İlham Əliyevin “müharibə olmayacaq” əminliyi – Mesajın ƏSAS ünvanı
Siyasət
Oxunub: 103
15 Ock 2026 | 18:00
İlham Əliyevin “müharibə olmayacaq” əminliyi – Mesajın ƏSAS ünvanı “Uzun illərin həsrəti arxada qaldı, haqq-ədalət zəfər çaldı. Azərbaycan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi”.

Bu sözləri yanvarın 13-də Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə deyib.

“Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdıblar və burada qürurla yaşayacaqlar, xoşbəxt yaşayacaqlar, rahat yaşayacaqlar. Əminəm ki, bundan sonra müharibə olmayacaq. Azərbaycan dövləti güclü dövlətdir”, - deyə dövlətimizin başçısı əlavə edib.

Dövlət başçısının müharibə ilə bağlı əminliyi nədən, hansı amillərdən qaynaqlanır? Mesaj ilk növbədə kimədir?

Deputat Elçin Mirzəbəyli bildirib ki, Prezident İlham Əliyevin yanvarın 13-də Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə səsləndirdiyi fikirlərə diqqətlə yanaşıldıqda burada söhbətin təkcə əminlik və nikbinlikdən deyil, konkret siyasi, hərbi və geosiyasi reallıqlara əsaslanan mövqedən getdiyi aydın olur:

“Dövlət başçısının “bundan sonra müharibə olmayacaq” fikri romantik gözlənti deyil, formalaşmış yeni güc balansının və real vəziyyətin məntiqi ifadəsidir. Prezidentin müharibənin olmayacağına dair əminliyi ilk növbədə Azərbaycanın tam və dönməz şəkildə suverenliyini bərpa etməsi faktına söykənir. 2020-ci ildə Vətən müharibəsi, 2023-cü ilin sentyabrında isə lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü yalnız hüquqi müstəvidə deyil, həm də faktiki olaraq təmin etdi. Qarabağda separatçı rejimin ləğvi, qanunsuz silahlı birləşmələrin tərk-silahı və Ermənistanın bölgədə hərbi-siyasi təsir imkanlarının aradan qalxması müharibə riskini struktur baxımından sıradan çıxardı. Bu gün artıq müharibəni başlada biləcək real subyekt mövcud deyil. Ermənistanın bunun üçün nə hərbi potensialı, nə siyasi iradəsi, nə də beynəlxalq hüquqi legitimliyi, nə də qlobal geosiyasi dəstəyi var. Bu isə sülhün subyektiv istəkdən çıxaraq obyektiv reallığa çevrildiyini göstərir”.



Deputat hesab edir ki, Prezident İlham Əliyevin “Azərbaycan dövləti güclü dövlətdir” fikri isə kompleks güc anlayışının qısa və dəqiq ifadəsidir:

“Bu güc yalnız silahlı qüvvələrin döyüş potensialı və hərbi-texniki imkanları ilə ölçülmür. Buraya müasir və çevik ordu modeli, müstəqil və prinsipial qərarvermə qabiliyyəti, dayanıqlı iqtisadi inkişaf, regional nəqliyyat və enerji layihələri vasitəsilə formalaşan təsir mexanizmləri, eləcə də çoxvektorlu və çevik diplomatik xətt daxildir. Müasir beynəlxalq münasibətlər sistemində müharibə, bir qayda olaraq, zəif dövlətlərin üzləşdiyi riskdir. Güclü dövlətlər isə müharibəni qarşı tərəf üçün son nəticəsi öncədən bəlli olan reallığa çevirirlər. Prezidentin əminliyi də məhz bu reallıqdan qaynaqlanır”.

Elçin Mirzəbəyli YAP-a üzv olub?

E.Mirzəbəyli qeyd edib ki, dövlət başçısının çıxışında rahatlıq, xoşbəxtlik anlayışlarının ön plana çəkilməsi xüsusi diqqət çəkir:

“Bu, sülhün yalnız siyasi sənədlər və razılaşmalar üzərində deyil, insan amili və sosial sabitlik üzərindən möhkəmləndirildiyini göstərir. Böyük Qayıdış proqramı sadəcə məcburi köçkünlərin öz yurdlarına qayıtması deyil, eyni zamanda müharibə psixologiyasının cəmiyyətin ayrı-ayrı fərdlərin düşüncəsindən tədricən çıxarılması prosesidir. Qayıdışın gerçəkləşdiyi kəndlər, bərpa olunan şəhərlər, həyata keçirilən infrastruktur layihələri yaradılan emal və istehsal müəssisələri müharibəyə alternativ deyil, müharibəni mümkünsüz edən əsas amillərdir. Prezident İlham Əliyev bunu strateji baxımdan düzgün qiymətləndirir və sülhün ən möhkəm təminatının məhz burada formalaşdığını açıq şəkildə ortaya qoyur. Bu bəyanatın ünvanı da çoxqatlıdır. İlk növbədə mesaj Azərbaycan cəmiyyətinə yönəlib. Dövlət vətəndaşına açıq şəkildə bildirir ki, təhlükəsizlik təmin olunub və qayıdış yalnız fiziki deyil, siyasi və strateji baxımdan da möhkəmdir. Mesajın ikinci ünvan isə Ermənistandır. Bu mesaj revanşist çağırışların, müharibə ritorikasının və keçmiş xülyaların artıq heç bir perspektivinin olmadığını nümayiş etdirir. Üçüncü və ən mühüm ünvan isə beynəlxalq aktorlardır. Prezident İlham Əliyev açıq şəkildə bildirir ki, Cənubi Qafqazda müharibə ssenariləri üzərindən təsir göstərmək imkanları bağlanıb və regionun gələcəyi artıq sabitlik, əməkdaşlıq və real siyasət üzərində qurulur.

Nəticə etibarilə Prezident İlham Əliyevin “bundan sonra müharibə olmayacaq” fikri emosional nikbinlik deyil, qalib dövlətin rasional, soyuqqanlı və məsuliyyətli strateji qiymətləndirməsidir. Bu əminlik hüquqa, gücə, reallığa və idarə olunan gələcəyə əsaslanır. Azərbaycan təkcə müharibəni başa çatdırmayıb, onu təkrarlana bilməyən hadisəyə çevirib”.
Dün, 18:00
Bu ölkədə turist daşıyan eşşəklərə limit tətbiq edildi
Dün, 17:30
Yeniyetmələr arasında şiddəti bitirəcək 3 strategiya: zorakılığa meyilli uşaqlar bunları edir
Dün, 17:00
Psixoloq: Gənclər buna görə valideyn olmaq istəmirlər
Dün, 16:30
Həmin təcili yardım maşınının sürücüsü - Həbs edildi
Dün, 16:00
Azərbaycanda oğlu məktəbdə söyülən ata belə "qisas" aldı
Dün, 12:00
Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa
Dün, 11:30
Polkovnik-leytenantın oğlunu öldürənə hökm oxundu
Dün, 11:00
Vəfa Şərifova özünə belə haqq qazandırdı: “Camaat 100 ev yıxıb, mən 1 ev yıxmışam”
Dün, 10:30
Bakının mərkəzində tarixi binaya MÜDAXİLƏ
Dün, 10:00
Şokoladın gizli təhlükələri ortaya çıxdı
Dün, 09:30
Ağrı Dağının kosmosdan görüntüsü yayıldı – "GöyTürk-2B" peyki çəkdi
Dün, 09:00
Başlıbel qətliamından 33 il ötür
17-04-2026, 18:00
Vətəndaş nikahında aliment ödənilir?
17-04-2026, 17:30
“AzEdu Təhsil Analitika Mərkəzi” yaradılır - Təhsildə yenilik
17-04-2026, 17:00
“Bu, mənim üçün ikinci təhqirdir” – Elza Seyidcahan məhkəmə qərarına üsyan etdi
17-04-2026, 16:30
Baş nazirdən hava limanları ilə bağlı QƏRAR
17-04-2026, 16:00
Azərbaycanlılarla ermənilər bir müddət görüşməyəcək
17-04-2026, 12:00
Texnologiyada ŞOK sıçrayış – Ölən insanlarla “danışmaq” mümkün olacaq – VİDEO
17-04-2026, 11:30
Bakının mərkəzində 10-dan çox ağac kəsildi - Araşdırma başladı
17-04-2026, 11:00
Paşinyan konsert verir
17-04-2026, 10:30
Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşdu - FOTOLAR
17-04-2026, 09:30
Ərinin söyüşlərindən bezib ağzını skoçladı, kişi boğulub öldü
17-04-2026, 09:00
Azərbaycanda qəzet baş redaktoru vəzifəsindən azad edildi
16-04-2026, 17:30
Türkiyə məktəblərini polis NƏZARƏTƏ GÖTÜRDÜ
16-04-2026, 17:00
Parisdə yeni anti-Azərbaycan planı
16-04-2026, 16:30
Türkiyədə məktəb hücumunda ölənlərin sayı artdı
16-04-2026, 16:00
Bazarlardakı at əti - müsəlman yeyə bilərmi?