12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Dövlətçilik məfkurəsinin əbədi yaşarı
Siyasət
Oxunub: 138
11 Ara 2025 | 11:00
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Dövlətçilik məfkurəsinin əbədi yaşarı
12 dekabr Azərbaycan xalqının qəlbində xüsusi ehtiramla, dərin hörmət və minnətdarlıqla anılan bir gündür. Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür – xalqımızın taleyində dönüş yaradan, müasir Azərbaycanın siyasi, iqtisadi və mənəvi dirçəlişinin banisi olan böyük dövlət xadiminin xatirəsinin yad edildiyi gün. Heydər Əliyevin Azərbaycan tarixində tutduğu yer misilsizdir. O, yalnız bir siyasi lider kimi deyil, həm də xalqının xilaskarı, milli ideologiyanın formalaşdırıcısı, dövlətçilik ənənələrinin yenidən bərpaçısı kimi əbədi olaraq yaddaşlara həkk olunmuş şəxsiyyətdir.
Ulu Öndər Heydər Əliyevin fəaliyyəti bütöv bir epoxanı əhatə edən nəhəng bir rəhbərlik məktəbidir. Onun Azərbaycana rəhbərlik etdiyi hər iki dövr tariximizin ən çətin, ən məsuliyyətli mərhələləri olmuşdur. 1969-cu ildə respublikanın rəhbərliyinə gələn Heydər Əliyev qısa müddətdə Azərbaycanı gerilikdən çıxararaq inkişaf yoluna salmış, sənaye, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət sahələrində böyük nailiyyətlər əldə etmişdi. Həmin illər Azərbaycan tarixində "intibah dövrü" kimi qəbul edilir. Bu inkişafın mərkəzində isə hər zaman insan amili, xalq rifahı dayanırdı.
1990-cı illərin əvvəllərində ölkəmizin üzləşdiyi ağır sınaqlar, dövlətçiliyin dağılmaq təhlükəsi, separatizm, iqtisadi tənəzzül xalqı çıxılmaz vəziyyətə salmışdı. Məhz belə bir zamanda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı bəlalardan xilas etdi. Onun müdrik siyasəti, ardıcıl və qətiyyətli addımları sayəsində ölkədə sabitlik bərpa olundu, dövlət strukturları yenidən quruldu, nizami ordu formalaşdırıldı, Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" isə Azərbaycanın gələcək iqtisadi inkişafının əsasını qoydu və ölkəmizi beynəlxalq enerji xəritəsində strateji mövqeyə gətirdi.
Heydər Əliyev həm də milli ideologiyanın formalaşmasının memarıdır. Onun əsasını qoyduğu dövlətçilik konsepsiyası – müstəqillik, milli birlik, inkişaf, güclü ordu, güclü iqtisadiyyat və dünya ilə bərabərhüquqlu əməkdaşlıq – bu gün də Azərbaycanın siyasi kursunun ideoloji əsasını təşkil edir. Ulu Öndərin bütün fəaliyyəti Azərbaycanın güclənməsinə, xalqın rifahının yaxşılaşmasına, ölkəmizin regionda və dünyada nüfuzunun artmasına xidmət edib. Onun xarici siyasət xətti Azərbaycanı beynəlxalq aləmdə etibarlı tərəfdaş, regional lider kimi tanıdıb.
Heydər Əliyevin ən böyük uğurlarından biri də bu gün Azərbaycanı qətiyyətlə irəli aparan siyasi varislik xəttini yaratmasıdır. Onun müdrik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanın iqtisadi yüksəlişi, ordu quruculuğu, sosial islahatları, beynəlxalq miqyasda artan nüfuzu Ulu Öndərin təməlini qoyduğu inkişaf strategiyasının məntiqi nəticəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqlarının azad edilməsi də məhz Heydər Əliyevin yaratdığı ideoloji gücün, dövlətçilik irsinin davamıdır.
12 dekabr – bu böyük şəxsiyyətin xatirəsinin yad edilməsi ilə yanaşı, onun Azərbaycan üçün etdiklərinin dərk edildiyi gündür. Bu gün Ulu Öndərin göstərdiyi yolla addımlamağın, onun ideyalarını yaşatmağın vacibliyi bir daha vurğulanır. Xalqımız Heydər Əliyevi hər zaman ehtiramla anır, onun siyasi irsinə sədaqətlə sahib çıxır. Çünki Heydər Əliyev yalnız bir dövrün lideri deyil, həm də müstəqil Azərbaycan dövlətinin əbədi memarı, milli qürur mənbəyidir.
Bu səbəbdən 12 dekabr təkcə anım günü deyil, həm də milli birlik, vətən sevgisi və dövlətçilik məfkurəsinin yenidən dərk olunduğu gün kimi əhəmiyyət kəsb edir. Ulu Öndərin ömür yolu, dövlətçilik fəlsəfəsi və Azərbaycan naminə göstərdiyi misilsiz xidmətlər həm bu günün, həm də gələcək nəsillərin yolunda işıq saçmağa davam edir.
İsgəndər həkim
Dün, 18:00
Bu ölkədə turist daşıyan eşşəklərə limit tətbiq edildi
Dün, 17:30
Yeniyetmələr arasında şiddəti bitirəcək 3 strategiya: zorakılığa meyilli uşaqlar bunları edir
Dün, 17:00
Psixoloq: Gənclər buna görə valideyn olmaq istəmirlər
Dün, 16:30
Həmin təcili yardım maşınının sürücüsü - Həbs edildi
Dün, 16:00
Azərbaycanda oğlu məktəbdə söyülən ata belə "qisas" aldı
Dün, 12:00
Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa
Dün, 11:30
Polkovnik-leytenantın oğlunu öldürənə hökm oxundu
Dün, 11:00
Vəfa Şərifova özünə belə haqq qazandırdı: “Camaat 100 ev yıxıb, mən 1 ev yıxmışam”
Dün, 10:30
Bakının mərkəzində tarixi binaya MÜDAXİLƏ
Dün, 10:00
Şokoladın gizli təhlükələri ortaya çıxdı
Dün, 09:30
Ağrı Dağının kosmosdan görüntüsü yayıldı – "GöyTürk-2B" peyki çəkdi
Dün, 09:00
Başlıbel qətliamından 33 il ötür
17-04-2026, 18:00
Vətəndaş nikahında aliment ödənilir?
17-04-2026, 17:30
“AzEdu Təhsil Analitika Mərkəzi” yaradılır - Təhsildə yenilik
17-04-2026, 17:00
“Bu, mənim üçün ikinci təhqirdir” – Elza Seyidcahan məhkəmə qərarına üsyan etdi
17-04-2026, 16:30
Baş nazirdən hava limanları ilə bağlı QƏRAR
17-04-2026, 16:00
Azərbaycanlılarla ermənilər bir müddət görüşməyəcək
17-04-2026, 12:00
Texnologiyada ŞOK sıçrayış – Ölən insanlarla “danışmaq” mümkün olacaq – VİDEO
17-04-2026, 11:30
Bakının mərkəzində 10-dan çox ağac kəsildi - Araşdırma başladı
17-04-2026, 11:00
Paşinyan konsert verir
17-04-2026, 10:30
Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşdu - FOTOLAR
17-04-2026, 09:30
Ərinin söyüşlərindən bezib ağzını skoçladı, kişi boğulub öldü
17-04-2026, 09:00
Azərbaycanda qəzet baş redaktoru vəzifəsindən azad edildi
16-04-2026, 17:30
Türkiyə məktəblərini polis NƏZARƏTƏ GÖTÜRDÜ
16-04-2026, 17:00
Parisdə yeni anti-Azərbaycan planı
16-04-2026, 16:30
Türkiyədə məktəb hücumunda ölənlərin sayı artdı
16-04-2026, 16:00
Bazarlardakı at əti - müsəlman yeyə bilərmi?