Müstəqil Azərbaycanın güclü Prezidenti

Azərbaycan dövlətinin bugünkü gücü, beynəlxalq nüfuzu və daxili sabitliyi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Onun rəhbərliyi dövrü müasir tariximizdə milli maraqların qətiyyətlə qorunduğu, dövlətçilik ənənələrinin möhkəmləndirildiyi və xalq–iqtidar birliyinin real nəticələr verdiyi bir mərhələ kimi səciyyələnir. İlham Əliyev bu dövrün yalnız rəhbəri deyil, həm də əsas memarıdır.
Cənab İlham Əliyevin prezidentlik fəaliyyəti Ulu Öndər Heydər Əliyevin siyasi irsinin davamı və inkişafı üzərində qurulub. Bu davamlılıq Azərbaycanda siyasi sabitliyin, hüquqi dövlət quruculuğunun və iqtisadi inkişafın əsas təminatına çevrilib. Prezidentin strateji baxışı ölkənin qısa müddətli deyil, uzunmüddətli milli maraqlarını ön plana çıxararaq idarəetmədə ardıcıllıq və prinsipiallıq yaradıb.
İqtisadi sahədə həyata keçirilən islahatlar Azərbaycanın maliyyə müstəqilliyini gücləndirib. Neft strategiyasının uğurla davam etdirilməsi ilə yanaşı, qeyri-neft sektorunun inkişafı, regionların sosial-iqtisadi dirçəlişi, yeni sənaye və aqrar parkların yaradılması ölkə iqtisadiyyatını daha dayanıqlı edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz resurslarına arxalanan, iqtisadi risklərə davamlı bir dövlət modelini formalaşdırıb.
Ali Baş Komandan kimi İlham Əliyevin fəaliyyəti isə milli tariximizə qızıl hərflərlə yazılıb. Azərbaycan Ordusunun gücləndirilməsi, hərbi-texniki bazanın müasirləşdirilməsi və peşəkar kadr hazırlığı Prezidentin daim diqqət mərkəzində olub. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə bu məqsədyönlü siyasətin məntiqi nəticəsi oldu. Ərazi bütövlüyümüzün bərpası Azərbaycan xalqının inamını daha da gücləndirdi və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi.
Müharibədən sonrakı dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması, “Böyük Qayıdış” proqramının mərhələli şəkildə icrası dövlətin öz vətəndaşına olan məsuliyyətinin göstəricisidir. Bu proses təkcə fiziki bərpa deyil, həm də tarixi ədalətin və milli ləyaqətin bərpasıdır.
Prezident İlham Əliyevin xarici siyasəti müstəqil, balanslı və milli maraqlara əsaslanan xətt kimi tanınır. Azərbaycan heç bir güc mərkəzindən asılı olmadan, öz milli mövqeyini qətiyyətlə qoruyur. Enerji və nəqliyyat layihələri, regional əməkdaşlıq təşəbbüsləri ölkəmizi etibarlı tərəfdaş və strateji aktora çevirib. Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu Prezidentin diplomatik ustalığının bariz nümunəsidir.
Daxili siyasətdə sosial rifah və insan amili prioritet olaraq qalır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, təhsil və səhiyyə sahələrində islahatlar, şəhid ailələri və qazilərə göstərilən xüsusi qayğı Prezident İlham Əliyevin humanist siyasətinin əsas istiqamətlərindəndir. Dövlət başçısı üçün güclü dövlət anlayışı ilk növbədə güclü vətəndaş deməkdir.
Prezident İlham Əliyev məsuliyyətli qərarları, qətiyyətli mövqeyi və xalqa bağlılığı ilə müasir lider modelini təcəssüm etdirir. Onun rəhbərliyi ilə Azərbaycan sabitlikdən inkişafa, inkişafdan isə Zəfərə gedən yolu uğurla keçib. Bu gün ölkəmiz gələcəyə inamla baxır və bu inamın arxasında güclü Prezident, qalib Lider dayanır.
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev! Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirik. Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətimizin daha da qüdrətlənməsi naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Qoy Azərbaycan Sizin rəhbərliyinizlə daim güclü, qalib və firavan olsun!
Yevlax rayon Xaldan kənd musiqi məktəbinin direktoru Rafail MəmmədovBugün, 18:00
Görüntülü yığıb Pəhləvini lağa qoydular: "Adım Adolfdur, babam atanızı..." — VİDEO
Bugün, 17:30
Məmura mükafat verən "jurnalist" həbs olundu
Bugün, 17:00
"ƏDV geri al" mexanizmi tam avtomatlaşdırılır
Bugün, 16:30
"Makler bibi" bu xəstəlikdən əziyyət çəkirmiş - VİDEO
Bugün, 16:00
İran İsrailə “nüvə xəbərdarlığı” edib
Bugün, 13:00
Naxçıvan aeroportuna dron hücumuna görə məktəblərdə tədris dayandırıldı - RƏSMİ
Bugün, 12:30
İranın atdığı dronlardan biri Naxçıvandakı məktəbin yaxınlığına düşərək partlayıb
Bugün, 12:00
Ağdam şəhərinə böyük köç - Daha 346 nəfərin vətən həsrəti sona çatdı
Bugün, 11:30
Azərbaycanda bəzi avtomobillərin qiyməti QALXIR
Bugün, 11:00
Aylardır 60 min manatdan çox pulunu ala bilmir
Bugün, 10:30
Ali və orta ixtisaslara sənəd qəbulu başa çatdı
Bugün, 10:00
Məşq zamanı qəfil ölümlərin ŞOK SƏBƏBİ
Bugün, 09:30
Ərdoğan İrana XƏBƏRDARLIQ ETDİ
Bugün, 09:00
ABŞ İran hərbi gəmisini batırdı
Dün, 18:00
Novruz yarmarkaları BAŞLAYIR
Dün, 17:30
MEDİA jurnalistlərə çağırış etdi
Dün, 17:00
Rza Pəhləvi İrandakı azərbaycanlılara müraciət etdi
Dün, 16:30
İdmana ayrılan pul kifayət etmir - AÇIQLAMA
Dün, 16:00
Şadlıq sarayları azaldılsın, idman mərkəzləri artırılsın! - TƏKLİF
Dün, 12:00
Xamenei ilə vida mərasimi bu vaxtdan BAŞLAYIR - 3 gün davam edəcək
Dün, 11:30
Bakıda dostların davası QANLA BİTDİ
Dün, 11:00
Bu tarixdə qısaldılmış iş günü olacaq
Dün, 10:30
Dollar niyə bahalaşdı?
Dün, 10:00
Dərs saatlarını azaltmaq təklifi - 90 dəqiqə yerinə...
Dün, 09:30
Azərbaycana radiasiya təhlükəsi
Dün, 09:00
Elgiz ARB-dən getdi, sponsorları da apardı
3-03-2026, 18:00
Mərkəzi Bank bu saytın fəaliyyətini dayandırır