Rəşad Mahmudov ürək cərrahlarını QINADI
Sosial
Oxunub: 130
31 Ock 2026 | 17:00
Rəşad Mahmudov ürək cərrahlarını QINADI Bu gün ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında birinci yerdədir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hər il 18 milyondan çox insan bu səbəbdən həyatını itirir. Amma bu ölümlərin təxminən 80%-i vaxtında və düzgün yanaşma ilə qarşısı alına bilən hallardır. Daha diqqət çəkici olan məqamlardan biri isə infarkt keçirən xəstələrin təxminən 40%-nin əvvəlcədən heç bir xəbərdaredici simptom hiss etməməsidir. Bu fakt ürək sağlamlığına məsuliyyətli və elmi yanaşmanın nə qədər vacib olduğunu bir daha göstərir.

hedeftv.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış ürək cərrahı Rəşad Mahmudov bildirib ki, ölkəmizdə tibbin digər sahələri ilə müqayisədə ən sürətli və ən sistemli inkişaf edən istiqamətlərdən biri məhz kardiologiya və ürək-damar cərrahiyyəsidir.

“Son illərdə texnoloji imkanların genişlənməsi, müasir diaqnostika və müalicə metodlarının tətbiqi, beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi bu sahədə çox ciddi nailiyyətlərə yol açıb.

Lakin inkişafla yanaşı, müəyyən etik və peşəkar suallar da ortaya çıxır. Bəzən klinik protokollara, Avropa və dünya tibbi göstərişlərinə tam uyğun olmayan hallarda belə invaziv müdaxilələrə və ya cərrahi əməliyyatlara tələskən qərarlar verildiyinin şahidi oluruq. Bəzən isə bu qərarlar xəstəyə qorxu dili ilə çatdırılır, “təcilidir”, “buradan çıxmayın”, “bir neçə saat içində problem yarana bilər” kimi ifadələrlə xəstənin psixoloji vəziyyəti təsir altına düşür. Bunu da daha çox təciliyəti olmayan, rahat, müdaxilə riski çox az olan, klinik protokola görə bəzən sadəcə dərman müalicəsinin yetərli olacağı xəstələrdə edirik.

Halbuki klinik olaraq kəskin vəziyyət yoxdursa (aktiv infarkt, hemodinamik qeyri-sabitlik və ya həyati risk müşahidə olunmursa), yalnız görüntü və laborator nəticələrə əsaslanaraq təcili müdaxilə qərarı qəbul etdirmək tibbi etikaya uyğun yanaşma deyil. Bunun tam əksinə, bəzən klinik olaraq yüksək riskli, qeyri-stabil və təcili müdaxilə ehtiyacı olan xəstələrdə isə mümkün maliyyə yükü və risklər nəzərə alınaraq, tibbi göstəriş olmasına baxmayaraq müdaxilənin gecikdirilməsi və ya başqa mərkəzlərə yönləndirilməsi kimi yanaşmalarla da qarşılaşırıq. Xüsusən, yeni yaranmış mərkəzlərdə bu tendensiya daha çox müşahidə olunur. Tibbi qərarlar qorxu ilə deyil, izah və maarifləndirmə ilə verilməlidir”.

R.Mahmudov təəssüflə qeyd edib ki, bəzən belə halların arxasında rəqabət faktoru da dayanır. Hətta bəzi hallarda həkimlər özləri də etiraf edirlər ki, “əgər mən etməsəm, xəstə başqa mərkəzdə bu müdaxiləni etdirəcək və mən pis və ya bacarıqsız həkim kimi görünəcəyəm”:

“Əmin olun, bu yanaşma qısamüddətli perspektivdə xəstə “qazanmaq” kimi görünsə də, uzunmüddətli baxışda cəmiyyətin səhiyyə sisteminə olan güvənini darmadağın edir. Bir çox hallarda erkən mərhələdə və ya tibbi zərurəti tam əsaslandırılmamış stentləmə və cərrahi müdaxilələrin artması kimi vəziyyətlər yaranır. Bizlər bu reallıqları ört-basdır etməklə deyil, açıq şəkildə müzakirə edərək və elmi yanaşma ilə həll yolları taparaq irəliləməliyik.

Unutmamalıyıq ki, bir xəstənin başqa mərkəzə getməsi itki deyil. Əgər biz tibb elminin, klinik protokolların, vicdan və etik prinsiplərin çərçivəsində doğru qərar versək, bu uzunmüddətli perspektivdə minlərlə və on minlərlə insanın bizə olan inamının güclənməsi deməkdir.

Tibbin mahiyyəti qorxutmaq deyil, başa salmaqdır. Təcili qərar verməyə məcbur etmək deyil, xəstəni məlumatlandıraraq doğru zamanda doğru müdaxiləni seçməkdir. Bu peşənin müqəddəsliyi də məhz buradan başlayır.

Bu səbəbdən bütün həmkarlarıma və xüsusilə gənc rezident həkimlərə müraciət edərək demək istəyirəm ki, tibbi bacarıqlar yalnız klinik protokollar və etik davranışlarla harmoniyada tətbiq olunduqda daha dəyərli, daha etibarlı və daha müqəddəs olur. Xəstənin güvəni isə bizim ən böyük professional sərvətimizdir»
Dün, 18:00
Bu ölkədə turist daşıyan eşşəklərə limit tətbiq edildi
Dün, 17:30
Yeniyetmələr arasında şiddəti bitirəcək 3 strategiya: zorakılığa meyilli uşaqlar bunları edir
Dün, 17:00
Psixoloq: Gənclər buna görə valideyn olmaq istəmirlər
Dün, 16:30
Həmin təcili yardım maşınının sürücüsü - Həbs edildi
Dün, 16:00
Azərbaycanda oğlu məktəbdə söyülən ata belə "qisas" aldı
Dün, 12:00
Azərbaycanda heyvan satışı bazarları ilə bağlı yeni qadağa
Dün, 11:30
Polkovnik-leytenantın oğlunu öldürənə hökm oxundu
Dün, 11:00
Vəfa Şərifova özünə belə haqq qazandırdı: “Camaat 100 ev yıxıb, mən 1 ev yıxmışam”
Dün, 10:30
Bakının mərkəzində tarixi binaya MÜDAXİLƏ
Dün, 10:00
Şokoladın gizli təhlükələri ortaya çıxdı
Dün, 09:30
Ağrı Dağının kosmosdan görüntüsü yayıldı – "GöyTürk-2B" peyki çəkdi
Dün, 09:00
Başlıbel qətliamından 33 il ötür
17-04-2026, 18:00
Vətəndaş nikahında aliment ödənilir?
17-04-2026, 17:30
“AzEdu Təhsil Analitika Mərkəzi” yaradılır - Təhsildə yenilik
17-04-2026, 17:00
“Bu, mənim üçün ikinci təhqirdir” – Elza Seyidcahan məhkəmə qərarına üsyan etdi
17-04-2026, 16:30
Baş nazirdən hava limanları ilə bağlı QƏRAR
17-04-2026, 16:00
Azərbaycanlılarla ermənilər bir müddət görüşməyəcək
17-04-2026, 12:00
Texnologiyada ŞOK sıçrayış – Ölən insanlarla “danışmaq” mümkün olacaq – VİDEO
17-04-2026, 11:30
Bakının mərkəzində 10-dan çox ağac kəsildi - Araşdırma başladı
17-04-2026, 11:00
Paşinyan konsert verir
17-04-2026, 10:30
Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşdu - FOTOLAR
17-04-2026, 09:30
Ərinin söyüşlərindən bezib ağzını skoçladı, kişi boğulub öldü
17-04-2026, 09:00
Azərbaycanda qəzet baş redaktoru vəzifəsindən azad edildi
16-04-2026, 17:30
Türkiyə məktəblərini polis NƏZARƏTƏ GÖTÜRDÜ
16-04-2026, 17:00
Parisdə yeni anti-Azərbaycan planı
16-04-2026, 16:30
Türkiyədə məktəb hücumunda ölənlərin sayı artdı
16-04-2026, 16:00
Bazarlardakı at əti - müsəlman yeyə bilərmi?