İrəvanda siyasi "zəlzələ" - Bakının incə "Aİ 95 əməliyyatı" və...

Bakı benzini Ermənistanda maraqlı çəkişmə-didişməyə səbəb olub. Belə yazmaq mümkünsə, hay cəmiyyətinin “yağını yağ (əgər varsa), ayranını ayranlıq edib”. Keçək mətləbə.
“Aİ 95 əməliyyatı” bu nanəcib topluma nə yaxşılıq ediriksə-edək, Türkə patoloji nifrəti zərrəcə azalmayan revanşistləri, o sırada daşnakları axmaq bir duruma soxub. Onlarda sosial panika yaratmaqla yanaşı, bu zəhərli ünsürlərin cəmiyyətə ünvanlı “arqumentlərini” kəsərsiz edib, yanacaqla bağlı boykot çağırışlarını eşidilməz hala gətirib...
Türkə vəhşi nifrəti ilə tanınan “iranşünas”" Vardan Voskanyan bu xüsusda görün nə çərənləyir. Bu onurğasız zatın iddiasına görə, Bakının daha ucuz benzininə bunca maraq milli rüsvayçılıqdı.
“Bakı rejiminin tədarük etdiyi benzin Ermənistanda olduqca sürətlə satılır. Bu, həqiqətən də utancverici situasiyadır. Çünki premium səviyyəli benzin işlədən avtomobillərin sürücüləri üçün qiymətdəki 90 dramlıq fərq (bizim Aİ 95 orada bu qədər ucuzdur – red.) önəmli deyil. Nədən ki, aztəminatlı həssas əhali qrupuna aid deyillər. Yəni istəsələr almaya da bilərlər. Ona görə də bu, cəmiyyətin deqradasiyasının və istehlakçılığın milli şərəf və ləyaqət üzərində qələbəsinin göstəricisidir ki, bu da təbii ki, düşmənin növbəti qələbəsidir”, - deyə Voskanyan təlaşla izhar edib...
Revanşistləri cin atına mindirən hazırkı vəziyyətin bir neçə köklü səbəbi var.
Əvvəla, “müharibə partiyası”nın əsasını təşkil edən radikalların hamını bezdirmiş anti-Azərbaycan, anti-Tütkiyə “moizələri” artıq cəmiyyətdə əvvəlki kimi maraq doğurmur, eşidilmir, ciddiyə alınmır. Guya ki, Bakı benzini ilə maşın sürüb-sürməmək “milli qürur” məsələdir. Guya Bakı həmin gəlirlər hesabına öz hərbi arsenalını (?!) gücləndirəcəkmiş.
Amma gəl ki, illərdir Türkiyədən gizli şəkildə gətirilən mallara da qonşu ölkəyə əhalisində böyük tələbat var. Qardaş ölkədə həmçinin Ermənistanın minlərlə vətəndaşın öz ailəsinə çörək pulu qazanır. Amma “milli ləyaqət” nədənsə yenə də yadlarına düşmür...
Əslində revanşist düşərgənin qarın ağrısının baş səbəbi, keçirdikləri qorxu, yaşadıqları vahimə sırf benzinlə bağlı deyil, ilk növbədə əhalinin getdikcə onları eşitməzdən gəlməsidir. Daha betəri, Azərbaycanın bu kimi incə siyasi-iqtisadi xarakterli gedişlərlə erməni ictimai rəyinə öz xeyrinə güclü təsir göstərməyə başlaması, qonşu ölkədə asanca yeni gündəm yaratmasıdır.
Əlbəttə, bu, habelə ondan xəbər verir ki, zavallı erməni toplumu miskin durumda yaşamaqdan bezib. Deməli, Ermənistanda 2026-da gözlənilən referendum Bakının tələb elədiyi konstitusiya dəyişikliyi ilə nəticələnə bilər. Sülh əleyhdarlarını xofa salan həm də budur: Azərbaycanın öz əsas hədəfinə inamla yaxınlaşması, Nikol Paşinyan hökumətinin “real Ermənistan” gündəliyinin aktuallıq qazanması və irəli getməsi, qarşıdakı kritik parlament seçkilərində onun partiyasının qələbəsinə Bakının dolayı dəstəyi ilə yeni, güclü stimulların yaranması...
Bugün, 12:00
Köhnə telefonlar birdən bahalaşdı- Niyə kütləvi şəkildə alınır?
Bugün, 11:30
Məhkəmə ahıl qadına qarşı təcavüzdə ittiham olunan gənci həbs etdi
Bugün, 11:00
10 gün dərs olmayacaq - Tarixlər
Bugün, 10:30
Xəstəxanada həyatını itirən Mirinin ölümü ilə bağlı həbs edilən var
Bugün, 10:00
Azərbaycan bu ölkə ilə birbaşa uçuşlara başlaya bilər
Bugün, 09:30
Bakıda sinif yoldaşını yandıran məktəbli həbs edildi
Bugün, 09:00
Azərbaycandan bu ölkəyə çay ixracı kəskin ARTDI
Dün, 18:00
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış edib
Dün, 17:30
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
Dün, 17:00
Hamlet Musayevin qızı həbs edildi
Dün, 16:30
Prezervativlər 30% bahalaşır
Dün, 16:00
Muğanlı-İsmayıllı yolu BAĞLANIR
Dün, 12:00
Keçid balları enəcək - Abituriyentlərə ŞAD XƏBƏR
Dün, 11:30
Latviya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib - YENİLƏNİB
Dün, 11:00
Vətəndaşın fəryadı: Evini banka verdi, indi isə torpağını da əlindən almaq istəyirlər?
Dün, 10:30
İmişlidə canavarlar kəndə hücum edib
Dün, 10:00
Şiddət görüntüləri uşaqlara necə təsir edir?
Dün, 09:30
Azərbaycanda doğumun ən az və çox olduğu bölgələr - SİYAHI
Dün, 09:00
Bakıda məktəb binası yanır - VİDEO
21-04-2026, 18:00
“Sea Breeze"dən şəhərin mərkəzinə tramvay xətləri ÇƏKİLƏCƏK
21-04-2026, 17:30
Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər – SƏBƏB
21-04-2026, 17:00
Geosiyasi şahmat taxtasında İran kartı: Həlledici gediş
21-04-2026, 16:30
Çelik Bakı konsertində tamaşaçılara hörmətsizlik edib? - Müğənnidən cavab VİDEOSU
21-04-2026, 16:00
“ChatGPT”də problem yarandı - Azərbaycanda da müşahidə olunur
21-04-2026, 12:00
Çiyələk sahədən bazara neçə manata başa gəlir?
21-04-2026, 11:30
“Orada bildim ki, hamilədir, deyir, qonşu təcavüz edib” - 15 yaşlı qızın anası
21-04-2026, 11:00
Fərhad Xəlilov: Əsərlərimi Bakıda satmıram, bilirəm ki, o qiymətə heç kəs almayacaq