Qalib Liderin tarixi missiyası, Prezident İlham Əliyev və müasir Azərbaycan

Azərbaycanın müasir dövlətçilik tarixində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin adı xüsusi yer tutur. Onun rəhbərliyi ilə ölkəmiz mürəkkəb və məsuliyyətli mərhələlərdən keçərək güclü, qalib və söz sahibi olan bir dövlətə çevrilib. İlham Əliyev yalnız dövlət başçısı deyil, eyni zamanda xalqın taleyinə, milli maraqlara və tarixi ədalətə məsuliyyətlə yanaşan Lider kimi tanınır.
Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin layiqli davamçısı olan İlham Əliyev 2003-cü ildə Azərbaycan xalqının etimadı ilə Prezident seçilərkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” bəyanatı ilə öz fəaliyyətinin əsas prinsipini ortaya qoydu. Bu prinsip sonrakı illərdə real siyasətdə, düşünülmüş qərarlarda və konkret nəticələrdə öz əksini tapdı. Onun rəhbərliyi dövründə ölkədə sabitlik möhkəmləndi, dövlət idarəçiliyi təkmilləşdi, iqtisadiyyat dayanıqlı inkişaf yoluna qədəm qoydu.
Prezident İlham Əliyevin dövlətçilik strategiyasında güclü ordu quruculuğu əsas prioritetlərdən biri olub. Müasir silahlarla təchiz edilmiş, yüksək peşəkarlığa malik Azərbaycan Ordusu məhz bu siyasətin nəticəsində regionun ən güclü ordularından birinə çevrildi. Bu güc və hazırlıq 2020-ci ildə Vətən müharibəsində öz tarixi bəhrəsini verdi. Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində 30 illik işğala son qoydu, ərazi bütövlüyümüzü bərpa etdi.
Qarabağ Zəfəri Prezident İlham Əliyevin liderlik iradəsinin, siyasi uzaqgörənliyinin və xalq–ordu–lider birliyinin parlaq təzahürü oldu. Bu Qələbə təkcə hərbi uğur deyil, həm də milli ləyaqətin, tarixi ədalətin və dövlət suverenliyinin bərpası idi. 8 Noyabr – Zəfər Günü artıq Azərbaycan xalqının qürur simvoluna çevrilib və bu tarixin müəllifi məhz İlham Əliyevdir.
Müharibədən sonrakı dövrdə Prezident İlham Əliyev qarşıya yeni və daha məsuliyyətli vəzifələr qoydu. Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında genişmiqyaslı bərpa və quruculuq işləri başladı. Yeni yollar, hava limanları, yaşayış kompleksləri, məktəblər və xəstəxanalar inşa olunur. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri regionun müasir və dayanıqlı inkişafını təmin edir. “Böyük Qayıdış” proqramı isə Prezidentin strateji baxışının real nəticəsidir.
Prezident İlham Əliyevin fəaliyyətində sosial siyasət və insan amili mühüm yer tutur. Şəhid ailələri, qazilər, müharibə iştirakçıları və sosial həssas qruplar daim dövlət qayğısı ilə əhatə olunub. Onların rifahının yaxşılaşdırılması, mənzil və sosial təminat məsələlərinin həlli dövlət başçısının xüsusi diqqət mərkəzindədir. Bu, Prezidentin xalqına olan səmimi münasibətinin və mənəvi məsuliyyətinin göstəricisidir.
Beynəlxalq arenada İlham Əliyev Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edən, prinsipial mövqeyi ilə seçilən Lider kimi tanınır. Onun uğurlu xarici siyasəti nəticəsində Azərbaycan regional və qlobal proseslərdə etibarlı tərəfdaş, söz sahibi olan dövlətə çevrilib. Prezidentin beynəlxalq tribunalarda sərgilədiyi qətiyyətli mövqe, diplomatik çeviklik və siyasi cəsarət ölkəmizin nüfuzunu xeyli artırıb.
Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevlə fəxr edir. O, qalib ordunun Sərkərdəsi, güclü dövlətin rəhbəri, milli birliyin və gələcəyə inamın rəmzidir. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inamla irəliləyir, müstəqil siyasətini qoruyur və daha böyük uğurlara doğru qətiyyətlə addımlayır. Onun adı müasir Azərbaycanın Zəfər salnaməsinə əbədi olaraq həkk olunub.
Möhtərəm cənab Prezident İlham Əliyevi 64 yaşı münasibətilə səmimi-qəlbdən təbrik edirik. Sizin uzaqgörən siyasətiniz və sarsılmaz iradəniz Azərbaycanı qalib, güclü və nüfuzlu dövlətə çevirib. Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və dövlətçilik yolunda yeni tarixi uğurlar arzulayırıq.

Bayramov Yelman Lətif oglu Göygöl rayonu Topalhəsənli bələdiyyəsinin sədri
Dün, 18:00
Bu ölkədə turist daşıyan eşşəklərə limit tətbiq edildi
Dün, 17:30
Yeniyetmələr arasında şiddəti bitirəcək 3 strategiya: zorakılığa meyilli uşaqlar bunları edir
Dün, 17:00
Psixoloq: Gənclər buna görə valideyn olmaq istəmirlər
Dün, 16:30
Həmin təcili yardım maşınının sürücüsü - Həbs edildi
Dün, 16:00
Azərbaycanda oğlu məktəbdə söyülən ata belə "qisas" aldı
Dün, 12:00
Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa
Dün, 11:30
Polkovnik-leytenantın oğlunu öldürənə hökm oxundu
Dün, 11:00
Vəfa Şərifova özünə belə haqq qazandırdı: “Camaat 100 ev yıxıb, mən 1 ev yıxmışam”
Dün, 10:30
Bakının mərkəzində tarixi binaya MÜDAXİLƏ
Dün, 10:00
Şokoladın gizli təhlükələri ortaya çıxdı
Dün, 09:30
Ağrı Dağının kosmosdan görüntüsü yayıldı – "GöyTürk-2B" peyki çəkdi
Dün, 09:00
Başlıbel qətliamından 33 il ötür
17-04-2026, 18:00
Vətəndaş nikahında aliment ödənilir?
17-04-2026, 17:30
“AzEdu Təhsil Analitika Mərkəzi” yaradılır - Təhsildə yenilik
17-04-2026, 17:00
“Bu, mənim üçün ikinci təhqirdir” – Elza Seyidcahan məhkəmə qərarına üsyan etdi
17-04-2026, 16:30
Baş nazirdən hava limanları ilə bağlı QƏRAR
17-04-2026, 16:00
Azərbaycanlılarla ermənilər bir müddət görüşməyəcək
17-04-2026, 12:00
Texnologiyada ŞOK sıçrayış – Ölən insanlarla “danışmaq” mümkün olacaq – VİDEO
17-04-2026, 11:30
Bakının mərkəzində 10-dan çox ağac kəsildi - Araşdırma başladı
17-04-2026, 11:00
Paşinyan konsert verir
17-04-2026, 10:30
Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşdu - FOTOLAR
17-04-2026, 09:30
Ərinin söyüşlərindən bezib ağzını skoçladı, kişi boğulub öldü
17-04-2026, 09:00
Azərbaycanda qəzet baş redaktoru vəzifəsindən azad edildi
16-04-2026, 17:30
Türkiyə məktəblərini polis NƏZARƏTƏ GÖTÜRDÜ
16-04-2026, 17:00
Parisdə yeni anti-Azərbaycan planı
16-04-2026, 16:30
Türkiyədə məktəb hücumunda ölənlərin sayı artdı
16-04-2026, 16:00
Bazarlardakı at əti - müsəlman yeyə bilərmi?