Azərbaycan və Ermənistanın biznes dairələri görüşəcək
Siyasət
Oxunub: 76
21 Ock 2026 | 09:30
Azərbaycan və Ermənistanın biznes dairələri görüşəcək “Azərbaycan və Ermənistanın biznes dairələri arasında görüş olacaq”.
hedeftv.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.
“Məsələlərin sülh yolu ilə həlli üçün siyasi liderlərin rolu çox vacibdir. Bu, sizin cəsarətinizdən, liderlərin cəsarətindən, müvəqqəti məsələləri kənara qoyub strateji məqamlara baxmaq bacarığınızdan asılıdır. Bu, ölkələrin uğurunu şərtləndirəcək. Şükür ki, ölkəmizin liderləri bu yolu, gələcəyi, ölkələrimizin sülhünü və xalqın rifahını seçiblər. Bu, hər şeydən üstündür. Bunlar, sadəcə, sözlər deyil. Mən siyasi fəaliyyətimdə həmişə sülh üçün faydalı olmağa çalışmışam, çünki bir şeyi aydın başa düşürəm. Qonşularınız varsa, yalnız qonşularınızla, o cümlədən gündəlik həyatınızda sülh içində yaşayın. Başqa yol yoxdur. Başqa yol mübahisə, dava, vaxt itkisi deməkdir. Buna görə də həqiqətən uğur qazanacağımıza nikbinəm. Birgə iqtisadi və mədəni layihələrimiz də olacaq. İki ölkənin vətəndaş cəmiyyəti üzvləri görüşəndə, həqiqətən də, üstünlük qazanacağıq və artıq qazanmışıq. Növbəti dəfə işgüzar dairələr arasında da görüşlər olacaq”, - deyə Ermənistan Prezidenti bildirib.
Vaaqn Xaçatryan İrəvanda insanların artıq avtomobilləri üçün Azərbaycan yanacağını ala bildiyini diqqətə çatdırıb:
“İllər əvvəl bu barədə danışsaydınız, buna düşmən münasibəti olardı. Amma bu, yaşadığımız yeni reallıqdır. Böyük ölkələrin böyük problemləri var. Bizim öz ölkələrimiz, maraqlarımız, maraqlarımız naminə atmalı olduğumuz addımlar var. Əgər bir ölkənin strategiyası, öz gələcəyi ilə bağlı aydın mövqeyi və bu tədbirlərin həyata keçirilməsi mexanizmləri varsa, həqiqətən də bu çətin vəziyyətlərin öhdəsindən gələ bilər”. (Mənbə: APA)
Dün, 18:00
Adam "heç nə" satdı, 18 min dollar qazandı
Dün, 17:30
Gələn ay Ombudsmanların Bakı Sammiti keçiriləcək
Dün, 17:00
Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib
Dün, 16:30
Epşteynin on yeni qurbanı - Nəhəng material bazası araşdırılır
Dün, 16:00
“Maşın” şou yenidən başlayır
Dün, 12:00
Bakının ev sahibliyi etdiyi WUF13 dünya mediasının diqqət mərkəzindədir
Dün, 11:30
Kapitalizmin psixologiyaya təsirləri: Niyə daim tükənmiş hiss edirik?
Dün, 11:00
Tanınmış jurnalist həbs edildi
Dün, 10:30
WUF13: Azərbaycanla BMT mətbuata birgə açıqlama verir
Dün, 10:00
Aviaşouda qırıcılar toqquşdu
Dün, 09:30
Məktəblərdə tətil başlayır
Dün, 09:00
Bakıda WUF13-ün ikinci günü başladı - PROQRAM
16-05-2026, 18:00
Restoranda "qusma rüsumu"- lüks məkan görünməmiş addım atdı
16-05-2026, 17:30
271 nömrəli məktəbdəki olayın ŞOK pərdəarxası
16-05-2026, 17:00
Hacıbaba Əzimov VƏFAT ETDİ
16-05-2026, 16:30
Sabah yağış intensivləşəcək, qara keçəcək - PROQNOZ
16-05-2026, 16:00
Xərçəngə qarşı peyvəndin tətbiqinə BAŞLANILDI
16-05-2026, 12:00
TDT-yə üzv ölkələrin QHT-lərinin Forumu keçirilir
16-05-2026, 11:30
Tramp Tayvana silah satışını dayandırdı
16-05-2026, 11:00
Sabiq icra başçısı vəfat etdi
16-05-2026, 10:30
Corat bağlarından meyit tapıldı
16-05-2026, 10:00
Hantavirusa görə apteklərdə maska tapılmır
16-05-2026, 09:30
WUF13-ə qeydiyyat başa çatdı
16-05-2026, 09:00
Magistral yol çökdü, Bakıya giriş bağlandı
15-05-2026, 18:00
Dövlət torpağı almadan magistral yol çəkə bilərmi? – Mürtəce qanunla bağlı məsləhətləşmə
15-05-2026, 17:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - Qıtlıq gəlir, tədarük görün
15-05-2026, 17:00
Ukrayna “Turan birliyi”nə qoşulur-daha hansı dövlətlər var?