“Azure Residence”in idarəçiliyi ilə bağlı yayılan məlumatlara dair açıqlama
Sosial
Oxunub: 37
1 Kas 2025 | 09:03
“Azure Residence”in idarəçiliyi ilə bağlı yayılan məlumatlara dair açıqlama

Bakı şəhəri, Xətai rayonunda yerləşən “Azure Residence” yaşayış kompleksinin idarəçiliyi ilə əlaqədar yayılan bəzi məlumatlarda "Xətai-48" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin (MMMC) rəhbəri kimi mənim — Davud Məmmədovun ünvanına səsləndirilən iddialar həqiqəti əks etdirmədiyindən, aşağıdakı dəqiqləşdirmələri ictimaiyyətin diqqətinə çatdırırıq:

1. Təzyiq və Mətbuata Müraciət məsələsi

“Güvənli-Servis Management” MMC nümayəndələrinin mənim “məsələləri hüquqi yolla deyil, mətbuat üzərindən həll etməyə çalışdığım” barədə bəyanatı tamamilə əsassızdır.

Hüquqi əsas: Məsələ hüquqi müstəvidə həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə “Güvənli-Servis Management” MMC-nin fəaliyyəti qanunsuz hesab edilmiş, şirkət bina idarəçiliyindən kənarlaşdırılmışdır. Bu qərar Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən də qüvvədə saxlanılmışdır.

Mətbuata müraciətin səbəbi: Mətbuata müraciət, məhkəmə və icra qərarlarının yerinə yetirilməməsi səbəbindən son çıxış yolu kimi seçilmişdir. Əvvəlki idarəçi şirkət, məhkəmə qərarlarını və icra məmurlarının tələblərini icra etməkdən imtina etmiş, hətta istilik sistemini dayandırmaqla sakinlərin yaşayış hüquqlarına zərər vurmuşdur. Məqsəd təzyiq göstərmək deyil, ictimai və dövlət qurumlarının diqqətini yaranmış vəziyyətə yönəltməkdir.

2. Mənim Rolum və Statusum

“Peşə etikası” və “vəkil davranış qaydaları” ilə bağlı səslənən iddialar da reallığa uyğun deyil.

Mən bu məsələdə "Xətai-48" MMMC-nin sədri və bina sakini qismində çıxış edirəm.

Fəaliyyətim vəkil fəaliyyəti deyil, sakinlərin birgə yaratdığı qanuni cəmiyyətin rəhbərliyi çərçivəsində həyata keçirilir.

Məqsədim, binanın bütün sakinlərinin qanuni hüquq və maraqlarının qorunmasıdır.

3. Vəsaitlərin Toplanması və Şəffaflıq

Şirkət nümayəndələrinin “özbaşınalıqla sakinlərdən vəsait toplanır” iddiası tamamilə əsassızdır.

Rəsmi status: "Xətai-48" MMMC Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçmiş hüquqi şəxsdir.

Şəffaf maliyyə: Cəmiyyətin rəsmi VÖEN-i və bank hesabı mövcuddur. Sakinlər ödənişlərini yalnız bu hesaba həyata keçirir və bütün əməliyyatlar rəsmi sənədlərlə təsdiqlənir.

Əvvəlki idarəçi barədə: Əksinə, illərlə binanı idarə etmiş “Güvənli-Servis Management” MMC yığılan vəsaitlərin xərclənməsi barədə şəffaf hesabat təqdim etməmiş, sakinlərin sorğularını cavabsız qoymuşdur.

4. Xidmətlərin təşkili

MMMC yaradıldıqdan sonra “Güvənli-Servis Management” MMC bir çox həyati xidmətləri dayandırmışdır (liftlərin kart sistemləri, resepsiyon və mühafizə xidmətləri və s.).

Sakinlərin təhlükəsizliyinin və normal yaşayışının təmin edilməsi üçün "Xətai-48" MMMC tərəfindən ixtisaslaşmış şirkətlərlə rəsmi müqavilələr bağlanmışdır (lift servisi, mühafizə, mühasibatlıq və s.).

Bu addımlar bina sahibsiz qalmasın və xidmətlərin dayandırılmasının qarşısı alınsın deyə atılmışdır.

“Qeyri-qanuni ələ keçirmə” barədə səslənən iddialar əsassızdır və məqsədi məhkəmə qərarlarına tabe olmamaq faktını gizlətməkdir.

5. 211 min manat borc barədə iddia

“Güvənli-Servis Management” MMC-nin hüquqşünası H.Hüseynovanın “sakinlər tərəfindən şirkətə 211 min manat borc yaranıb” bəyanatı da hüquqi və faktiki əsasdan məhrumdur.

Əgər belə borc mövcuddursa, şirkət bunu məhkəmə qaydasında tələb edə bilərdi. Lakin bunu etməməsinin səbəbi – həmin borcun əsassız və sənədlərlə təsdiqlənməməsidir.

Şirkət “xidmətləri dayandırmadığını” iddia etsə də, sakinlər reallıqda lift, mühafizə, resepsiyon və digər xidmətlərin dayandırıldığını təsdiqləyirlər. Bu səbəbdən şirkətin bəyanatı tamamilə yalandır.

"Xətai-48" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti olaraq, biz:

Binanın qanuni idarəçiliyini təmin etməyə,

Sakinlərin maraqlarını qorumağa,

Bütün maliyyə və hüquqi sənədləri səlahiyyətli orqanlara təqdim etməyə hazırıq.

Davud Məmmədov
"Xətai-48"Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin sədri
“Azure Residence” yaşayış kompleksi
7-03-2026, 18:00
Azərbaycanın Tehrandakı səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub
7-03-2026, 17:30
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - məbləğ
7-03-2026, 16:30
İran dronlarından qorunmağın YOLU
7-03-2026, 16:00
Günlük qazancları 1000 manatdan çoxdur — Hər gün də tələb artır
7-03-2026, 12:00
Azərbaycanda SEPAH-ın tapşırıqlarını yerinə yetirən VƏTƏNDAŞLARIN SİYAHISI - ADLAR
7-03-2026, 11:30
Qaşlı qızıl almayın - SƏBƏBLƏR
7-03-2026, 11:00
Tüfənglə insident törədən şəxs saxlanıldı
7-03-2026, 11:00
Putin Pezeşkianla danışıqlar apardı
7-03-2026, 10:30
İran Avropanı da təhdid etdi
7-03-2026, 10:00
Azərbaycana qarşı növbəti TƏXRİBAT
7-03-2026, 09:30
Beyrut belə bombalandı - ANBAAN GÖRÜNTÜLƏR
7-03-2026, 09:00
DTX-dən unikal əməliyyat: SEPAH Bakıda bu əraziləri partlatmaq istəyib - VİDEO
6-03-2026, 18:00
Dubayda aclıq riski: 10 günlük azuqə qalıb
6-03-2026, 17:30
Baş nazir qərar imzaladı
6-03-2026, 17:00
Pezeşkian niyə Bakıya ZƏNG ETMƏDİ?
6-03-2026, 16:30
Gürcüstandan və Türkiyədən gətirilən toxumluq kartofda bakteriya aşkarlandı
6-03-2026, 16:00
Erməni milyarder ev dustaqlığında qaldı
6-03-2026, 12:00
Dövlətə xəyanətdə təqsirləndirilən 4 nəfərə hökm oxundu
6-03-2026, 11:30
DOST mərkəzləri bu tarixlərdə işləməyəcək
6-03-2026, 11:00
1 nömrəli səfərbərlik nədir? - Müdafiə Nazirliyi AÇIQLADI
6-03-2026, 10:30
İranın özünə gəlməsi üçün 10 il vaxt lazım olacaq - Tramp
6-03-2026, 10:00
Müğənni qəzada öldü
6-03-2026, 09:30
Jurnalist Nicat Novruzoğlu vəfat etdi
6-03-2026, 09:00
QMİ-dən İranın dron hücumuna REAKSİYA
5-03-2026, 18:00
Görüntülü yığıb Pəhləvini lağa qoydular: "Adım Adolfdur, babam atanızı..." — VİDEO
5-03-2026, 17:30
Məmura mükafat verən "jurnalist" həbs olundu
5-03-2026, 17:00
"ƏDV geri al" mexanizmi tam avtomatlaşdırılır