Kollektorların üzərində tikilmiş evlər sökülərsə, vətəndaşlara kompensasiya VERİLƏCƏK? - AÇIQLAMA
Gündəm
Oxunub: 130
11 Nis 2026 | 12:00
Paytaxt ərazisində kollektor xətlərinin üzərində inşa edilmiş fərdi yaşayış evləri ilə bağlı son günlər problemlər yaranıb. Xüsusilə Xətai rayonunda kollektorun çökməsi nəticəsində evlərdən birinin sökülməsi məsələnin ciddiliyindən xəbər verir.

Hazırda Bakı Sukanal İdarəsinin balansında və istismarında olan kanalizasiya və yağış kollektorlarının mühafizə zolağı və üzərində 1 600-ə yaxın tikili mövcuddur.

Maraqlıdır, bəs görəsən, kollektorların üzərində və ya mühafizə zolağında tikilən fərdi yaşayış evləri sökülərsə, sakinlər kompensasiya ilə təmin olunacaqlarmı? Hansı ərazilərdə olan tikililər sökülərsə, vətəndaşlara kompensasiya veriləcək?

hedeftv.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, kompensasiyanın verilməsi ərazidən deyil, əsasən, hüquqi statusdan asılıdır:

"Bu məsələdə iki hal mövcuddur. Birinci hal odur ki, fərdi yaşayış evi birbaşa kanalizasiya və yağış kollektorlarının üzərində yerləşir. İkinci hal isə kollektorların mühafizə zonasında - yəni təxminən 15-25 metr radiusunda yerləşən tikililərlə bağlıdır.

Qeyd etmək lazımdır ki, kollektorun üzərində tikilən evlər tamamilə qanunsuz hesab olunur. Çünki kollektorlar elə mühəndis qurğularıdır ki, onların mütəmadi texniki baxışı, açılması və təmizlənməsi zəruridir. Bu baxımdan həmin ərazilərdə tikinti aparılması yolverilməzdir.

Kollektorun ətrafındakı mühafizə zonasında yerləşən evlər isə müəyyən risk daşısa da, bu, birbaşa kollektor üzərində tikilən evlər qədər deyil. Bəzi hallarda belə evlər üçün sənədlər də əldə olunub. Əgər sənədləri qaydasında olan evlər söküntüyə məruz qalarsa, bu zaman həmin mülklərin sahibləri kompensasiya almaq hüququna malikdirlər.

Sənədsiz evlərə gəldikdə isə, xüsusilə kollektorun birbaşa üzərində yerləşən tikililər hüquqi baxımdan kompensasiya almaq üçün uyğun hesab edilmir. Yəni qanunvericiliyə əsasən, belə evlərə kompensasiya verilməsi nəzərdə tutulmur.

Bununla belə, Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, aidiyyəti qurumlar sosial yanaşma tətbiq edərək vətəndaşlara müəyyən yardım göstərə bilər. Bu yardım alternativ yaşayış sahəsi ilə təminat və ya müəyyən məbləğin ayrılması şəklində ola bilər. Bu ödəniş rəsmi olaraq "kompensasiya" adlandırılmasa da, mahiyyət etibarilə kompensasiya xarakteri daşıya bilər və vətəndaşların mövcud vəziyyətdən çıxmasına kömək edə bilər".

O əlavə edib ki, belə hallar, əsasən, Zığ və ətraf ərazilərdə, Hövsanda, Türkan qəsəbəsində, Sabunçu rayonunda, Zabrat qəsəbəsində, Balaxanıda, eləcə də Xətai və Nizami rayonlarının bir sıra ərazilərində müşahidə olunur:

"Bu ərazilərdə kollektorların yerləşdiyi sahələr mühəndis şəbəkələrinin topoqrafik xəritələrində əks olunub və müvafiq dövlət qurumlarında mövcuddur. Gözlənilir ki, bu xəritələr gələcəkdə digər dövlət qurumlarına da təqdim ediləcək ki, bələdiyyələr və yerli icra nümayəndəlikləri bu ərazilərdə qanunsuz tikintilərin qarşısını ala bilsinlər. Əks halda, bu problem davamlı xarakter ala bilər.

Qeyd edim ki, bu tikililər mütləq şəkildə söküləcək. Kompensasiya məsələsinə gəldikdə isə, Azərbaycan sosial dövlətdir və vətəndaşlara münasibətdə humanist yanaşma prinsipi əsas götürülür. Təcrübə göstərir ki, hətta hüquqi sənədləri olmayan tikililərdə yaşayan vətəndaşlar da tamamilə evsiz qoyulmurlar. Dövlət indiyədək belə hallarda müəyyən sosial dəstək mexanizmləri tətbiq edib. Kompensasiyanın verilməsi ərazidən deyil, əsasən, hüquqi statusdan asılıdır. Əgər evin sənədləri qaydasındadırsa, kompensasiya ödənilir. Əks halda isə alternativ həll yolları tətbiq oluna bilər.

Nəzərə almaq lazımdır ki, vətəndaşlar illərlə bu evlərə vəsait xərcləyib, kommunal xidmətlər üçün ödənişlər edib və faktiki olaraq həmin əmlakdan istifadə ediblər. Bu amillər də müəyyən qiymətləndirmə zamanı nəzərə alına bilər.

Hesab edirəm ki, bu prosesə müstəqil qiymətləndirici şirkətlər cəlb olunmalıdır. Dəymiş ziyanın hesablanması obyektiv və tərəfsiz ekspertlər tərəfindən aparılmalıdır. Yəni nə dövlət qurumları, nə də vətəndaşların özü deyil, məhz müstəqil qiymətləndiricilər yekun məbləği müəyyən etməlidirlər".
Dün, 18:00
Restoranda "qusma rüsumu"- lüks məkan görünməmiş addım atdı
Dün, 17:30
271 nömrəli məktəbdəki olayın ŞOK pərdəarxası
Dün, 17:00
Hacıbaba Əzimov VƏFAT ETDİ
Dün, 16:30
Sabah yağış intensivləşəcək, qara keçəcək - PROQNOZ
Dün, 16:00
Xərçəngə qarşı peyvəndin tətbiqinə BAŞLANILDI
Dün, 12:00
TDT-yə üzv ölkələrin QHT-lərinin Forumu keçirilir
Dün, 11:30
Tramp Tayvana silah satışını dayandırdı
Dün, 11:00
Sabiq icra başçısı vəfat etdi
Dün, 10:30
Corat bağlarından meyit tapıldı
Dün, 10:00
Hantavirusa görə apteklərdə maska tapılmır
Dün, 09:30
WUF13-ə qeydiyyat başa çatdı
Dün, 09:00
Magistral yol çökdü, Bakıya giriş bağlandı
15-05-2026, 18:00
Dövlət torpağı almadan magistral yol çəkə bilərmi? – Mürtəce qanunla bağlı məsləhətləşmə
15-05-2026, 17:30
Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - Qıtlıq gəlir, tədarük görün
15-05-2026, 17:00
Ukrayna “Turan birliyi”nə qoşulur-daha hansı dövlətlər var?
15-05-2026, 16:30
Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...
15-05-2026, 12:00
Azərbaycan təmsilçisi "Avroviziya - 2026"nın finalına çıxa bilməyib
15-05-2026, 11:30
Taksidən istifadə edən sərnişinlərin NƏZƏRİNƏ
15-05-2026, 11:00
Film kimi HADİSƏ - Vəzifəli şəxs inək cəsədinin içində ölkədən qaçdı
15-05-2026, 11:00
Vado Korovinin "Space" TV-dəki kadrları işdən çıxarıldı - FOTO
15-05-2026, 10:30
Kiyevə dəhşətli raket hücumu: ölənlərin sayı artdı
15-05-2026, 10:00
Tam şəffaf olmaq üçün işimiz çoxdur - mədəniyyət naziri
15-05-2026, 09:30
Toylar Azərbaycan incəsənətini yaşadan platformadır - NAZİRDƏN AÇIQLAMA
15-05-2026, 09:00
Nazirlik kitabxanaları bağlamır, əksinə onları əlçatan edir - NAZİR
14-05-2026, 18:00
Bakıda bu ərazidə yaşayırsınızsa, evinizin qapısı DÖYÜLƏCƏK - SƏBƏB
14-05-2026, 17:30
Bu ölkədə yanacaq bitdi, paytaxt elektriksiz qaldı - Xalq küçələrə axışdı
14-05-2026, 17:00
Fərdi həkim kimi işləmək istəyənlər üçün TƏLƏBLƏR