Boşanmaların arxasında GİZLƏNƏN HƏQİQƏT: “TikTok ailələri dağıdır”

Son illər Azərbaycanda boşanmaların sayı sürətlə artır. Gənc ailələr hələ həyatın əvvəlindəykən yollarını ayırır. Cəmiyyət isə günahı çox vaxt sosial şəbəkələrdə xüsusən də “TikTok”da görür.
Bəs doğrudan da problem telefondadır, yoxsa bizim görmədiyimiz daha dərin səbəblər var? “TikTok” həqiqətən ailəni dağıda bilərmi?
Məsələ ilə bağlı “Yeni Sabah”a danışan psixoloq Vüsalə Rüstəm artan boşanmaların kökündə yalnız sosial şəbəkələrin dayanmadığını bildirib. Onun sözlərinə görə, “TikTok” çox vaxt “günah keçisi” kimi təqdim olunur, əslində isə problem ailə qurulmadan əvvəl yaranır:
“Boşanmaların sayı sürətlə artır. Sosioloq və psixoloqların hər biri öz münasibətini bildirir, tövsiyyə verir proses yenə də səngimir. Gənc ailələrin hələ yolun başındaykəykən yollarının ayırması təəssüf doğurur, bunun da öz səbəbləri var. Yaxın keçmişdə valideynlər oğlunun və qızının evlənəcəyi adamın nəslini, kökünü öyrənir, adam haqqında səhih məlumat toplayırdılar. İndi isə ilk baxışdan xoşlandığı insana sevdiyini zənn edib evlənmək təklif edirlər. Cütlüklər bir-birinin xarakteri haqda dəqiq məlumatları olmur, kobud səslənsə də, bir-birini aldadırlar. Ailələrin uyğunluğu isə ümumiyyətlə oxşar olmur. Biri sərt, qayda-qanunlu bir evdə, digəri isə özbaşına böyüyür.
Evlilikdən sonra artıq bütün qüsurlar üzə çıxır. Kişi çox mülayim görünüb anlayışla qarşıladığı qadını evə qapadır, zor tətbiq edir, şəxsi əşyalarına (telefonuna) toxunmamaq əmri verir. Bütün azadlığı əlindən alınmış qadın çıxış yolu axtarır və böyük bir boşluğa düşür”.
Psixoloq bildirib ki, belə hallarda qadının sosial şəbəkələrə üz tutması bəziləri tərəfindən “əsas günah” kimi göstərilir, lakin bu, problemin yalnız nəticəsidir:
“Bu zaman o, “TikTok” və başqa sosial şəbəkələrdə müxtəlif insanlarla ünsiyyət qurur, hətta uşaqlarını və ərini ataraq evdən qaçır. Burada insanlar tərəfindən günahkar telefon (sosial şəbəkələr) hesab olunsa da, o, sadəcə ağılsız bir qisim qadının çıxış yoludur. Canını qurtarmağın yolunu bu cür hesab edir. Əgər kişi və ya qadın vaxtında ailəyə hörmətlə yanaşıb zor tətbiq etməsə, normal dialoq qursa, bir çox faciələri öncədən önləmiş olur.
Nə yazıq ki, bu baş vermir. Əvəzində, sevgi hesab etdikləri hisslər ölür, əsl insanın xarakteri üzə çıxır və dözümsüz tərəflərdən biri uzaqlaşmaqla ailəni sonlandırır”.
Ekspert hesab edir ki, ailəni qorumağın yolu qarşılıqlı sevgi və anlayışdan keçir:
“Evliliyi qorumağın yolu qarşılıqlı sevgi və anlayışdır ki, bunun olması üçün isə gərək cütlüklər bir -birini yaxşı tanısın və insanı olduğu kimi sevsin. Evlənənədək xarakterində olan bütün mənfi və müsbət keyfiyyətləri bildirsin. Əks halda, maskalanmış insan evlilikdə özünü büruzə verir və evliliyin sonlanması ilə nəticələnir. Sevən insan səbr edir, sevməyən insan isə olan çətinliyi işgəncə hesab edib qaçır. Ən önəmlisi ailə quracağınız insanı doğru seçin. Uğurlu seçim xoşbəxt ailə, travmasız uşaqlar, normal cəmiyyət deməkdir”.
Bugün, 11:30
Azərbaycan güləşçisi bürünc medal qazanıb
Bugün, 11:00
Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır
Bugün, 10:30
"Son zəng" tədbirləri üçün tələblər qoyuldu
Bugün, 10:00
110 illik tarixdə bir ilk: Məşhur şirkət 70 iş yerini bağlayır
Bugün, 09:30
Sahil Babayev yenidən seçildi
Bugün, 09:00
Xəstəxanada həkimlərə bıçaqlı hücum olub
Dün, 18:00
Tramp nüvə kodlarını istədi, general “yox” dedi
Dün, 17:30
SOS: Bu toyuqlar İNFEKSİYA mənbəyidir– Necə TANIMALI?
Dün, 17:00
"Smart kart tipli" qaz sayğacları dəyişdiriləcək
Dün, 16:30
İran 5 ölkəyə xəbərdarlıq etdi
Dün, 16:00
Avropada tarixi rekord: Miqrantların sayı 64 milyonu keçdi
Dün, 12:00
Köhnə telefonlar birdən bahalaşdı- Niyə kütləvi şəkildə alınır?
Dün, 11:30
Məhkəmə ahıl qadına qarşı təcavüzdə ittiham olunan gənci həbs etdi
Dün, 11:00
10 gün dərs olmayacaq - Tarixlər
Dün, 10:30
Xəstəxanada həyatını itirən Mirinin ölümü ilə bağlı həbs edilən var
Dün, 10:00
Azərbaycan bu ölkə ilə birbaşa uçuşlara başlaya bilər
Dün, 09:30
Bakıda sinif yoldaşını yandıran məktəbli həbs edildi
Dün, 09:00
Azərbaycandan bu ölkəyə çay ixracı kəskin ARTDI
22-04-2026, 18:00
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış edib
22-04-2026, 17:30
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
22-04-2026, 17:00
Hamlet Musayevin qızı həbs edildi
22-04-2026, 16:30
Prezervativlər 30% bahalaşır
22-04-2026, 16:00
Muğanlı-İsmayıllı yolu BAĞLANIR
22-04-2026, 12:00
Keçid balları enəcək - Abituriyentlərə ŞAD XƏBƏR
22-04-2026, 11:30
Latviya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib - YENİLƏNİB
22-04-2026, 11:00
Vətəndaşın fəryadı: Evini banka verdi, indi isə torpağını da əlindən almaq istəyirlər?
22-04-2026, 10:30
İmişlidə canavarlar kəndə hücum edib