Prezidentin çıxışı qətiyyətli mövqeyimizi nümayiş etdirdi

Ötən gün İrəvanda Avropa Siyasi Birliyinin VIII sammiti keçirlib. Avropa liderlərinin iştirakı ilə keçirilən sammitə Azərbaycan Prezidenti İlham Əliyev videobağlantı edib. Ölkə başçısının çıxışı sülh gündəliyi, Avropa Parlamenti ilə bağlı verilmiş qərar və digər məsələləri əhatə edib.
Prezident İlham Əliyevin çıxışını hedeftv.az-a şərh edən Milli Məclisin deputatı Zaur Şükürov bildirib ki, dövlət başçısının Avropa Siyasi Birliyinin VIII Zirvə toplantısında çıxışı Azərbaycanın praqmatik xarici siyasi kursunu və qətiyyətli mövqeyini bir daha nümayiş etdirib:
“Ölkə başçısının istər müxtəlif beynəlxalq platformalarda, istərsə də yerli və xarici mediaya müsahibələrində olduğu kimi, "Avropa Siyasi Birliyi"nin (ASB) 8-ci Zirvə toplantısındakı çıxışı da Azərbaycanın Cənubi Qafqazın siyasi, hərbi, iqtisadi, nəqliyyat və enerji arxitekturasında yaratdığı yeni reallıqlara, sülh təşəbbüslərinə diqqət çəkməklə yanaşı, dövlətimizin milli maraqlara cavab verən praqmatik xarici siyasət kursunu və qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev çıxışında Azərbaycanla Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılan addımları, keçən ilin avqust ayında Vaşinqtonda baş tutan sülh sammiti, o cümlədən sülhün bərqərar olması istiqamətində ölkəmizin təşəbbüslərini qeyd edərək, hazırda 9 aydır davam edən de-fakto sülh əsasında Azərbaycanın 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdığını, indiyə qədər Azərbaycan ərazisi vasitəsilə bu ölkəyə 28 min ton yük çatdırıldığını, hətta əlavə addımlar atılaraq, ilk dəfə ticarət münasibətlərinə başlanıldığını, neft məhsullarımızın - benzin və dizelin Ermənistana təchiz edildiyini bildirib”.
Deputat qeyd edib ki, bu çıxış regionumuzda sülh, sabitlik və inkişafın təmin edilməsi üçün zəruri addımlar barədə bir ismarış və çağırış olmaqla yanaşı, AŞPA və Avropa Parlamenti kimi Avropa təsisatlarının ölkəmizə qarşı uzun illər ərzində nümayiş etdirdiyi ikili standart və qərəzli yanaşmanın, sülh və əməkdaşlığa xələl gətirən mövqeyinin ifşası idi:
“Prezident ikili standartların bugün sanki AŞPA-nın iş təlimatına çevrildyini və Azərbaycanın ərazi bütövlüyünün istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malik olduğunu bildirərək, bu məsələdə ikili standartların qəbuledilməzliyini vurğuladı.
Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb etməsi səbəbindən, Avropa Parlamentinin ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə almasını qeyd edən ölkə başçısı, cavab olaraq Azərbaycan parlamentinin mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul etdiyini diqqətə çatdırdı.
Heç şübhəsiz, ikinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamentinin Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul etməsi əsl riyakarlıq və qərəz nümunəsi hesab edilə bilər.
Milli Məclisin bu qərarı ölkəmizin öz milli maraqlarının və prinsipial mövqeyinin ardlcıl şəkildə müdafiə etməsinin göstəricisi olmaqla yanaşı, Avropa Parlamentinə adekvat və tutarlı cavab kimi qiymətləndirilməlidir.
Erməni lobbi təşkilatlarnın hələ də təsri altında olan bu təsisatların və Avropanın bir sıra siyasətçilərinin Azərbaycanın öz gücü hesabına ərazi bütövlüyünü və suverenliyini bərpa və təmin etməsi ilə barışmaq istəməməsi dolayısı ilə regionumuzda sülh və sabitliyə mənfi təsir göstərən amillərdir. Müxtəlif bəyanat və qətnamələr vasitəsilə ölkəmizə təzyiq göstərməyi hədəfləyən bu dairələr unudurlar ki, döyüş meydanında şanlı zəfər qazanan qalib Azərbaycana qarşı bu kimi riyakar və təxribatçı əməllər yenə də heç bir nəticə verməyəcək və dövlətimiz qarşıya qoyduğu hədəflərə nail olacaq.
Prezidentimzin də qeyd etdiyi kimi, sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir”.
Dün, 18:00
Restoranda "qusma rüsumu"- lüks məkan görünməmiş addım atdı
Dün, 17:30
271 nömrəli məktəbdəki olayın ŞOK pərdəarxası
Dün, 17:00
Hacıbaba Əzimov VƏFAT ETDİ
Dün, 16:30
Sabah yağış intensivləşəcək, qara keçəcək - PROQNOZ
Dün, 16:00
Xərçəngə qarşı peyvəndin tətbiqinə BAŞLANILDI
Dün, 12:00
TDT-yə üzv ölkələrin QHT-lərinin Forumu keçirilir
Dün, 11:30
Tramp Tayvana silah satışını dayandırdı
Dün, 11:00
Sabiq icra başçısı vəfat etdi
Dün, 10:30
Corat bağlarından meyit tapıldı
Dün, 10:00
Hantavirusa görə apteklərdə maska tapılmır
Dün, 09:30
WUF13-ə qeydiyyat başa çatdı
Dün, 09:00
Magistral yol çökdü, Bakıya giriş bağlandı
15-05-2026, 18:00
Dövlət torpağı almadan magistral yol çəkə bilərmi? – Mürtəce qanunla bağlı məsləhətləşmə
15-05-2026, 17:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - Qıtlıq gəlir, tədarük görün
15-05-2026, 17:00
Ukrayna “Turan birliyi”nə qoşulur-daha hansı dövlətlər var?
15-05-2026, 16:30
Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
15-05-2026, 12:00
Azərbaycan təmsilçisi "Avroviziya - 2026"nın finalına çıxa bilməyib
15-05-2026, 11:30
Taksidən istifadə edən sərnişinlərin NƏZƏRİNƏ
15-05-2026, 11:00
Film kimi HADİSƏ - Vəzifəli şəxs inək cəsədinin içində ölkədən qaçdı
15-05-2026, 11:00
Vado Korovinin "Space" TV-dəki kadrları işdən çıxarıldı - FOTO
15-05-2026, 10:30
Kiyevə dəhşətli raket hücumu: ölənlərin sayı artdı
15-05-2026, 10:00
Tam şəffaf olmaq üçün işimiz çoxdur - mədəniyyət naziri
15-05-2026, 09:30
Toylar Azərbaycan incəsənətini yaşadan platformadır - NAZİRDƏN AÇIQLAMA
15-05-2026, 09:00
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
14-05-2026, 18:00
Bakıda bu ərazidə yaşayırsınızsa, evinizin qapısı DÖYÜLƏCƏK - SƏBƏB
14-05-2026, 17:30
Bu ölkədə yanacaq bitdi, paytaxt elektriksiz qaldı - Xalq küçələrə axışdı
14-05-2026, 17:00
Fərdi həkim kimi işləmək istəyənlər üçün TƏLƏBLƏR