SOS: insult da “cavanlaşır” - bunları etməyin!
Sosial
Oxunub: 87
16 Ara 2025 | 10:30
SOS: insult da “cavanlaşır” - bunları etməyin!

Nevroloq: "Yaşın 50-dirsə, deyirlər 160 təzyiq normaldır, tamamilə yanlış fikirdir"; "Qan təzyiqi ”səssiz ölüm"dür"
İnsult (beyin qanaması və ya beyin iflici) adətən yaşlılarda müşahidə edilsə də, son illər gənclər arasında da ona daha tez-tez rast gəlinir. Mütəxəssislər bildirir ki, 30 yaşdan aşağı şəxslərdə insult riski stress və siqaret istifadəsi səbəbindən artıb. Dünyada hər il 12 milyon insan insult keçirir, Türkiyədə isə bu rəqəm 150 min nəfərə çatır.

İnsultun əsas əlamətləri arasında qəfil və şiddətli baş ağrısı, ürəkbulanma, bədəndə qıcolmalar, qol və ayaqlarda qismən və ya tam iflic halları yer alır.

Bu arada İstanbulda beşinci dəfə təşkil olunan Beyin Simpoziumunda müasir müalicə üsulları müzakirə olunub. NTV-yə danışan Fiziki Təbabət və Neyroreabilitasiya üzrə mütəxəssis professor Engin Çakar qeyd edib: “Hərəkətsizlik, həddindən artıq alkoqol qəbulu, siqaret - xüsusilə son dövrlərdə elektron siqaret istifadəsi bu riski artırır. Adətən birtərəfli iflic yaradır, lakin qanaxma olduqda qəfil şok və huşun itməsi də baş verə bilər” (Sherg.az).

İnsult artıq gənclər arasında da müşahidə olunur. Onlardan biri hazırda universitetin üçüncü kursunda oxuyan Sude Yılmazdır. 16 yaşında insult keçirən Yılmaz belə deyib: “Beyin qanaxması keçirməyimdən təxminən 6 il ötüb, amma müalicələrim davam edir. Günbəgün daha yaxşı oluram, mübarizə aparıram və heç vaxt vaz keçməmişəm. İçimdə bir sarsıntı olsa da, təslim olmamağa çalışıram”.

İnsultda irsi faktorlar da mühüm rol oynayır. Havva Yapıcı və Eser Küçük bacı-qardaşları 7 il arayla insult keçiriblər. Eser Küçük yaşadıqlarını belə xatırladıb: “Hamamda yıxılıb qalmışdım, ailəm məni tapdı. 38 gün reanimasiyada qaldım. Şükürlər olsun ki, indi yaxşıyam. İndi isə bacım xəstələnib, onu gətirmişik”.

Mütəxəssislər vurğulayırlar ki, insultda erkən müdaxilə həyatı xilas edir.

Bir çox insan insultun yalnız qocalıqda baş verə biləcəyini düşünür. Lakin hər il o, “cavanlaşır”. Azərbaycanda bununla bağlı vəziyyət nə yerdədir? Hansı qidalar təhlükə mənbəyidir?

Rəsmi və qeyri-rəsmi statistik məlumatlara əsasən, Azərbaycanda insult ürək-damar xəstəlikləri arasında ölüm və əlilliyin əsas səbəblərindən biridir. Ölkədə hər il minlərlə insan insult keçirir və bu hallar arasında gənc və orta yaşlıların payı əvvəlki illərlə müqayisədə artmaqdadır. Mütəxəssislər bildirirlər ki, insult hadisələrinin təxminən 10-15 faizi artıq 50 yaşdan aşağı şəxslərin payına düşür. Bu göstərici hələ kütləvi olmasa da, artım dinamikası təhlükəli hesab edilir.

Mütəxəssislərin fikrincə, insultun cavanlaşmasının əsas səbəbi həyat tərzidir. Xüsusilə gənclər arasında yüksək stress, yuxu rejiminin pozulması, fiziki passivlik, artıq çəki, siqaret və alkoqoldan istifadə riskləri artırır.

Həkim-nevroloq Qalib Əsədov “Yeni Müsavat”a açıqlamasında bildirir ki, insult çox vaxt qəfil baş verən hadisə kimi qəbul edilsə də, əslində ondan əvvəl orqanizm uzun müddət xəbərdaredici siqnallar verir. İnsanlar isə bu ilkin əlamətlərə biganə yanaşdıqları üçün sonradan ağır fəsadlarla üzləşirlər.

Onun sözlərinə görə, insult kəskin beyin-qan dövranı pozğunluğudur və bu mərhələyə çatmazdan əvvəl beyin qan dövranının xroniki pozulması müşahidə olunur. Bu dövrdə yuxu pozğunluğu, qorxulu yuxular, yaddaş zəifləməsi, yaxın hadisələrin tez unudulması, əl-ayaqda keyimə, əsmə, baş ağrıları, tez yorulma və təngnəfəslik kimi əlamətlər ortaya çıxır. Xüsusilə şəkərli diabeti olan şəxslər bu əlamətlərə daha diqqətlə yanaşmalıdırlar.

Həkim insultun “cavanlaşmasının” əsas səbəbini insanların öz sağlamlıqlarına laqeyd münasibəti ilə əlaqələndirir. Onun fikrincə, qan təzyiqi, ürək döyüntülərinin sayı və ümumilikdə ürək-damar sisteminin göstəriciləri daim nəzarətdə saxlanılmalıdır: “Qan təzyiqi təsadüfi deyil ki, "səssiz ölüm" adlandırılır - çünki çox zaman heç bir əlamət vermir və insan problemi yalnız insult və ya infarkt baş verdikdən sonra anlayır".

Bəlkə də qara bazardan narkotik tərkibli dərmanlar alıb içirmiş" - Qalib Əsədov

Qalib Əsədov vurğulayır ki, yağlı, şəkərli, xolesterinlə zəngin qidalanma, hərəkətsiz həyat tərzi və uzun müddət kompüter qarşısında qalmaq damarların daralmasına - aterosklerozun yaranmasına gətirib çıxarır. Cəmiyyətdə “işçi təzyiq” anlayışının geniş yayıldığını deyən həkim bunun mif olduğunu bildirir: “İnsanlar arasında bir mif formalaşıb, əgər sənin yaşın 50-dirsə və təzyiqin 160-a yüksəlibsə, yaşına görə yaxşı təzyiq sayılır. Yadınızda saxlayın, əgər sizin təzyiq 140 və yuxarıdırsa, daima təzyiq dərmanı atmalısınız. Yəni yaşından asılı olmayaraq 140 mm civə sütunundan yuxarı təzyiq normanın son həddidir və bu göstərici davamlıdırsa, mütləq dərmanla tənzimlənməlidir”.

Onun sözlərinə görə, yüksək təzyiq damar divarlarında anevrizma adlanan təhlükəli törəmələrin yaranmasına səbəb ola bilər. Bu isə insan üçün potensial ölüm riski deməkdir. “Başında anevrizması olan adam əslində bomba gəzdirir. İstənilən stress və həyəcan zamanı bu törəmə partlaya, ani ölüm baş verə bilər”, - deyə həkim qeyd edir.

Nevroloq hesab edir ki, “qəfil ölüm” anlayışı çox vaxt yanlışdır. Əksər hallarda bu cür faciələrin kökündə vaxtında nəzarət edilməyən qan təzyiqi və laqeyd münasibət dayanır. Onun fikrincə, istənilən xəstəliyin erkən mərhələdə müalicəsi həm daha ucuz, həm də daha effektivdir: “İnsult baş verdikdən sonra isə çox zaman əlillik qaçılmaz olur. Buna görə də əsas hədəf insultu müalicə etmək deyil, onun qarşısını vaxtında almaqdır”.
Dün, 18:00
Tramp nüvə kodlarını istədi, general “yox” dedi
Dün, 17:30
SOS: Bu toyuqlar İNFEKSİYA mənbəyidir– Necə TANIMALI?
Dün, 17:00
"Smart kart tipli" qaz sayğacları dəyişdiriləcək
Dün, 16:30
İran 5 ölkəyə xəbərdarlıq etdi
Dün, 16:00
Avropada tarixi rekord: Miqrantların sayı 64 milyonu keçdi
Dün, 12:00
Köhnə telefonlar birdən bahalaşdı- Niyə kütləvi şəkildə alınır?
Dün, 11:30
Məhkəmə ahıl qadına qarşı təcavüzdə ittiham olunan gənci həbs etdi
Dün, 11:00
10 gün dərs olmayacaq - Tarixlər
Dün, 10:30
Xəstəxanada həyatını itirən Mirinin ölümü ilə bağlı həbs edilən var
Dün, 10:00
Azərbaycan bu ölkə ilə birbaşa uçuşlara başlaya bilər
Dün, 09:30
Bakıda sinif yoldaşını yandıran məktəbli həbs edildi
Dün, 09:00
Azərbaycandan bu ölkəyə çay ixracı kəskin ARTDI
22-04-2026, 18:00
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış edib
22-04-2026, 17:30
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
22-04-2026, 17:00
Hamlet Musayevin qızı həbs edildi
22-04-2026, 16:30
Prezervativlər 30% bahalaşır
22-04-2026, 16:00
Muğanlı-İsmayıllı yolu BAĞLANIR
22-04-2026, 12:00
Keçid balları enəcək - Abituriyentlərə ŞAD XƏBƏR
22-04-2026, 11:30
Latviya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib - YENİLƏNİB
22-04-2026, 11:00
Vətəndaşın fəryadı: Evini banka verdi, indi isə torpağını da əlindən almaq istəyirlər?
22-04-2026, 10:30
İmişlidə canavarlar kəndə hücum edib
22-04-2026, 10:00
Şiddət görüntüləri uşaqlara necə təsir edir?
22-04-2026, 09:30
Azərbaycanda doğumun ən az və çox olduğu bölgələr - SİYAHI
22-04-2026, 09:00
Bakıda məktəb binası yanır - VİDEO
21-04-2026, 18:00
“Sea Breeze"dən şəhərin mərkəzinə tramvay xətləri ÇƏKİLƏCƏK
21-04-2026, 17:30
Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər – SƏBƏB
21-04-2026, 17:00
Geosiyasi şahmat taxtasında İran kartı: Həlledici gediş