Azərbaycan Qəzza üçün nə edə bilər? - Eks-nazir açıqladı
Siyasət
Oxunub: 140
21 Şub 2026 | 16:00
Azərbaycan Qəzza üçün nə edə bilər? - Eks-nazir açıqladı
İki gün öncə Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilib. ABŞ lideri Donald Trampın sədrliyilə keçirilən iİclasda BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər kimi ölkələrlə yanaşı, Azərbaycan da iştirak edib. İclasın sonunda Donald Tramp Sülh Şurasının prinsiplərini və maliyyə hesabatlılığını müəyyən edən qətnaməni imzalayıb.

Qəzzanın yenidən qurulması hədəflənir.

hedeftv.az-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Sülh Şurasına Azərbaycanın dəvət edilməsi özlüyündə çox əhəmiyyətli hadisədir:

"Bu, Azərbaycana və onun rəhbərinə hörmət əlamətidir. ABŞ kimi super dövlətin Azərbaycana hörmətlə yanaşmasının təzahürüdür. Digər yandan, mən deyərdim ki, bu Şuranın yaranması çox maraqlı hadisədir. Mən bunun haqqında fikirləşirdim. Amma biz bir az gərək izləyək, baxaq görək, onlar hansı addımları atacaqlar. Çünki anlayırıq ki, bu, Qəzzanın bərpası ilə bağlıdır.

Amma ümumiyyətlə, belə fikirlər də səsləndirilir ki, Sülh Şurası BMT-ni də əvəz edə bilər. Lakin mən Sülh Şurasının BMT-ni əvəz edə biləcəyinə inanmıram. Yenə də biz yaxından izləməliyik ki, Sülh Şurası İsrail ilə Fələstin arasında neçə illik münaqişəni sona çatdıra bilər, yoxsa yox... Bu çox önəmlidir".

Azərbaycanın Qəzzada hansı işləri görəcəyi ilə bağlı sabiq nazir bunları deyib:

"Sülh Şurasının yarandığı birinci gündən Azərbaycanın Qəzzaya qoşun göndərməsinə ehtiyac olmadığı bilinirdi. Buna gərək yoxdu. Amma Qəzzanın bərpasında Azərbaycanın iştirakı önəmlidir. Azərbaycan dünyanın oyunçularından biri olduğunu göstərirsə, onda belə böyük layihədə iştirak etmək önəmlidir. Yenə təkrar edirəm ki, ABŞ rəhbərliyinin Azərbaycana xüsusi dəvət göndərməsi çox vacib haldır. Yəni hörmət əlamətidir.
Qəzzanın bərpası ilə əlaqədar sərmayə qoya bilərik. İnfrastrukturun qurulmasında iştirak edə, avadanlıqlar göndərə bilərik. Xeyli məsələlər var ki, o istiqamətlərdə Azərbaycan iştirak edə bilər. Bunun üçün kifayət qədər imkanlarımız da mövcuddur".
Dün, 18:00
Bu ölkədə turist daşıyan eşşəklərə limit tətbiq edildi
Dün, 17:30
Yeniyetmələr arasında şiddəti bitirəcək 3 strategiya: zorakılığa meyilli uşaqlar bunları edir
Dün, 17:00
Psixoloq: Gənclər buna görə valideyn olmaq istəmirlər
Dün, 16:30
Həmin təcili yardım maşınının sürücüsü - Həbs edildi
Dün, 16:00
Azərbaycanda oğlu məktəbdə söyülən ata belə "qisas" aldı
Dün, 12:00
Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa
Dün, 11:30
Polkovnik-leytenantın oğlunu öldürənə hökm oxundu
Dün, 11:00
Vəfa Şərifova özünə belə haqq qazandırdı: “Camaat 100 ev yıxıb, mən 1 ev yıxmışam”
Dün, 10:30
Bakının mərkəzində tarixi binaya MÜDAXİLƏ
Dün, 10:00
Şokoladın gizli təhlükələri ortaya çıxdı
Dün, 09:30
Ağrı Dağının kosmosdan görüntüsü yayıldı – "GöyTürk-2B" peyki çəkdi
Dün, 09:00
Başlıbel qətliamından 33 il ötür
17-04-2026, 18:00
Vətəndaş nikahında aliment ödənilir?
17-04-2026, 17:30
“AzEdu Təhsil Analitika Mərkəzi” yaradılır - Təhsildə yenilik
17-04-2026, 17:00
“Bu, mənim üçün ikinci təhqirdir” – Elza Seyidcahan məhkəmə qərarına üsyan etdi
17-04-2026, 16:30
Baş nazirdən hava limanları ilə bağlı QƏRAR
17-04-2026, 16:00
Azərbaycanlılarla ermənilər bir müddət görüşməyəcək
17-04-2026, 12:00
Texnologiyada ŞOK sıçrayış – Ölən insanlarla “danışmaq” mümkün olacaq – VİDEO
17-04-2026, 11:30
Bakının mərkəzində 10-dan çox ağac kəsildi - Araşdırma başladı
17-04-2026, 11:00
Paşinyan konsert verir
17-04-2026, 10:30
Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşdu - FOTOLAR
17-04-2026, 09:30
Ərinin söyüşlərindən bezib ağzını skoçladı, kişi boğulub öldü
17-04-2026, 09:00
Azərbaycanda qəzet baş redaktoru vəzifəsindən azad edildi
16-04-2026, 17:30
Türkiyə məktəblərini polis NƏZARƏTƏ GÖTÜRDÜ
16-04-2026, 17:00
Parisdə yeni anti-Azərbaycan planı
16-04-2026, 16:30
Türkiyədə məktəb hücumunda ölənlərin sayı artdı
16-04-2026, 16:00
Bazarlardakı at əti - müsəlman yeyə bilərmi?