Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var
Araşdırma
Oxunub: 107
9 Şub 2026 | 12:00
Azərbaycanda 11 mindən çox QİÇS xəstəsi var "Azərbaycanda ilk İİV-ə yoluxmuş şəxs 1987-ci ildə aşkarlanıb. Ümumilikdə, 1987-ci ildən 2025-ci ilin ikinci rübünün sonunadək, 11058 nəfər Azərbaycan vətəndaşı Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyatdadır".

Bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Günel Babayeva deyib.

Bildirilib ki, onlardan 70%-i kişilər, 30%-i isə qadınlardır:

"Xüsusilə vurğulamaq istərdim ki, İİV-ə yoluxmaya yüksək meylli risk qrupları, həmçinin ümumi əhali arasında məqsədyönlü şəkildə icra olunan və həyata keçirilən müxtəlif istiqamətli əksepidemik və profilaktik tədbirlərin nəticəsidir ki, Azərbaycan, Şərqi Avropa və Mərkəzi Asiya regionuna daxil olan ölkələr arasında İİV-in yayılma göstəricisi ən aşağı olan ölkələrdəndir. İnsan İmmunçatışmazlığı Virusuna (İİV) qarşı mübarizə dövlətimizin səhiyyə siyasətində mühüm yer tutur və bu sahədə aparılan fəaliyyətlər bir neçə əsas istiqamət üzrə sistemli şəkildə həyata keçirilir.

Ölkədə 2006-cı ildən etibarən tətbiq edilən antiretrovirus müalicə proqramı çərçivəsində hazırda on mindən çox İİV-lə yaşayan şəxs daimi nəzarət və müalicə altındadır. İİV-lə yaşayan şəxslərə tətbiq edilən antiretrovrial müalicə infeksiyanın inkişafının qarşısını almaqla yanaşı, yoluxduruculuğun azalmasına da səbəb olur, belə ki, müalicədə olan İİV-lə yaşayanlarda virusun səviyyəsi qanda müəyyən olunmayan səviyyəyədək endiyi üçün İİV-in yoluxmuş şəxslərdən başqalarına ötürülmə riski minimuma enir".
Bugün, 11:00
14 yaşlı yeniyetmənin meyiti tapıldı
Bugün, 10:30
Nazir Qarabağdakı müəllimlərlə görüşdü
Bugün, 10:00
ABŞ İranın 10 gəmisini məhv etdi
Bugün, 09:30
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Bugün, 09:00
Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlandı
Dün, 18:00
Abituriyentlərin nəzərinə: Qarşıdan ən çətin imtahanlar gəlir
Dün, 17:30
Ötən ay Azərbaycanda beş aptekdə reseptsiz dərman satışı aşkarlanıb
Dün, 17:00
Bayram namazı nə vaxt qılınacaq? – QMİ-dən AÇIQLAMA
Dün, 16:30
Baş nazirdən qərar: bu quruma xidməti maşınlar verildi
Dün, 16:00
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir?
Dün, 12:00
İran Trampın gözlədiyi kimi deyilmiş
Dün, 11:30
Dubayda qalan vətəndaşlarımız təxliyə olunur - FOTOLAR
Dün, 11:00
SEPAH super ağır raketlərdən istifadə edib
Dün, 10:30
İran İsrailə 1 tonluq döyüş başlığı olan raketlər atıb
Dün, 10:00
Buraxılış imtahanının düzgün cavabları AÇIQLANDI
Dün, 09:30
İtaliyada güclü ZƏLZƏLƏ
Dün, 09:00
Baş nazir deputatlara hesabat verəcək
7-03-2026, 18:00
Azərbaycanın Tehrandakı səfirliyinin 9 əməkdaşı İrandan təxliyə olunub
7-03-2026, 17:30
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - məbləğ
7-03-2026, 16:30
İran dronlarından qorunmağın YOLU
7-03-2026, 16:00
Günlük qazancları 1000 manatdan çoxdur — Hər gün də tələb artır
7-03-2026, 12:00
Azərbaycanda SEPAH-ın tapşırıqlarını yerinə yetirən VƏTƏNDAŞLARIN SİYAHISI - ADLAR
7-03-2026, 11:30
Qaşlı qızıl almayın - SƏBƏBLƏR
7-03-2026, 11:00
Tüfənglə insident törədən şəxs saxlanıldı
7-03-2026, 11:00
Putin Pezeşkianla danışıqlar apardı
7-03-2026, 10:30
İran Avropanı da təhdid etdi
7-03-2026, 10:00
Azərbaycana qarşı növbəti TƏXRİBAT