Bu ərazidən “28 May” metro stansiyasınadək tramvay xətti çəkiləcək
Sosial
Oxunub: 84
26 Kas 2025 | 13:30
Bu ərazidən “28 May” metro stansiyasınadək tramvay xətti çəkiləcək

Bakıda tramvayların yenidən bərpası ilə bağlı müzakirələr son günlər daha da aktuallaşıb.

Paytaxtın sürətlə böyüyən yaşayış massivlərinin mövcud metro və dəmiryolu şəbəkəsindən kənarda qalması alternativ nəqliyyat həllərinə ehtiyacı artırır. Bu kontekstdə şəhərin tarixi simvollarından biri olan tramvayların geri dönüşü həm mobillik, həm də nəqliyyat yükünün azalması baxımından yenidən gündəmə gəlib.

hedeftv.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, tramvay şəbəkəsinin qurulması istiqamətində işlərə başlanılıb.

“Tramvaylar barəsində artıq addımlar atılıbdır. “Metropoliten”in tərkibində tramvay şəbəkəsinin qurulması prosesinə start verilib. Layihə hazırda cizgilərin hazırlanması mərhələsindədir”, – deyə ekspert qeyd edib.

Bəs Bakıda tramvayları nə zaman görə biləcəyik?

Bununla bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Bakının iki böyük yaşayış sahəsi – Mehdiabad və “Sea Breeze” əraziləri metro və dəmiryolu şəbəkəsindən kənarda qalır.

Məhz buna görə, həmin ərazilərdə tramvay xətlərinin tətbiqi planlaşdırılır:

“Sea Breeze” istiqamətindən tramvay xətti çəkilərək Pirşağı stansiyası ilə əlaqələndiriləcək və orada yeni nəqliyyat habı yaradılacaq.

Mehdiabad–Binəqədi istiqamətindən isə tramvay xəttinin metronun “28 May” stansiyasına inteqrasiya olunması nəzərdə tutulur ki, bu da sərnişinlərin şəhər mərkəzinə rahat çıxışını təmin edəcək”, – qurumdan bildirilib.

Beləliklə, tramvayların şəhər nəqliyyatına qaytarılması artıq real layihə mərhələsinə daxil olub və paytaxtın gələcək nəqliyyat infrastrukturunda mühüm rol oynayacağı gözlənilir.
Bugün, 11:30
Çernobıldakı AES-in örtüyünün təmirinə 100 milyon dollar ayırılacaq
Bugün, 11:00
Hamamda ölən oğlanla bağlı ilginc faktlar
Bugün, 10:30
Paytaxtda yeni xəstəxana tikiləcək
Bugün, 10:00
Bakı sakinlərinə pis xəbər
Bugün, 09:30
XTQ-nin yaradılmasından 27 il ötür
Bugün, 09:00
ADNA-da törədilən terror aktından 17 il ötür
Dün, 18:00
Mənzil bazarında "iyun boşluğu" — Ucuzlaşma olacaq
Dün, 17:30
Yağışlar mayda da davam edəcək
Dün, 17:00
Zərərçəkən Fidan Zeynin vəkilindən Könül Həmzəyeva ilə bağlı açıqlama
Dün, 16:30
Bakıda 61 milyon manatlıq yenidənqurma və təmir işləri həyata keçiriləcək
Dün, 16:00
ABŞ-də tornado kabusu: şəhər xarabalığa çevrildi
Dün, 12:00
Tibbdə inqilab: bu yenilik insult ölümlərini 40% azaltdı
Dün, 11:30
Toyuq paketlərindəki gizli TƏHLÜKƏ
Dün, 11:00
Sumqayıtdakı bu xəstəxana boşaldılır - SƏBƏB
Dün, 10:30
Beynəlxalq axtarışda olan şəxslər saxlanıldı
Dün, 10:00
Azərbaycanda analarının soyadını götürən uşaqların sayı AÇIQLANDI
Dün, 09:30
Qəbul imtahanına qeydiyyat başa çatır
Dün, 09:00
Moskvada Qələbə Günü Paradı hərbi texnika olmadan keçiriləcək
28-04-2026, 18:00
Hindistanda qalmaqal: Modinin tərəfdarı müsəlmanları təhqir etdi
28-04-2026, 17:30
Avtomobil almaq istəyənlər üçün PİS XƏBƏR
28-04-2026, 17:00
Bakıda güclü külək 34 ağacı aşırdı
28-04-2026, 16:30
Bu ildən məzunlar attestatı onlayn alacaq
28-04-2026, 16:00
"İdrak" liseyində güllələnən müəllim İŞDƏN ÇIXDI
28-04-2026, 12:00
Görkəmli oftalmoloq Zərifə Əliyevanın doğum günüdür
28-04-2026, 11:30
Ucuz işçi xəyalı puç oldu: Süni intellekt baha başa gəlir
28-04-2026, 11:00
"Space" TV-də daha iki verilişin yayımı dayandırılıb
28-04-2026, 10:30
Bu telefonlarda "WhatsApp" işləməyəcək — SİYAHI