2025-ci ilin ən böyük hadisəsi: 100 il gözləmişdik

2025-ci ilin ən böyük hadisəsi ABŞ-da Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sənədidir. Bu sənəd iki ölkə arasında imzalansa da, bütövlükdə Cənubi Qafqazın taleyini dəyişdirən bir dönüş nöqtəsi oldu. Daha obrazlı ifadə etsək, tarix səssiz imzalarla uzun illərin ağrısını bitirən cümlələrlə yazılır. Amerikada baş tutan bu paraflama məhz belə bir tarix yazdı.
Onilliklər, əslində isə yüzilliklər boyu davam edən münaqişə diplomatik masada yekun mərhələyə qədəm qoydu.
Ən önəmlisi isə budur ki, daha analar oğullarını ölümə göndərmirlər. İndi müharibə yox, əsgərlik var. Bu fərq bir cümlə ilə ifadə olunsa da, arxasında minlərlə insan taleyi dayanır. Birmənalı şəkilfdə deyə bilərik ki, sülh sazişindən sonra bölgədə real atəşkəs rejimi formalaşıb. Cəbhə xəttində ölüm-itim xəbərləri yoxdur. Bu, son 30 ilin ən ciddi psixoloji dönüşüdür.
Təbii ki, bu vəziyyət təsadüfi deyil. Bu, Azərbaycanın yaratdığı sülh reallığıdır. Çünki Azərbaycan öz torpaqlarını işğaldan azad etməsəydi, bu gün sülhdən danışmaq mümkün olmazdı. Tarix dəfələrlə sübut edib ki, ədalət bərpa olunmadan davamlı sülh yaranmır. Sülh olmasaydı, ölüm-itim bu gün də gündəlik gerçəklik olaraq qalardı.
2020-ci ilin 44 günlük Vətən Müharibəsi bu baxımdan həlledici mərhələ oldu. 44 gün siyasi tariximizi də dəyişdi. Məhz o müharibənin nəticəsi olaraq diplomatiya üstün mövqeyə keçdi. 2025-ci ildə paraflanan sülh sənədi həmin prosesin məntiqi davamıdır.
Bu müqavilə miqyasına görə “Əsrin müqaviləsi” adlandırılan neft sazişi ilə müqayisə edilə bilər. Necə ki, neft müqaviləsi Azərbaycanın iqtisadi xəritəsini dəyişdi, bu sülh sazişi də siyasi xəritəni təzələdi.
Amerikada imzalanmış sülh müqaviləsi müharibəyə son verən sazişdir. Dünya tarixində də buna bənzər nümunələr var. Məsələn, İkinci Dünya Müharibəsindən sonra imzalanan sülh sənədləri Avropanın gələcəyini müəyyənləşdirdi. Odur ki, analitklər hesab edirlər ki, Cənubi Qafqaz üçün 2025-ci il də oxşar məna daşıyır.
Proses regionu daimi münaqişə zonasından sülh məkanına çevirir. Beynəlxalq güclərin diqqətinin bu sənədə yönəlməsi də təsadüfi deyil. Çünki bu sülh Cənubi Qafqazla yanaşı, qlobal təhlükəsizlik üçün də əhəmiyyətlidir. Enerji yolları, nəqliyyat dəhlizləri və regional sabitlik bu sazişdən birbaşa asılıdır. Zəngəzur dəhlizi bu mənada ən vacib faktor kimi dünyanın diqqətindədir.
Bizim üçün bu məsələ ona görə daha əhəmiyyətlidir ki, Azərbaycan bu prosesdə qalib tərəf kimi çıxış edir. Həm hərbi, həm siyasi, həm də diplomatik baxımdan bu sülh sənədi güc balansının real nəticəsidir. Deyə bilərik ki, bu saziş 2025-ci illə məhdudlaşmır, əslində min ilin hadisəsidir. Saziş yüzillərlə davam edən münaqişə psixologiyasını sındırdı.
Xalq üçün sülh abstrakt anlayışdan real həyata keçdi və qələbəmiz səngərlərdən çıxaraq danışıqlar masasında möhkəmləndi. Bu, dövlətçilik tariximizdə yeni mərhələdir. Bu mərhələnin təməlində 44 günlük Vətən Müharibəsinin nəticəsi dayanır. Heç şübhəsiz ki, o müharibə olmasaydı, bu sülh də olmazdı.
Dün, 18:00
Bu ölkədə turist daşıyan eşşəklərə limit tətbiq edildi
Dün, 17:30
Yeniyetmələr arasında şiddəti bitirəcək 3 strategiya: zorakılığa meyilli uşaqlar bunları edir
Dün, 17:00
Psixoloq: Gənclər buna görə valideyn olmaq istəmirlər
Dün, 16:30
Həmin təcili yardım maşınının sürücüsü - Həbs edildi
Dün, 16:00
Azərbaycanda oğlu məktəbdə söyülən ata belə "qisas" aldı
Dün, 12:00
Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa
Dün, 11:30
Polkovnik-leytenantın oğlunu öldürənə hökm oxundu
Dün, 11:00
Vəfa Şərifova özünə belə haqq qazandırdı: “Camaat 100 ev yıxıb, mən 1 ev yıxmışam”
Dün, 10:30
Bakının mərkəzində tarixi binaya MÜDAXİLƏ
Dün, 10:00
Şokoladın gizli təhlükələri ortaya çıxdı
Dün, 09:30
Ağrı Dağının kosmosdan görüntüsü yayıldı – "GöyTürk-2B" peyki çəkdi
Dün, 09:00
Başlıbel qətliamından 33 il ötür
17-04-2026, 18:00
Vətəndaş nikahında aliment ödənilir?
17-04-2026, 17:30
“AzEdu Təhsil Analitika Mərkəzi” yaradılır - Təhsildə yenilik
17-04-2026, 17:00
“Bu, mənim üçün ikinci təhqirdir” – Elza Seyidcahan məhkəmə qərarına üsyan etdi
17-04-2026, 16:30
Baş nazirdən hava limanları ilə bağlı QƏRAR
17-04-2026, 16:00
Azərbaycanlılarla ermənilər bir müddət görüşməyəcək
17-04-2026, 12:00
Texnologiyada ŞOK sıçrayış – Ölən insanlarla “danışmaq” mümkün olacaq – VİDEO
17-04-2026, 11:30
Bakının mərkəzində 10-dan çox ağac kəsildi - Araşdırma başladı
17-04-2026, 11:00
Paşinyan konsert verir
17-04-2026, 10:30
Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşdu - FOTOLAR
17-04-2026, 09:30
Ərinin söyüşlərindən bezib ağzını skoçladı, kişi boğulub öldü
17-04-2026, 09:00
Azərbaycanda qəzet baş redaktoru vəzifəsindən azad edildi
16-04-2026, 17:30
Türkiyə məktəblərini polis NƏZARƏTƏ GÖTÜRDÜ
16-04-2026, 17:00
Parisdə yeni anti-Azərbaycan planı
16-04-2026, 16:30
Türkiyədə məktəb hücumunda ölənlərin sayı artdı
16-04-2026, 16:00
Bazarlardakı at əti - müsəlman yeyə bilərmi?