Azərbaycanda bəzi peşələr üçün erkən pensiya tətbiq oluna bilər
Sosial
Oxunub: 7
22 May 2026 | 11:00
Azərbaycanda bəzi peşələr üçün erkən pensiya tətbiq oluna bilər
Bəzi peşə sahələrində çalışan şəxslər üçün pensiya yaşının yenidən dəyişdirilməsi ilə bağlı müzakirələr davam edir. Hazırkı pensiya sisteminin əmək bazarındakı reallıqlara və insanların faktiki iş yükünə nə dərəcədə uyğun olduğu, eyni zamanda bəzi peşələr üzrə daha erkən pensiya imkanının dövlət büdcəsi və məşğulluq siyasətinə mümkün təsirləri diqqət mərkəzindədir. İqtisadçılar hesab edir ki, həm qlobal əmək bazarında baş verən dəyişikliklər, həm də Azərbaycandakı sosial-demoqrafik göstəricilər pensiya sistemi ilə bağlı yeni yanaşmaları zəruri edir.

Məsələ ilə bağlı hedeftv.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, hazırda dünyada əmək şəraitinin yaxşılaşdırılması və sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində ciddi proseslər gedir:

“Bu, davam edən prosesdir. Lakin süni intellektin və yeni texnologiyaların formalaşdırdığı yeni əmək bazarı şəraitində bu məsələlər daha da aktuallaşır. Yaxın və orta gələcəkdə əmək bazarında ciddi ixtisarlaşma prosesinin başlaması mümkündür. Süni intellekt və yeni texnologiyalar əməyə olan tələbatı azaldacaq. Bu baxımdan pensiya sistemində yaş həddi və sığorta stajı məsələlərinin yenidən nəzərdən keçirilməsi qaçılmaz olacaq”.

İqtisadçı qeyd edib ki, Azərbaycanda mövcud əmək şəraiti, insanların sağlamlıq səviyyəsi və orta ömür göstəriciləri indiki pensiya yaşını ciddi şəkildə mübahisələndirir:

“Azərbaycanda orta ömürlə minimum pensiya yaşı arasında təxminən 9 illik fərq var. Dünya üzrə orta göstərici isə 14-15 il arasında dəyişir, bəzi ölkələrdə bu fərq 22 ilə çatır. Adətən pensiya yaşını başqa ölkələrlə müqayisə edirlər, amma orta ömür göstəricilərini müqayisə etmirlər. Halbuki orta ömür artdıqca əmək qabiliyyətli dövr də uzanır”.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.

Onun sözlərinə görə, hazırkı şərtlərdə Azərbaycanda pensiya yaşının azaldılması və dünya standartlarına uyğunlaşdırılması ilə bağlı ciddi zərurət mövcuddur:

“Müəyyən əmək şəraitinin insanın sağlamlığına və gələcək əmək qabiliyyətinə təsiri nəzərə alınaraq differensial pensiya yaşının və şərtlərinin daha da təkmilləşdirilməsi, əhatə dairəsinin genişləndirilməsi vacibdir”.

R.Həsənov bildirib ki, bu istiqamətdə atılacaq addımlar Dövlət Pensiya Fondunun maliyyə dayanıqlılığı ilə bağlı müəyyən risklər yaratsa da, gəlirlərin artırılması üçün ciddi imkanlar mövcuddur:

“Azərbaycanda əmək bazarının əhəmiyyətli hissəsi qeyri-formaldır. Statistik müqayisələr göstərir ki, ölkədə muzdla çalışanların sayını ən azı iki dəfə artırmaq mümkündür. Əmək bazarında leqallaşma aparılarsa və real maaşlar əmək müqavilələrində əks olunarsa, Dövlət Pensiya Fondunun gəlirlərini 2-5 dəfə artırmaq olar”.

İqtisadçı əlavə edib ki, məcburi dövlət sosial sığorta haqlarının yığımı modelinin dəyişdirilməsi və gəlirə uyğun proqressiv faizlərin tətbiqi də əlavə maliyyə mənbələri yarada bilər:

“Bu kimi genişmiqyaslı islahatlar hesabına Dövlət Pensiya Fondunun gəlirlərini artırmaq mümkündür. Bu isə pensiya sisteminə etimadı gücləndirə, insanların daha əlçatan və təminatlı pensiya əldə etməsinə şərait yarada bilər”.
Bugün, 11:30
Qızılın qiyməti düşdü: gümüş rekord həddə yaxınlaşır
Bugün, 11:00
Azərbaycanda bəzi peşələr üçün erkən pensiya tətbiq oluna bilər
Bugün, 10:30
ABŞ Tayvana silah satışını dayandırdı
Bugün, 10:00
Azərbaycan nefti büdcəni geridə qoydu: qiymət iki dəfəyə yaxın artdı
Bugün, 09:30
Bakıda sürücülərin işi çətinləşdi: Tıxac olan yollar
Bugün, 09:00
Milli Məclisin sədri MDB PA-nın Şura iclasında çıxış edib
Dün, 18:00
"Bakının Baş Planında əsas məsələ tıxacın azaldılmasıdır"
Dün, 17:30
Türk televiziya tarixində bir dövrün sonu: "Arka Sokaklar" 20 ildən sonra final edir
Dün, 17:00
Ölkəni ayağa qaldıran elan verildi - Hamı TƏŞVİŞ İÇİNDƏ
Dün, 16:30
Bu ölkədə təyyarədə narkotik daşımağa icazə veriləcək
Dün, 16:00
Umayra Tağıyeva: Təbiət ciddi təzyiq altındadır
Dün, 12:00
Bakı-Tbilisi qatarının qiyməti bəlli oldu
Dün, 11:30
İcra başçısı: "Gəncə təxminən 500 min nəfər əhali üçün inkişaf etdiriləcək"
Dün, 11:00
Artıq çəki və daimi yorğunluğun gözlənilməz səbəbi
Dün, 10:30
Yasda kütləvi zəhərlənmə
Dün, 10:00
Bakının mərkəzində milli geyimlərdə gəzinti-yürüş təşkil olunub - FOTO
Dün, 09:30
Kişinin mədəsindən qapı petləsi çıxarıldı
Dün, 09:00
Zakir Həsənov "EFES - 2026" təlimini izləmək üçün Türkiyəyə səfər edib
20-05-2026, 18:00
Prezident bir qrup şəxsə medal verdi - SİYAHI
20-05-2026, 17:30
Ucuz avtomobillər satışa çıxarılır: Qiymət 1500 manatdan başlayır - TAM SİYAHI
20-05-2026, 17:00
İlham Əliyev XRİTDX ilə bağlı FƏRMAN
20-05-2026, 16:30
Abşeronda yeni zibil poliqonu tikiləcək
20-05-2026, 16:00
12 saat ac qalanda bədəndə nə baş verir? - Həkim açıqladı
20-05-2026, 12:00
Okeanın dibində səssiz böhran: Tək bir kabelin qırılması bir ölkəni iflic edə bilər
20-05-2026, 11:30
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
20-05-2026, 11:00
Azərbaycanda ən çox maaş hansı işlərdə verilir... - SİYAHI
20-05-2026, 10:30
Azərbaycanla bu ölkə arasında memorandum imzalandı