Tək yaşayan pensiyaçılara ŞAD XƏBƏR: Kommunal güzəştlər oluna, maliyyə yardımı edilə bilər...

Minimum pensiya alan və tək yaşayan şəxslərin artan kommunal xərclər qarşısında çətin vəziyyətə düşməsi cəmiyyətdə sosial dəstək mexanizmlərinin yenidən gündəmə gəlməsinə səbəb olub. Xüsusilə, ahıl yaş dövründə tək yaşayan insanların rifahının qorunması məqsədilə ayrıca kommunal güzəşt paketinin tətbiqinin mümkünlüyü müzakirə olunur. Maraqlıdır, minimum pensiya alan və tək yaşayan şəxslər üçün ayrıca kommunal güzəşt paketi nəzərdə tutula bilərmi?
Bu iqtisadçı Rəşad Həsənov qeyd edib ki, bir sıra ölkələrdə ahıl yaş dövründə tək yaşayan şəxslərin rifahının qorunması məqsədilə müxtəlif sosial mexanizmlər mövcuddur. Onun sözlərinə görə, tək yaşayan şəxslərin xərcləri ailə üzvlərinin sayı çox olan təsərrüfatlarla müqayisədə adambaşına düşən yük baxımından daha yüksək olur.
“Aylıq xərclər əsasən sabit və dəyişən olmaqla iki hissədən ibarətdir. Dəyişən xərclər ailə üzvlərinin sayından asılı olsa da, sabit xərclər – kommunal ödənişlər, kirayə və digər məcburi öhdəliklər – ailə tərkibindən asılı olmur. Bu səbəbdən tək yaşayan şəxslərin, xüsusilə də minimum pensiya alanların maliyyə riski ilə üzləşmə ehtimalı daha yüksəkdir”.
R.Həsənovun sözlərinə görə, Azərbaycanda da bəzi hallarda tək yaşayan şəxslərin kredit qaytarma qabiliyyəti və ya kirayə mənzil bazarında aylıq xərcləri daha yüksək qiymətləndirilir. Bu isə onların sosial baxımdan daha həssas qrup olduğunu göstərir.
“Minimum pensiyanın hazırkı səviyyəsi ehtiyac meyarına yaxın olsa da, əlavə gəlir mənbəyi olmayan tək yaşayan şəxslər üçün bu məbləğ kifayət etmir. Kommunal xidmətlərdə güzəştlərin tətbiqi, birbaşa maliyyə yardımları və ya natura formasında dəstək mexanizmləri bu sosial qrupun rifahının ən azı minimum səviyyədə saxlanılmasına töhfə verə bilər”.
Bununla belə, iqtisadçı qeyd edib ki, hazırda Azərbaycanda minimum pensiya alan və tək yaşayan şəxslər üçün ayrıca kommunal güzəşt paketi ilə bağlı müzakirələrin aparılması barədə məlumat yoxdur. Dövlətin mövcud sosial siyasət mesajlarına əsasən, ən azı orta müddətli dövrdə bu istiqamətdə yeni dəstək mexanizmlərinin yaradılması gözlənilmir.**konkret.az
Dün, 18:00
Tramp nüvə kodlarını istədi, general “yox” dedi
Dün, 17:30
SOS: Bu toyuqlar İNFEKSİYA mənbəyidir– Necə TANIMALI?
Dün, 17:00
"Smart kart tipli" qaz sayğacları dəyişdiriləcək
Dün, 16:30
İran 5 ölkəyə xəbərdarlıq etdi
Dün, 16:00
Avropada tarixi rekord: Miqrantların sayı 64 milyonu keçdi
Dün, 12:00
Köhnə telefonlar birdən bahalaşdı- Niyə kütləvi şəkildə alınır?
Dün, 11:30
Məhkəmə ahıl qadına qarşı təcavüzdə ittiham olunan gənci həbs etdi
Dün, 11:00
10 gün dərs olmayacaq - Tarixlər
Dün, 10:30
Xəstəxanada həyatını itirən Mirinin ölümü ilə bağlı həbs edilən var
Dün, 10:00
Azərbaycan bu ölkə ilə birbaşa uçuşlara başlaya bilər
Dün, 09:30
Bakıda sinif yoldaşını yandıran məktəbli həbs edildi
Dün, 09:00
Azərbaycandan bu ölkəyə çay ixracı kəskin ARTDI
22-04-2026, 18:00
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış edib
22-04-2026, 17:30
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
22-04-2026, 17:00
Hamlet Musayevin qızı həbs edildi
22-04-2026, 16:30
Prezervativlər 30% bahalaşır
22-04-2026, 16:00
Muğanlı-İsmayıllı yolu BAĞLANIR
22-04-2026, 12:00
Keçid balları enəcək - Abituriyentlərə ŞAD XƏBƏR
22-04-2026, 11:30
Latviya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib - YENİLƏNİB
22-04-2026, 11:00
Vətəndaşın fəryadı: Evini banka verdi, indi isə torpağını da əlindən almaq istəyirlər?
22-04-2026, 10:30
İmişlidə canavarlar kəndə hücum edib
22-04-2026, 10:00
Şiddət görüntüləri uşaqlara necə təsir edir?
22-04-2026, 09:30
Azərbaycanda doğumun ən az və çox olduğu bölgələr - SİYAHI
22-04-2026, 09:00
Bakıda məktəb binası yanır - VİDEO
21-04-2026, 18:00
“Sea Breeze"dən şəhərin mərkəzinə tramvay xətləri ÇƏKİLƏCƏK
21-04-2026, 17:30
Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər – SƏBƏB
21-04-2026, 17:00
Geosiyasi şahmat taxtasında İran kartı: Həlledici gediş