Xəzər rayonunda post-patrul xidmətində serjant vəzifəsində çalışıb. Baş verən ölüm faktı ilə bağlı nə qədər ümidsizlik yaransa da, ölüm faktı ilə bağlı xitam qərarı verilsə də, inanır ki, gec-tez haqq öz yerini tapacaq. Bu günlərdə redaksiyamıza yenidən müraciət edərək, faciə ilə bağlı yadına düşən digər təfərrüatları təqdim edib:

“Qızımın guya baş örtüyü (kastinka) ilə özünü asdığı bildirilib. Halbuki, həmin yerdən 20 kilo yük assan qırılardı. Qızım hadisədən 1 saat öncə mənimlə telefonla danışıb, hər şeyin qaydasında olduğunu deyib. Bu, o deməkdir ki, 1 saat əvvəl qızımın özünə qəsd etmək fikri yox imiş. O, qətlə yetirilib, həm də məcbur edilib ki, mənə zəng edib arxayınlaşdırsın. Bundan başqa, qabırğasında sınıq aşkarlanıb, bədəni müxtəlif nahiyələrəd göyəribmiş. Deyilənə görə, onu ikinci mərtəbədən atıblar, sonra isə özünü asdığını uydurublar. Üstəlik, evdəki televizor da, tavandakı çilçıraq da sınıq olub. Qıza işgəncə verildiyinə, müqavimət göstərdiyinə göprə ev əşyalarının sındığına dəlalət edən əlamətlər var. İzləri itirmək üçün tələsik dəfn eləyiblər. Onu hətta öldürməyiblərsə də belə, intihar həddinə çatdırıblar”.

Musa Məmmədov redaksiyamızdan xahiş edir ki, məsələ ictimailəşdirilsin, əlaqədar qurumların diqqətinə çatdırılsın, qızının ölümü faktının yenidən obyektiv araşdırılması təmin olunsun.

Baş redaktor: Şahin Orucov
Bugün, 16:30
Prezident ona vəzifə verdi - SƏRƏNCAM
Bugün, 16:00
Ceki Çanın iştirakı ilə bu filmin bir hissəsi Azərbaycanda çəkiləcək
Bugün, 12:00
Məşhur şairin xəstəxanaya borcu ödənildi
Bugün, 11:30
Ekologiya nazirinin yeni birinci müavini kimdir? - DOSYE
Bugün, 11:00
SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
Bugün, 10:30
"Yeni Delta 2026" ekspedisiyasının həyəcan təbili: Xəzərin dibi üzə çıxır - FOTO
Bugün, 10:00
Hacıqabul-Horadiz yolunda təhlükəli anlar: ağac magistral yolu bağladı
Bugün, 09:30
Taksi sürücüsü maşında avtomat gəzdirirmiş, həbs edildi
Bugün, 09:00
Azərbaycanda ailə dəyərləri yoxa çıxır - komitə sədri
Dün, 18:00
Bu şəxslərə böyük məbləğdə ÖDƏNİŞ VERİLƏCƏK - Yeni QƏRARIN DETALLARI
Dün, 17:30
“Georgi lenti” qalmaqalında həbs edilən Saleh Səmədov hakim qarşısında– Ev dustaqlığı istədi, məhkəmə rədd etdi
Dün, 17:00
Türkiyədəki dəhşətli selin GÖRÜNTÜLƏRİ YAYILDI
Dün, 16:30
Gəncədə müəllimlər bıçağa, odlu silaha əl atdılar – biri öldü, digəri ağır cəza aldı
Dün, 16:00
Qızıl qaynayan bu torpaqlar sahibsiz qalıb
Dün, 12:00
Bakıdan verilən mesaj: Gələcəyin şəhərləri “Böyük Qayıdış”dan qlobal liderliyə
Dün, 11:30
Molokanların yaşadığı İvanovkada ev almaq trendə çevrilib
Dün, 11:00
Pediatriya Mərkəzinə təyinat alan yeni direktor: “Planlarım var”
Dün, 10:30
Bakıda V Uşaq Kitab Festivalı keçirilir
Dün, 10:00
İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
Dün, 09:30
ABŞ Zəngəzur dəhlizi ilə bağlı işə başladı
Dün, 09:00
Sabahdan WUF13 akkreditasiya kartları veriləcək
12-05-2026, 18:00
Bakıda 17 milyona klinika satılır
12-05-2026, 17:30
Cəbrayılda siqaret istehsal ediləcək
12-05-2026, 17:00
Lökbatanda yanan "Kontakt Home"un anbarı olub - FOTO
12-05-2026, 16:30
Qubada bu kəndlərin adı milliləşdirildi
12-05-2026, 16:00
Azərbaycanda nadir Qurani-Kərim satışa çıxarıldı: 50 min manata - FOTO
12-05-2026, 12:00
Gəncədə qadın körpüdən çaya yıxılıb