Qara çörək niyə bahalaşıb...
Sosial
Oxunub: 86
26 Şub 2026 | 17:30
Qara çörək niyə bahalaşıb...
Son bir həftədə bəzi çörək növlərinin qiymətində artım müşahidə olunur. Xüsusilə “kəpəkli baton” çörəklərinin və digər adda qara çörək növlərinin əvvəlki qiymətlərlə müqayisədə bahalaşdığı diqqət çəkir. Bu məhsullar “N1” çörək zavodunda və "Çörəkçi" müəssisəsində istehsal olunurr.

hedeftv.az-ın məlumatına görə, 400 qramlıq “kəpəkli baton” çörəklərinin qiyməti təxminən 19-20 qəpik artıb. Əvvəllər 1 manata satılan həmin çörək növləri hazırda supermarketlərdə 1 manat 19 qəpik, 1 manat 20 qəpik arasında təklif olunur. Digər qara çörək növlərinin qiymətində artım baş verib.

Ağ çörək növlərində, o cümlədən kütləvi istehlakçıların aldığı "zavod çörəyi"də isə qiymət artımı qeydə alınmayıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Modern.az-a açıqlamasında bəzi çörək növlərinin qiymətindəki artımları dünya bazarında baş verən proseslərlə əlaqələndirib. O bildirib ki, hazırda qlobal miqyasda unun qiyməti artıb, eyni zamanda Azərbaycana taxıl idxalında müəyyən çətinliklər yaranıb.

“Qonşu Rusiya və Ukrayna arasında davam edən müharibə də taxıl bazarına təsir göstərərək qiymətlərin artmasına səbəb olur. Bu amillər də öz növbəsində unun, dolayısı ilə çörəyin maya dəyərinə təsir edir”.

Onun sözlərinə görə, çörəyin qiyməti ümumilikdə sərbəstdir və istehsalçılar məhsulu istədikləri qiymətə sata bilərlər:

“Lakin “zavod çörəyi” və ya sosial çörək adlandırılan məhsullara hökumət tərəfindən ciddi nəzarət mövcuddur ki, onların qiyməti artmasın. Bu növ çörəyi istehsal edən müəssisələrin rentabelliyi hazırda çox aşağı səviyyədədir”.

AİB sədri hesab edir ki, hökumət zavod çörəyi istehsalçılarına əlavə dəstək mexanizmləri tətbiq etməlidir:

“Elə şərait yaradılmalıdır ki, bu müəssisələr vergi yükündən müəyyən qədər azad olunsun və ucuz sosial çörəyin istehsalı davam etdirilsin. Əslində onların da qiyməti sərbəst olmalıdır”.

Eyyub Hüseynov əlavə edib ki, çörəyin bahalaşmasına təsir edən tək amil dünya bazarındakı qiymət artımı deyil:

“Market şəbəkələri çörək istehsalçılarından rəflərdə yer tutmaq üçün yüksək ödənişlər tələb edir, müxtəlif kampaniyaların xərcləri də təchizatçıların üzərinə qoyulur. Bundan başqa, paylama prosesində daşınma xərcləri və cərimələr də maya dəyərinə təsir göstərir. Məndə olan məlumata görə, bəzi istehsalçılar ay ərzində 2-3 min manat yol hərəkəti cəriməsi ödəməli olurlar ki, bu da əlavə maliyyə yükü yaradır".

O həmçinin vurğulayıb ki, sərbəst bazar şəraitində digər çörək növlərinin qiymətinin dəyişməsi normaldır. Lakin sosial əhəmiyyət daşıyan zavod çörəyinin qiymətinin sabit qalması üçün xüsusi dövlət qayğısı olmalıdır ki, artımlar olmasın.

Qara çörək növlərində baş verən qiymət artımının səbəbi ilə bağlı istehsalçılara sorğu ünvadıq. Lakin “N1” çörək istehsalçısı ilə əlaqə saxlasaq da, sorğumuza cavab verilmədi.
Dün, 18:00
Tramp nüvə kodlarını istədi, general “yox” dedi
Dün, 17:30
SOS: Bu toyuqlar İNFEKSİYA mənbəyidir– Necə TANIMALI?
Dün, 17:00
"Smart kart tipli" qaz sayğacları dəyişdiriləcək
Dün, 16:30
İran 5 ölkəyə xəbərdarlıq etdi
Dün, 16:00
Avropada tarixi rekord: Miqrantların sayı 64 milyonu keçdi
Dün, 12:00
Köhnə telefonlar birdən bahalaşdı- Niyə kütləvi şəkildə alınır?
Dün, 11:30
Məhkəmə ahıl qadına qarşı təcavüzdə ittiham olunan gənci həbs etdi
Dün, 11:00
10 gün dərs olmayacaq - Tarixlər
Dün, 10:30
Xəstəxanada həyatını itirən Mirinin ölümü ilə bağlı həbs edilən var
Dün, 10:00
Azərbaycan bu ölkə ilə birbaşa uçuşlara başlaya bilər
Dün, 09:30
Bakıda sinif yoldaşını yandıran məktəbli həbs edildi
Dün, 09:00
Azərbaycandan bu ölkəyə çay ixracı kəskin ARTDI
22-04-2026, 18:00
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış edib
22-04-2026, 17:30
Bakı Dövlət Sirkinin yerinə bina tikilir? – RƏSMİ AÇIQLAMA
22-04-2026, 17:00
Hamlet Musayevin qızı həbs edildi
22-04-2026, 16:30
Prezervativlər 30% bahalaşır
22-04-2026, 16:00
Muğanlı-İsmayıllı yolu BAĞLANIR
22-04-2026, 12:00
Keçid balları enəcək - Abituriyentlərə ŞAD XƏBƏR
22-04-2026, 11:30
Latviya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib - YENİLƏNİB
22-04-2026, 11:00
Vətəndaşın fəryadı: Evini banka verdi, indi isə torpağını da əlindən almaq istəyirlər?
22-04-2026, 10:30
İmişlidə canavarlar kəndə hücum edib
22-04-2026, 10:00
Şiddət görüntüləri uşaqlara necə təsir edir?
22-04-2026, 09:30
Azərbaycanda doğumun ən az və çox olduğu bölgələr - SİYAHI
22-04-2026, 09:00
Bakıda məktəb binası yanır - VİDEO
21-04-2026, 18:00
“Sea Breeze"dən şəhərin mərkəzinə tramvay xətləri ÇƏKİLƏCƏK
21-04-2026, 17:30
Ali təhsillilərin əsgərlik müddəti azaldıla bilər – SƏBƏB
21-04-2026, 17:00
Geosiyasi şahmat taxtasında İran kartı: Həlledici gediş