Prezident Naxçıvanla bağlı sərəncam verdi
Prezident İlham Əliyev “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.hedeftv.az-ın məlumatına görə, Sərəncamda deyilir:
"1. “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı” (bundan sonra – Tədbirlər Planı) təsdiq edilsin (əlavə olunur).
2. “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya:
2.1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təklifləri əsasında Tədbirlər Planının 1-ci hissəsində nəzərdə tutulan tədbirlər üzrə icra ediləcək layihələrin siyahısını bir ay müddətində müəyyən etsin;
2.2. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.
4. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin cari ildə və növbəti illərdə maliyyələşdirilməsi üçün aidiyyəti üzrə zəruri tədbirlər görsünlər".
Dün, 18:00
Bu ölkədə turist daşıyan eşşəklərə limit tətbiq edildi
Dün, 17:30
Yeniyetmələr arasında şiddəti bitirəcək 3 strategiya: zorakılığa meyilli uşaqlar bunları edir
Dün, 17:00
Psixoloq: Gənclər buna görə valideyn olmaq istəmirlər
Dün, 16:30
Həmin təcili yardım maşınının sürücüsü - Həbs edildi
Dün, 16:00
Azərbaycanda oğlu məktəbdə söyülən ata belə "qisas" aldı
Dün, 12:00
Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa
Dün, 11:30
Polkovnik-leytenantın oğlunu öldürənə hökm oxundu
Dün, 11:00
Vəfa Şərifova özünə belə haqq qazandırdı: “Camaat 100 ev yıxıb, mən 1 ev yıxmışam”
Dün, 10:30
Bakının mərkəzində tarixi binaya MÜDAXİLƏ
Dün, 10:00
Şokoladın gizli təhlükələri ortaya çıxdı
Dün, 09:30
Ağrı Dağının kosmosdan görüntüsü yayıldı – "GöyTürk-2B" peyki çəkdi
Dün, 09:00
Başlıbel qətliamından 33 il ötür
17-04-2026, 18:00
Vətəndaş nikahında aliment ödənilir?
17-04-2026, 17:30
“AzEdu Təhsil Analitika Mərkəzi” yaradılır - Təhsildə yenilik
17-04-2026, 17:00
“Bu, mənim üçün ikinci təhqirdir” – Elza Seyidcahan məhkəmə qərarına üsyan etdi
17-04-2026, 16:30
Baş nazirdən hava limanları ilə bağlı QƏRAR
17-04-2026, 16:00
Azərbaycanlılarla ermənilər bir müddət görüşməyəcək
17-04-2026, 12:00
Texnologiyada ŞOK sıçrayış – Ölən insanlarla “danışmaq” mümkün olacaq – VİDEO
17-04-2026, 11:30
Bakının mərkəzində 10-dan çox ağac kəsildi - Araşdırma başladı
17-04-2026, 11:00
Paşinyan konsert verir
17-04-2026, 10:30
Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşdu - FOTOLAR
17-04-2026, 09:30
Ərinin söyüşlərindən bezib ağzını skoçladı, kişi boğulub öldü
17-04-2026, 09:00
Azərbaycanda qəzet baş redaktoru vəzifəsindən azad edildi
16-04-2026, 17:30
Türkiyə məktəblərini polis NƏZARƏTƏ GÖTÜRDÜ
16-04-2026, 17:00
Parisdə yeni anti-Azərbaycan planı
16-04-2026, 16:30
Türkiyədə məktəb hücumunda ölənlərin sayı artdı
16-04-2026, 16:00
Bazarlardakı at əti - müsəlman yeyə bilərmi?