Münhendə Əliyevə təxribatçı sual verən Safaryanı ora kim göndərib? - DETALLAR
Siyasət
Oxunub: 133
15 Şub 2026 | 12:00
Münhendə Əliyevə təxribatçı sual verən Safaryanı ora kim göndərib? - DETALLAR
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələri zamanı Prezident İlham Əliyevə sual verən Stepan Safaryan Nikol Paşinyanın tərəfdarlarındandır. 2018-ci ildən sonra daha aktiv siyasi fəaliyyətə başlayan Safaryan əsasən Paşinyan hakimiyyətinin kursuna uyğun çıxışları ilə tanınır.

İstisna deyil ki, Safaryanı Münhenə göndərən və Əliyevə verilən sualları hazırlayan Ermənistan hakimiyyətidir. Sualların mahiyyəti də bunu deməyə əsas verir. Erməni ekspert Azərbaycan prezidentindən iki məsələni soruşur, daha dəqiq desək, mövqe irəli sürür.

Birincisi, Ermənistanın mövcud konstitusiyasının yekun sülh müqaviləsinin imzalanmasına maneə olmamasıdır. Safaryan iddia edir ki, Azərbaycanı narahat edən Ermənistanın Müstəqillik Bəyannaməsi artıq qüvvədə deyil, bununla bağlı Konstitusiya Məhkəməsinin qərarı olub.
İkincisi, Ermənistanın “sülh qovşağı”nı mühüm təşəbbüs kimi təqdim edir. İddia edir ki, ABŞ-ın hər iki administrasiyasının (Bayden dəstəkləsə də, Tramp administrasiyasının yanaşması fərqli olub) dəstəklədiyi bu layihə bütün təşəbbüsləri - İpək yolu, Transxəzər, “Bir kəmər bir yol” - tənzimləyir.

Hər iki məsələ rəsmi İrəvanın “mətbəxi”ndə hazırlanıb.

- Ermənistan hakimiyyəti seçkiyə qədər yekun sülh müqaviləsini imzalamaq istəyir və iddia edir ki, mövcud konstitusiya – Bakının narazılığına səbəb olan müstəqillik bəyannaməsi sazişin imzalanmasına maneə deyil. Paşinyan da bildirdi ki, seçkidən öncə müqavilənin imzalanması məqsədi hökumətin gündəliyinə daxil edilib.
- “Sülh qovşağı”nı regional kommunikasiyanın açılmasında əsas layihə kimi qəbul etdirməyə çalışan İrəvanın iki ana hədəfi var:

a) Zəngəzur dəhlizinə bu layihə çərçivəsində daha çox nəzarət edə bilmək, “suverenlik prinsipini” gücləndirmək;
b) Cənubi Qafqazın bütün kommunikasiyasını Ermənistan üzərində birləşdirməklə regionun əsas tranzitinə çevrilmək;

Bayden Administrasiyası regional kommunikasiyanın açılmasında Paşinyanın “sülh qovşağı” təşəbbüsünə dəstək verirdi və “yanlış ata oynamaq”la itirən tərəfə çevrildi. Tramp Baydenin yanlışını təkrar etmədiyi üçün regionda qazanan tərəf oldu. TRİPP layihəsi də Bakının istəklərinin qəbul edildiyi üçün baş tutdu. Paşinyan isə TRİPP-i qəbul etsə də, bütün kommunikasiya xətlərini “sülh qovşağında birləşdirmək niyyətindən imtina etməyib və bu layihəni müxtəlif platformalarda zaman-zaman gündəmə gətirir.

Safaryanın Prezident İlham Əliyevə ünvanladığı sual/mövqe də Münhendə diqqəti “sülh qovşağı”na və Ermənistanda parlament seçkilərinə qədər sülh müqaviləsinin imzalanmasına yönəltməyə hesablanmışdı. Rəsmi İrəvan bununla beynəlxalq ictimai rəyi öz maraqları istiqamətində formalaşdırmağa çalışır.

Bu kontekstdə erməni nümayəndənin sualının təxribat xarakterli olduğu aydın görünürdü. Prezident İlham Əliyev də Ermənistan hakimiyyətinin niyyətinə adekvat cavab verdi.

Prezident “Konstitusiya məhkəməsi konstitusiyadan üstün götürülə bilməz” deməklə Ermənistan hakimiyyətinin iddialarının hüquqi baxımdan əsassız olduğunu göstərdi və mövcud konstitusiya dəyişmədən sülh sazişinin imzalanmayacağı mesajını bir daha çatdırdı. “Sülh qovşağı” ilə bağlı dediyi “Prezident Tramp vəzifəyə qayıtdıqdan sonra TRIPP layihəsini irəli sürdü, daha sonra Bayden kimi prezident gəlsə, o, sizin yol qovşağınızı yenidən gündəmə gətirəcək” sözləri isə incə diplomatiya hesab oluna bilər.

Əliyev göstərir ki, “sülh qovşağı” Baydenin layihəsidir”: bununla ABŞ Administrasiyasına Ermənistanın təşəbbüsünün problemli olduğunu çatdırır və Trampa “Paşinyan TRİPP-i qəbul etsə də, hələ də Baydenin dəstəklədiyi layihə haqda düşünür” mesajını verməklə “sülh qovşağı”na mümkün dəstəyi arxa plana keçirir.
Dün, 18:00
Bu ölkədə turist daşıyan eşşəklərə limit tətbiq edildi
Dün, 17:30
Yeniyetmələr arasında şiddəti bitirəcək 3 strategiya: zorakılığa meyilli uşaqlar bunları edir
Dün, 17:00
Psixoloq: Gənclər buna görə valideyn olmaq istəmirlər
Dün, 16:30
Həmin təcili yardım maşınının sürücüsü - Həbs edildi
Dün, 16:00
Azərbaycanda oğlu məktəbdə söyülən ata belə "qisas" aldı
Dün, 12:00
Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa
Dün, 11:30
Polkovnik-leytenantın oğlunu öldürənə hökm oxundu
Dün, 11:00
Vəfa Şərifova özünə belə haqq qazandırdı: “Camaat 100 ev yıxıb, mən 1 ev yıxmışam”
Dün, 10:30
Bakının mərkəzində tarixi binaya MÜDAXİLƏ
Dün, 10:00
Şokoladın gizli təhlükələri ortaya çıxdı
Dün, 09:30
Ağrı Dağının kosmosdan görüntüsü yayıldı – "GöyTürk-2B" peyki çəkdi
Dün, 09:00
Başlıbel qətliamından 33 il ötür
17-04-2026, 18:00
Vətəndaş nikahında aliment ödənilir?
17-04-2026, 17:30
“AzEdu Təhsil Analitika Mərkəzi” yaradılır - Təhsildə yenilik
17-04-2026, 17:00
“Bu, mənim üçün ikinci təhqirdir” – Elza Seyidcahan məhkəmə qərarına üsyan etdi
17-04-2026, 16:30
Baş nazirdən hava limanları ilə bağlı QƏRAR
17-04-2026, 16:00
Azərbaycanlılarla ermənilər bir müddət görüşməyəcək
17-04-2026, 12:00
Texnologiyada ŞOK sıçrayış – Ölən insanlarla “danışmaq” mümkün olacaq – VİDEO
17-04-2026, 11:30
Bakının mərkəzində 10-dan çox ağac kəsildi - Araşdırma başladı
17-04-2026, 11:00
Paşinyan konsert verir
17-04-2026, 10:30
Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşdu - FOTOLAR
17-04-2026, 09:30
Ərinin söyüşlərindən bezib ağzını skoçladı, kişi boğulub öldü
17-04-2026, 09:00
Azərbaycanda qəzet baş redaktoru vəzifəsindən azad edildi
16-04-2026, 17:30
Türkiyə məktəblərini polis NƏZARƏTƏ GÖTÜRDÜ
16-04-2026, 17:00
Parisdə yeni anti-Azərbaycan planı
16-04-2026, 16:30
Türkiyədə məktəb hücumunda ölənlərin sayı artdı
16-04-2026, 16:00
Bazarlardakı at əti - müsəlman yeyə bilərmi?