Prezident Davosda görüş keçirdi - FOTO
Siyasət
Oxunub: 113
20 Ock 2026 | 10:30
Prezident Davosda görüş keçirdi - FOTO Bu gün Prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Braziliyanın aparıcı investisiya banklarından və aktivlərin idarə edilməsi şirkətlərindən biri olan “BTG Pactual” şirkətinin sədri Andre Esteves ilə görüşüb.
hedeftv.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın makroiqtisadi sabitliyinə və fiskal intizamına, həmçinin uzunmüddətli inkişaf strategiyasına toxunaraq, bu istiqamətdə həyata keçirilən siyasətin ölkəmizin beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinə müsbət təsir göstərdiyini dedi.
Dövlət başçısı vurğuladı ki, dünyanın beynəlxalq reytinq agentlikləri ölkəmizin kredit reytinqini daha da artıraraq, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırıb.
Rəhbərlik etdiyi şirkətin qlobal fəaliyyət coğrafiyası və institusional investorlarla iş təcrübəsi barədə danışan Andre Esteves “BTG Pactual”ın müxtəlif regionlarda tətbiq etdiyi investisiya yanaşmaları barədə məlumat verdi.
Qeyd olundu ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə bu şirkət arasında son dövrlərdə mümkün əməkdaşlıq istiqamətləri və strateji prioritetlər ətrafında ilkin müzakirələr aparılır, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoq davam etdirilir.



Söhbət zamanı qlobal iqtisadi proseslər, beynəlxalq maliyyə bazarlarında mövcud vəziyyət və institusional investorların müxtəlif regionlara yanaşması, həmçinin inkişaf etməkdə olan bazarlarda investisiya mühiti, uzunmüddətli investisiya yanaşmaları və qarşılıqlı investisiya layihələri ilə bağlı fikir mübadiləsi aparıldı.



Qeyd edək ki, 1983-cü ildə təsis edilmiş “BTG Pactual” təxminən yarım trilyon ABŞ dollarından çox aktivləri idarə edir.
Dün, 18:00
Adam "heç nə" satdı, 18 min dollar qazandı
Dün, 17:30
Gələn ay Ombudsmanların Bakı Sammiti keçiriləcək
Dün, 17:00
Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib
Dün, 16:30
Epşteynin on yeni qurbanı - Nəhəng material bazası araşdırılır
Dün, 16:00
“Maşın” şou yenidən başlayır
Dün, 12:00
Bakının ev sahibliyi etdiyi WUF13 dünya mediasının diqqət mərkəzindədir
Dün, 11:30
Kapitalizmin psixologiyaya təsirləri: Niyə daim tükənmiş hiss edirik?
Dün, 11:00
Tanınmış jurnalist həbs edildi
Dün, 10:30
WUF13: Azərbaycanla BMT mətbuata birgə açıqlama verir
Dün, 10:00
Aviaşouda qırıcılar toqquşdu
Dün, 09:30
Məktəblərdə tətil başlayır
Dün, 09:00
Bakıda WUF13-ün ikinci günü başladı - PROQRAM
16-05-2026, 18:00
Restoranda "qusma rüsumu"- lüks məkan görünməmiş addım atdı
16-05-2026, 17:30
271 nömrəli məktəbdəki olayın ŞOK pərdəarxası
16-05-2026, 17:00
Hacıbaba Əzimov VƏFAT ETDİ
16-05-2026, 16:30
Sabah yağış intensivləşəcək, qara keçəcək - PROQNOZ
16-05-2026, 16:00
Xərçəngə qarşı peyvəndin tətbiqinə BAŞLANILDI
16-05-2026, 12:00
TDT-yə üzv ölkələrin QHT-lərinin Forumu keçirilir
16-05-2026, 11:30
Tramp Tayvana silah satışını dayandırdı
16-05-2026, 11:00
Sabiq icra başçısı vəfat etdi
16-05-2026, 10:30
Corat bağlarından meyit tapıldı
16-05-2026, 10:00
Hantavirusa görə apteklərdə maska tapılmır
16-05-2026, 09:30
WUF13-ə qeydiyyat başa çatdı
16-05-2026, 09:00
Magistral yol çökdü, Bakıya giriş bağlandı
15-05-2026, 18:00
Dövlət torpağı almadan magistral yol çəkə bilərmi? – Mürtəce qanunla bağlı məsləhətləşmə
15-05-2026, 17:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - Qıtlıq gəlir, tədarük görün
15-05-2026, 17:00
Ukrayna “Turan birliyi”nə qoşulur-daha hansı dövlətlər var?