Azərbaycanlı və erməni deputatlarının görüşü hər an baş tuta bilər

Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə açıqlamasında İstanbulda keçiriləcək Parlamentlərarası Birliyin konfransı çərçivəsində azərbaycanlı həmkarı ilə görüşün mümkünsüz olmadığını bildirib.
“Hələ konkret danışıq olmasa da, hesab edirəm ki, İstanbuldakı Parlamentlərarası Birliyin konfransı çərçivəsində mənimlə Azərbaycan parlamentinin sədri arasında əlavə görüşlər baş tuta bilər”,-o deyib.
Simonyan həmçinin gələcəkdə parlament üzvləri ilə daha geniş formatlı görüşlər təşkil etmək imkanlarını da müzakirə edəcəklərini və bunun artıq hansısa beynəlxalq kontekstdən asılı olmadığını, öz qərarları ilə mümkün olduğunu söyləyib.
Bu, iki ölkə deputatlarının görüşü məsələsini yenidən gündəmə gətirir. Belə bir görüşün nə vaxt baş tutacağı isə maraq doğurur.
hedeftv.az-a açıqlamasında Milli Məclisin komitə sədri Zahid Oruc bildirib ki, dövlət başçıları ilə yanaşı, digər bir neçə xətlər üzrə də Ermənistanla təmaslar, kommunikasiyalar davam edir:
“Ölkə rəhbərlərinin bəyan etdiyi kimi, həqiqətən də, sülh erası başlayıb. Gələcək dövrdə daha fərqli kontingentlərin, sosial qrupların, eləcə də deputatların görüşlərini gözləyə bilərik. Bu sülh proseslərinin yalnız dövlətlər arasındakı müqavilələrlə deyil, insanların bilavasitə rəyinə söykəmənsindən irəli gəlir. Parlament rəhbərləri arasında bundan əvvəl bir neçə dəfə görüşlər keçirilib. Öz-özlüyündə bu həm də beynəlxalq praktikada uğurlu təcrübədir. Parlament diplomatiyası uğurlu təsir rıçaqlarından biridir, çünki orada xalqın iradəsini təmsil edən insanlar fəaliyyət aparırlar".
Komitə sədrinin fikrincə, İstanbulda parlament sədrlərinin görüşü əlavə məqamları nəzərə almağı tələb edir:
"Çünki Türkiyə tərəfi maksimum dərəcədə prosesin geridönməz xarakter almasını istəyir. Vətən müharibəsində qələbəmiz Türk dünyasının maraqlarına xidmət etməklə yanaşı, şübhəsiz ki, qardaş ölkənin əleyhinə olan uzun illər başqa güclərin, dövlətlərin vasitəsilə körüklənən siyasətlərin də aradan qalxmasına şərait yaradır. Məsələn, saxta soyqırımı kampaniyaları Türkiyəyə təzyiqlərin əsas vasitəsiydi. Məhz buna görə də, Ermənistan Türkiyə ilə sərhədləri açmağı, heç bir şərt qoymadan münasibətləri bərpa etməyi, Zəngəzur dəhlizinin açılmasını və bu bölgədə Türkiyə ilə Azərbaycan arasında mövcudluğunu qərarlaşdırıb. Yeri gəlmişkən, bizim üçün hazırda həm də vətəndaş cəmiyyətlərinin görüşünün faydalı olduğunu söyləməliyik. İrəvanda, daha sonra Bakıda keçirilən bu görüşlər pozitiv mesajların açıqlanmasına səbəb oldu. Elə məhz o dönəmlərdə Qazaxıstan taxılının Azərbaycandan keçməklə Ermənistana çatması reallaşdı ki, sülh müqaviləsi imzanmamış atılan bu addın bölgə üçün ən böyük mesajlardan biriydi. Tarixi 8 avqust Vaşinqton zirvəsi qələbəmizin rəsmiləşməsi deməkdir. Ən başlıcası Trampın iştirakı ilə əldə edilən razılaşmaların praktikada reallaşmasıdır. Bizim üçün indiki halda tranzit məhdudiyyətlərin aradan qalxması, Prezidentin köməkçisi hörmətli Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyanın Doha forumundakı birgə çıxışı, “Euronews” kanalına müsahibə, qlobal çapda bu mesajların səslənməsi demək idi. Və belə şəraitdə neft və neft məhsullarının Gürcüstan üzərindən Ermənistana çatdırılması və Paşinyanın Almaniyada bu məsələni yüksək qiymətləndirməsi o anlama gəlir ki, artıq, həqiqətən, barış prosesi xarici güclərin iradəsindən asılı deyil. Təmaslar artıq bilavasitə yaranıb. Bundan sonrakı dövrdə işğal reallıqları unudula bilməz. Digər tərəfdən, ölkəmizin rəhbəri gələcəyə doğru strategiyanı başladıb və bu prosesin əsas hədəfi Azərbaycanın qələbəsinin coğrafiyasını genişləndirməkdir. Parlamentlərin sədrləri səviyyəsində keçirilən görüşlər də liderlər tərəfindən müəyyənləşən sülh gündəliyinə təkan verən addımlardan biridir".
Milli Məclisin komitə sədri Fazil Mustafa parlament sədrləri və deputatların iştirakı ilə geniştərkibli görüşlərin istənilən vaxt baş tuta biləcəyini vurğulayıb:
"Bu cür görüşlər gözlənilir və istənilən vaxt baş tuta bilər. Çünki münasibətlər bu görüşlər səviyyəsindədir və müəyyən əlaqələrin qurulmasında oynadığı rol vacibdir. Lakin indiki məqamda konkret nəsə demək mümkün deyil".
Dün, 18:00
Bu ölkədə turist daşıyan eşşəklərə limit tətbiq edildi
Dün, 17:30
Yeniyetmələr arasında şiddəti bitirəcək 3 strategiya: zorakılığa meyilli uşaqlar bunları edir
Dün, 17:00
Psixoloq: Gənclər buna görə valideyn olmaq istəmirlər
Dün, 16:30
Həmin təcili yardım maşınının sürücüsü - Həbs edildi
Dün, 16:00
Azərbaycanda oğlu məktəbdə söyülən ata belə "qisas" aldı
Dün, 12:00
Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa
Dün, 11:30
Polkovnik-leytenantın oğlunu öldürənə hökm oxundu
Dün, 11:00
Vəfa Şərifova özünə belə haqq qazandırdı: “Camaat 100 ev yıxıb, mən 1 ev yıxmışam”
Dün, 10:30
Bakının mərkəzində tarixi binaya MÜDAXİLƏ
Dün, 10:00
Şokoladın gizli təhlükələri ortaya çıxdı
Dün, 09:30
Ağrı Dağının kosmosdan görüntüsü yayıldı – "GöyTürk-2B" peyki çəkdi
Dün, 09:00
Başlıbel qətliamından 33 il ötür
17-04-2026, 18:00
Vətəndaş nikahında aliment ödənilir?
17-04-2026, 17:30
“AzEdu Təhsil Analitika Mərkəzi” yaradılır - Təhsildə yenilik
17-04-2026, 17:00
“Bu, mənim üçün ikinci təhqirdir” – Elza Seyidcahan məhkəmə qərarına üsyan etdi
17-04-2026, 16:30
Baş nazirdən hava limanları ilə bağlı QƏRAR
17-04-2026, 16:00
Azərbaycanlılarla ermənilər bir müddət görüşməyəcək
17-04-2026, 12:00
Texnologiyada ŞOK sıçrayış – Ölən insanlarla “danışmaq” mümkün olacaq – VİDEO
17-04-2026, 11:30
Bakının mərkəzində 10-dan çox ağac kəsildi - Araşdırma başladı
17-04-2026, 11:00
Paşinyan konsert verir
17-04-2026, 10:30
Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşdu - FOTOLAR
17-04-2026, 09:30
Ərinin söyüşlərindən bezib ağzını skoçladı, kişi boğulub öldü
17-04-2026, 09:00
Azərbaycanda qəzet baş redaktoru vəzifəsindən azad edildi
16-04-2026, 17:30
Türkiyə məktəblərini polis NƏZARƏTƏ GÖTÜRDÜ
16-04-2026, 17:00
Parisdə yeni anti-Azərbaycan planı
16-04-2026, 16:30
Türkiyədə məktəb hücumunda ölənlərin sayı artdı
16-04-2026, 16:00
Bazarlardakı at əti - müsəlman yeyə bilərmi?