Dünya miqyasında nüfuz qazanmış siyasi lider
2020-ci il noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün olaraq yaddaşlara həkk olundu. Böyük Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə başa çatdı. Həmin gün Azərbaycanın ən yeni tarixi yazıldı, qələbəmiz tariximizə qızıl hərflərlə həkk olundu. Bizə qürür və fəxarət yaşadan bir qələbə! Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev sözügedən Bəyanatla bağlı bildirmişdir: “İmzalanmış bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm”.
Və beləliklə, Azərbaycan ordusunun Qarabağda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları işğalçı Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Hərbi əməliyyatların məqsədi ilk gündən sülhə məcburetmə əməliyyatı kimi göstərilirdi və biz məqsədimizə çatdıq. Ali Baş Komandan başda olmaqla Qəhrəman Ordumuz Ermənistanı sülhə məcbur etdi. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. Müqavilə bir çox mənada tarixə iz qoydu. İlk olaraq ona görə ki, bu müqavilə ilə Azərbaycan son iki yüz illik tarixində ilk dəfə müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Qarabağa heç bir status, muxtariyyət, hətta mədəni muxtariyyət belə verilmir. İmzalanan bəyanat bizim şanlı qələbəmizdir və bəyanat bütün maddələri üzrə Azərbaycanın milli maraqlarını ehtiva və təmin edir.
Bu gün, hər birimiz sözlərlə ifadə edə bilməyəcəyimiz qədər qürur hissi keçiririk. Ədalətin yenidən bərpa edilməsi, Azərbaycanın ərazi bütöv-lüyünün bərpa olunması üçün öz canından keçən şəhidlərimizin qarşısında baş əyirik. Azərbaycan xalqı bu tarixi Qələbəni məhz döyüş meydanında qazandı. Şanlı Qələbəmizin təməlində dərin zəkaya, yüksək diplomatik bacarığa, yüksək intellektli, öz tutarlı və faktlara söykənən cavabları ilə beynəlxalq media nümayəndələrinə tarixi həqiqətləri təmkinlə çatdıran, qətiyyətli və sarsılmaz mövqeyi ilə dünyada nüfuzu gün keçdikcə artan Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasəti dayanır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir”. “Qarabağ Azərbaycandır və nida!” ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrildi.
Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.
Möhtərəm cənab Prezident! Azərbaycan xalqı olaraq Sizin müəyyən etdiyiniz qətiyyətli və uzaqgörən siyasəti daim dəstəkləyir, bu şərəfli yolun davamçısı olmağı özümüzə borc bilirik. Qazanılan möhtəşəm Zəfər Sizin liderliyinizin, iradənizin və dövlətçilik təfəkkürünüzün parlaq təcəssümüdür. Qarşıdan gələn 64-cü doğum gününüz münasibətilə Sizi dərin hörmət və səmimiyyətlə təbrik edir, Uca Allahdan Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycan naminə yeni-yeni uğurlar arzulayıram. Var olun, cənab Prezident!

Tagizade Fidan
Xırdalan 2 saylı uşaq bağcasının müdiri
Dün, 18:00
Bu ölkədə turist daşıyan eşşəklərə limit tətbiq edildi
Dün, 17:30
Yeniyetmələr arasında şiddəti bitirəcək 3 strategiya: zorakılığa meyilli uşaqlar bunları edir
Dün, 17:00
Psixoloq: Gənclər buna görə valideyn olmaq istəmirlər
Dün, 16:30
Həmin təcili yardım maşınının sürücüsü - Həbs edildi
Dün, 16:00
Azərbaycanda oğlu məktəbdə söyülən ata belə "qisas" aldı
Dün, 12:00
Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa
Dün, 11:30
Polkovnik-leytenantın oğlunu öldürənə hökm oxundu
Dün, 11:00
Vəfa Şərifova özünə belə haqq qazandırdı: “Camaat 100 ev yıxıb, mən 1 ev yıxmışam”
Dün, 10:30
Bakının mərkəzində tarixi binaya MÜDAXİLƏ
Dün, 10:00
Şokoladın gizli təhlükələri ortaya çıxdı
Dün, 09:30
Ağrı Dağının kosmosdan görüntüsü yayıldı – "GöyTürk-2B" peyki çəkdi
Dün, 09:00
Başlıbel qətliamından 33 il ötür
17-04-2026, 18:00
Vətəndaş nikahında aliment ödənilir?
17-04-2026, 17:30
“AzEdu Təhsil Analitika Mərkəzi” yaradılır - Təhsildə yenilik
17-04-2026, 17:00
“Bu, mənim üçün ikinci təhqirdir” – Elza Seyidcahan məhkəmə qərarına üsyan etdi
17-04-2026, 16:30
Baş nazirdən hava limanları ilə bağlı QƏRAR
17-04-2026, 16:00
Azərbaycanlılarla ermənilər bir müddət görüşməyəcək
17-04-2026, 12:00
Texnologiyada ŞOK sıçrayış – Ölən insanlarla “danışmaq” mümkün olacaq – VİDEO
17-04-2026, 11:30
Bakının mərkəzində 10-dan çox ağac kəsildi - Araşdırma başladı
17-04-2026, 11:00
Paşinyan konsert verir
17-04-2026, 10:30
Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşdu - FOTOLAR
17-04-2026, 09:30
Ərinin söyüşlərindən bezib ağzını skoçladı, kişi boğulub öldü
17-04-2026, 09:00
Azərbaycanda qəzet baş redaktoru vəzifəsindən azad edildi
16-04-2026, 17:30
Türkiyə məktəblərini polis NƏZARƏTƏ GÖTÜRDÜ
16-04-2026, 17:00
Parisdə yeni anti-Azərbaycan planı
16-04-2026, 16:30
Türkiyədə məktəb hücumunda ölənlərin sayı artdı
16-04-2026, 16:00
Bazarlardakı at əti - müsəlman yeyə bilərmi?